Anar Nağılbazın videosuna baxmaq istəyənlər

Anar Nağılbazın videosuna baxmaq istəyənlərBaşlığı oxuyub, pornoya baxmağa gələn hörmətli oxucu, sənə sözüm var.

Rejissor olsa da, həyatı, xüsusilə sonları başqaları tərəfindən çəkilən reper oynadığı filmdə izləyənlərin qarşısına porno ulduz kimi çıxdı – görüntülər sürətlə sosial-şəbəkələrdə yayıldı. Bu dəfə Anar gəncləri reper kimi yox, aktyor kimi şəhvətə gətirə bildi.

Yapon atalar sözü var, "Qızılı odla, qadını qızılla, kişini qadınla sınayarlar".

"Qızlar mənə baz deyirlər… elə hey yaz deyirlər" – sözləri dilindən düşməyən Anar Nağılbazı qadınla sınamaq çətin olmadı. Sonunu istədikləri kimi yazıb ölüm hökmünə imzanı da atdılar. Özü də harada, baz-lıq-da…

Bu yerdə haşiyə çıxmaq istəyirəm. On dörd il əvvəl yayımlanan "Popstar" müsabiqəsinin iştirakçısı Bayhan ilə o zaman münsif üzvü olan Dəniz Səki arasında gərgin anlar yaşanmış, Dəniz Səki Bayhanı həbsdə yatdığı bəhanəsi ilə sərt tənqid etmişdi: "Bir popstar cinayət işləyə bilməz. Həbsə girən adamdan sənətçi olmaz. Bunları cəmiyyətdən qovmalıyıq". On il sonra isə narkotik maddələrin ticarəti ilə məşğul olduğu üçün Dəniz Səki həbs olundu. Oxşar hadisələrə tez-tez rast gəlinir, onlardan biri də Hüseyn Dərya və Anar Nağılbaz polemikasıdır.

Müsahibə zamanı Hüseyn Dərya haqqında narkotik istifadə etdiyi üçün xalqa pis nümunə olduğunu deyən Anar Nağılbazın bu gün porno görüntüləri yayılırsa, ondan daha yaxşı nümunə olduğunu deyə bilərikmi?

Ümumiyyətlə, insanların intim həyatı bizə niyə maraqlı olmalıdır? Şəxsi həyata müdaxilə nə qədər doğru və yolveriləndir? Əvvəla onu qeyd edim ki, Anar və digərləri ictimai fiqur olduğu üçün insanlar təkcə onları sevmir, həm də həyat tərzlərini mənimsəyirlər. Həmin şəxslərin yaxşı nümunə olması şərtdir və bu meyarları müəyyən qədər də ictimai qınaq formalaşdırır. Lakin bəzi sərhədlər var ki, onlar gözlənilməlidir, əks halda ictimai qınaq dağıdıcı ola bilər.

Onu da əlavə edim ki, görüntülərin yayılması şəxsi həyata müdaxilə olduğu üçün cinayət məsuliyyəti daşıyır. Hətta Anar Nağılbaz ictimai nüfuzuna vurulan zərərə görə 25-35 min manat tələb edə bilər.

Bundan başqa Elariz, Röya və digərlərinin erotik görüntüləri də heç kimə yad olmamalıdır. Bilməyənlər "google" müəllimdən soruşa bilərlər. Təbii ki, sözügedən mənzərə xoşagələn deyil, amma sənəti şəxsin intim həyatına qurban vermək olmaz. Bu fikirlə söhbət Röyadan və digərlərindən düşəndə çoxları razı olur. "Məni şəxsi həyatı yox, sənəti maraqlandırır" deyirlər. Söhbət niyə Anara gələndə eyni fikirdə olmurlar? Tənqid, təhqir, ələ salmalar… Hələ özü bir şəxsiyyət olmayanlar Anara atmaca atır, ələ salmağa, aşağılamağa çalışırlar. Bəzi "xəbər" saytları Anarla bağlı xəbər yazanda ən iyrənc başlıqlara əl atırlar. "Anarın yeni videosu yayıldı" adı ilə müsahibəsini, "Anar dilinin bəlasına düşdü" başlığı ilə isə efirdə dalaşmasını yaydılar.

Azərbaycandilli rep albomlarından sonra "Repin Atası" qəbul olunan Anar digərlərindən həm də ona görə fərqlənir ki, ondan sonra gələnlər ona baxıb öyrənsə də, onun baxıb öyrənəcəyi kimsə yox idi.

