Yaddaşınızı gücləndirmək istəyirsinizsə, bunları yeyin - SİYAHI

Yaddaşınızı gücləndirmək istəyirsinizsə, bunları yeyin - SİYAHIBütün bədənimizi idarə edən beyin sağlamlığımızın bütün həyat boyu qorunub inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır. Yediyimiz qidalardan tutmuş yuxu düzəninə, gün ərzində baş verən hadisələrə, hətta səmimi bir gülümsəməyə qədər bir çox nüanslar beyin sağlamlığına təsir edir. Ailem.az Türkiyənin beyin, sinir və onurğa-ilik cərrahı İlhan Elmacının beyin sağlamlığı ilə bağlı məsləhətlərini diqqətinizə çatdırır.

Beyin inkişafı ilk olaraq, ana bətnindən başladığı üçün gələcək anaların xüsusilə fol turşusu baxımından zəngin olan qidalarla bəslənməsi vacibdir. Fol turşusu lobya, ispanaq, bənövşəyi kök, limon və portağal kimi qidaların tərkibində var.

Yaddaş və zəka inkişafı baxımından B vitamini əhəmiyyətli bir yer tutur. Eyni zamanda B vitamini yeni hüceyrələrin yaranmasına və var olan hüceyrələrin qorunmasına kömək edir. Odur ki, B vitamini tərkibli banan, quru paxlalar, ət, balıq, yağsız süd, qatıq və yaşıl yarpaqlı tərəvəzlərin istifadəsi mütləqdir.

Beyin funksiyasının daha düzgün çalışması, yaddaşı gücləndirərək daha sürətli düşünə bilmək üçün Omega-3 baxımından zəngin balıq müəyyən aralıqlarla istifadə olunmalıdır. Beyində yaşlanma ilə birlikdə ortaya çıxan geriləməni yavaşlatmaq üçün E vitamini baxımından zəngin qoz, fındıq, yer fıstığı, günəbaxan tumu, küncüt, kətan toxumu yeyin.

Dopamin ifrazını təmin edən üzüm məsələ həlli istedadını artırır. Yüksək faizdə antioksidant tərkibli çiyələk, meşə giləmeyvəsi, pomidor, kök isə beyni qoruyur.

Bunlarla yanaşı qəhvə beynin işləməsinə dəstək verən siqnalların ən əhəmiyyətlilərindəndir. Qəhvənin tərkibində olan və beyində siqnal vəzifəsi görən kofeinin yorğunluğu azaldıcı təsirinin yanında diqqətsizlik və oyanıqlığı yüksəldən özəlliyi də var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1303   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Naxçıvanda vərəmdən müalicə olunan xəstələrin sayı açıqlanıb

Hazırda Naxçıvan Muxtar Respublikasında 442 nəfər vərəm xəstəliyi ilə mübarizə aparır. Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva bildirib. O, qeyd edib ki, hazırda dispanserdə qeydiyyatda olan xəstələrdən 7

24 mart
.

Süni intellekt Altshaymeri proqnozlaşdırmağı öyrənib

ABŞ-nin San-Fransisko şəhərindəki Kaliforniya Universitetinin alimləri Altshaymer xəstəliyinin klinik əlamətləri görünməzdən yeddi il öncə başlanğıcını proqnozlaşdıra bilən süni intellekt (Sİ) modeli hazırlayıblar. "Report" xəbər verir ki, bu barədə araşdırma "Nature Aging" (NatAge

25 fevral
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

İnsan orqanizmində 12 cüt kəllə-beyin mərkəzləri var, onlardan 5-i ağız boşluğunda yerləşir. Bu nöqtələrdə masaj xidməti sağlamlığa çox müsbət təsir göstərir. xəbər verir ki, isti dəsmalla masaj etmək limfalarda qan dövranını yaxşılaşdırır, bioloji aktiv nöqtələri stimullaşdırır, dişlərin ağız və selikl

24 mart
.

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorları hansılardır?

İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar. Araşdırmanın nəticələri "Annals of Oncology" jurnalında dərc olunub. Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki

3 fevral
.

"Rayonlarda qızılcanın artma səbəbi..." - İnfeksionist AÇIQLADI

"Hazırda qızılca xəstəliyinin ağırlaşmaları çoxalıb, onların müalicəsi ilə məşğuluq". Bu fikirləri -a infeksionist-hepatoloq Mərdan Əliyev bildirib. Həkim ağırlaşmaların səbəbini belə izah edib:. "Səbəb uşaqların qızılca xəstəliyinə qarşı həssas olmalarıdır. Çünki peyvənd olunmayıblar

25 fevral
.

İmmunoloqdan qripə qarşı sadə üsul: Yoluxma riski 100 dəfə azalır

"Tibbi maskalardan düzgün istifadə qripə yoluxma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər". Bu sözləri rusiyalı həkim, immunoloq Vladimir Bolibok deyib. Bolibok iddia edir ki, həm virus daşıyıcısı, həm də sağlam insan hər iki burun dəliyini maska ​​ilə etibarlı şəkildə bağlayırsa, o zama

28 yanvar
.

Qızılca yeni canlar almaqda... - Professordan XƏBƏRDARLIQ

Qızılca yenə canlar alır. Dünən Astara rayonunda 6 yaşlı uşaq qızılcadan ölüb. Hadisə rayonun Maşxan kəndində baş verib. Belə ki, kənd sakini - 2018-ci il təvəllüdlü Y.Ə.-də 4 gün əvvəl qızdırma olub. Valideynləri onu xəstəxanaya aparıb və müalicə təyin edilib. Buna baxmayaraq, uşağın hərarəti enməyib

10 fevral
.

Kişilər daha dözümsüzdür – Koronavirusla bağlı yeni araşdırma

Kişilərin və qadınların Covid-19-a yoluxduqları zaman fərqli simptomlarla üzləşdikləri məlum olub. -a istinadla xəbər verir ki, Lixtenşteyndəki Private Universitet tərəfindən aparılan araşdırma Covid-19-un cinsə görə fərqli təsirlərini üzə çıxarıb. Tədqiqatçılar geyilə bilən tibbi cihazdan istifadə edərə

10 mart
.

Gecə 4 saatdan az yatanları nələr gözləyir?

İnsan sağlamlığı üçün normalda minimum 6, maksimum 9 saat yatmalıdır. -a istinadən xəbər verir ki, somnoloq Yelena Çareva ən fövqəladə hallarda belə sutkada 4 saat yuxunun vacibliyini bildirib. "Yuxu saatı yaşa görə dəyişir. Uşaqlar böyüklərdən, böyüklər isə yaşlı insanlardan daha çox yatır. Yuxunu

17 mart