Atası millət vəkili olduğu halda rahat həyatı qoyub xalqın yanında dayanan, sosial mövzularda rep deməkdən çəkinməyən Anarı indi bu xalq niyə qəbul etmir? Anar elə həmin Anardır, həyatının 20 ilini bu sənətə, bu xalqa həsr etmiş, oxuyub yazmağı hələ dörd yaşında özü öyrənmiş balaca uşaq…

Unutmaq lazım deyil ki, hər kəs səhv edə bilər. İnsan bir səhv edəndə yox, bir səhvinə görə bütün doğruları silinəndə pis insan olur. Azərbaycan rep sənətinə verdiyi töhvələrə görə tarixə adını qızıl hərflərlə yazan Anarı cəmiyyətdən təcrid etmək yox, onu qəbul etmək, problemi araşdırıb kökündən həll etmək lazımdır. Çünki təcrid olunan hər kəs uçuruma sürüklənməyə məhkumdur və bunda təkcə onun yox, hamının əli var.

Sonda Anarın "Fahişə" treki, xüsusilə iki misrası yadıma düşür: "Hər gecə bir çarpayıdır, indi yurdun, vətənin" – dilini fahişənin vətəninə pənah aparan reper, görünür, hələ uzun müddət vətənsiz qalacaq…

Xalqın gözü səngər deyil, amma qınaq atəşinə tutan çox olur. Mən bu yazıma "Anar Nağılbazın videosuna baxmaq istəyənlər" başlığı qoydum, çoxunuz videoya baxmaq üçün yazıya daxil oldunuz. Çünki sizə kimlərinsə yataq görüntüsü, intim həyatı dəhşətli dərəcədə maraqlıdır.

Yeri gəlmişkən, atəşkəs pozulub, itki var – ölən 1974-cü il təvəllüdlü, Bakı şəhəri sakini Cəbiyev Anar Rizvan oğludur…

Fərid Özay//minval.info


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4277   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir" - DEPUTAT

"Cənab prezident lham Əliyevin Moskvaya səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açacaq". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkd

23 aprel
.

"Azərbaycan-Rusiya arasında əlaqələrin sürətli inkişafı qarşıdakı dövrdə də uğurla davam etdiriləcək" - DEPUTAT

"Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir". Bunu -a danışan deputat İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri də dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun sürətl

23 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

"Baku electronics"ə cərimə yazılmasının səbəbi açıqlandı

"Baku electronics" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 44.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir

23 aprel
.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23 aprel
.

Övladları Rəşad Dağlının 40 yaşını belə təbrik etdi - VİDEO

Ötən gün meyxanaçı Rəşad Dağlının 40 yaşı tamam olub. xəbər verir ki, onun övladları Yusif və Betül atalarını təbrik edib, daha sonra kiçik ad günü tortunun şamlarını üfürüblər. Hazırda həbsdə olan Rəşad Dağlını həmkarı Baləli də təbrik edib. O meyxanaçının ad günün gələn il öz evində qeyd etməsini arzulayıb

22 aprel
.

Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır

1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir. "Qafqazinfo"nun məlumatına görə, təqsirləndirilən vəkil konvoy müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib. Əvvəlki prosesdə Sümbülə Əliyeva işə baxan hakimlərə etira

22 aprel
.

"Whatsapp"a yeni funksiya gəlir - FOTO

"WhatsApp" tərtibatçıları yeni funksiya təqdim etməyə hazırlaşırlar. bu barədə xarici mediaya istinadən xəbər verir. Messencerin "Android" 2.24.2.20 yeniləməsi ilə tətbiqə əlavə olunacaq yeni bir xüsusiyyət açıqlanıb. "WhatsApp"da fayl paylaşımı dövrü. "WhatsApp"

22 aprel
.

Bakıda bəylə gəlinin qeyri-ənənəvi addımı müzakirələrə yol açdı - VİDEO

Azərbaycanda bəylə gəlinin rəqsi müzakirələrə yol açıb. Ölkə.Az-ın məlumatına görə, Bakıda baş tutan toyda lentə alınan görüntülər diqqət çəkib. Məşhur restoranlardan birində bəylə gəlinin zala daxil olması ənənəvi vağzalı musiqisi ilə müşayiət olunmayıb. Belə ki, onlar qapılar açılar-açılmaz əcnəb

22 aprel