Bu nazir də kreslosu ilə vidalaşır: "Onu yeni hökumətin tərkibində görmürəm"

Bu nazir də kreslosu ilə vidalaşır: "Onu yeni hökumətin tərkibində görmürəm"Qabil Hüseynli: "Xarici işlər nazirini ortabab siyasətçi hesab edirəm"

Azərbaycanda yeni hökumətin formalaşması ərəfəsində komandadan kimlərin uzaqlaşdırıla biləcəyi haqda geniş müzakirələr gedir. Müzakirələr əsnasında adı hallanan nazirlərdən biri də xarici işlər naziri Elmar Məmmədyarovdur.

Son zamanlar hakimiyyətə yaxın deputat və ekspertlərin də tənqid hədəfi olan Məmmədyarovun yerinə təyin olunacaq şəxsin adı ilə bağlı da məlumatlar dolaşır. "Yeni Müsavat"ın məlumatına görə, Məmmədyarovun yerinə təyin olunacaq şəxs Azərbaycanın Amerikadakı səfiri Elin Süleymanovdur.

Yada salaq ki, seçki debatlarında prezidentliyə namizəd Zahid Oruc çıxışlarının birindi Məmmədyarov barəsində tənqidi fikirlər səsləndirmişdi. Z.Oruc vurğulamışdı ki, E.Məmmədyarov on illərdir ki, apardığı danışıqlar haqqında bir dəfə də xalqa, nə də ki, Milli Məclisə hesabat verməyib: "Olmazdımı bir dəfə Avropa ölkələrinin Azərbaycandakı səfirlərini yığıb onlara ölkəmizin daxili işlərinə qarışmamalarını, ölkələrinin Azərbaycanla təhdid dilində danışmalarının, qorxulu çağırışların yolverilməz olduğunu bildirəydiniz, mövqeyinizi ortaya qoyaydınız? Səfirlərə demək mümkün deyilmi Avropada ayrı-ayrı qüvvələri İŞİD-çi qiyafəsində hazırlayıb bizim əleyhimizə himayə eləməkdə məqsədiniz nədir? Axı gördüyünüz kimi onlar dövlətə, Allaha, mənəviyyata, hər şeyə təhlükə törətdiklərini ortaya qoyurlar. Məgər bu bəs deyilmi ki, siz onlara bu məsələ ətrafında öz mövqeyinizi, fikirlərinizi bildirəsiz?"

Deputat Fəzail Ağamalı da həm Milli Məclisdəki çıxışında, həm də açıqlamasında bildirmişdi ki, Məmmədyarovun fəaliyyəti günün tələblərinə cavab vermir: "İşğal olunmuş torpaqlarımızın azad edilməsinə cavab verən fəaliyyət aparılmır. Elmar Məmmədyarovun xalqımız qarşısında ən böyük xidməti o olardı ki, öz təşəbbüsü ilə istefaya getsin. Görünən odur ki, Elmar Məmmədyarov bu işin öhdəsindən gələ bilmir".

Doğrudanmı Azərbaycanın xarici siyasətində nöqsanların əsas səbəbkarı Elmar Məmmədyarovdur? Onun vəzifədən uzaqlaşdırılması nəyi dəyişəcək?

"Yeni Müsavat"a danışan politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycanın xarici siyasətdəki uğurları prezidentin adı ilə bağlıdır: "Ölkənin xarici siyasəti bilavasitə prezidentin rəhbərliyi altında yürüdülür. Xarici siyasətimizin uğurlarının böyük hissəsi də İlham Əliyevin adı ilə bağlıdır. Onun xarici səfərləri, beynəlxalq təşkilatlarda çıxışları hər kəsə məlumdur. Ona görə də Azərbaycan xarici siyasətinin aparıcı siması kimi hər zaman ölkə prezidenti İlham Əliyevi görmüşəm. Xarici işlər nazirinin özünə gəldikdə isə onu ortabab bir siyasətçi hesab edirəm. O, prezidentin müəyyən etdiyi siyasətin ana xətlərini yerinə yetirməyə çalışır. Çox hallarda da bunu uğurla yerinə yetirir. Ancaq eyni zamanda baş verənlər bunu uğurlu xarici siyasət amili kimi səciyyələndirməyə yetmir. Xüsusən də onun Azərbaycan dilini yaxşı bilməməsi və yaxşı bir natiq olmaması bəzən sadə insanlarda yanlış fikirlərin yaranmasına səbəb olur. Ona görə də bütün bunlar nəticə etibarı ilə Elmar Məmmədyarovla bağlı müsbət fikirlərin formalaşmasına imkan vermir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycanın xarici siyasəti düzgün yoldadır. Bu siyasətin də sükanında Azərbaycan prezidenti İlham Əliyev dayanır".

Politoloq bildirib ki, Elmar Məmmədyarovu hesabat verməməkdə qınayanlar haqlıdırlar: "Məmmədyarov hər zaman hesabat verməlidir. Ona görə də bu barədə çıxış edən şəxslər, məsələni doğru vurğulayırlar. Məlumdur ki, xarici siyasətin bütün nüanslarını hər kəsin, ictimaiyyətin qarşısında açıqlayıb hesabat vermək olmaz. Ancaq ana xətləri, bilavasitə korrektəyə ehtiyacı olan məsələləri parlamentdə bölüşməlidir. Əgər o, bunu etmirsə o zaman hesab edirəm ki, çox ciddi səhvə yol verir. Bütün bunlar səbəblərdən də şəxsiyyətinə hörmətim olsa da, onu yeni hökumətin tərkibində görməkdə çətinlik çəkirəm. Bu fikirləri onunla əlaqələndirirəm ki, o, yuxarıda da qeyd etdiyim kimi çıxışları ilə sadə camaata təsir edə bilmir. İstərdim ki, daha səlis danışan və bacarıqlı diplomat xarici işlər naziri olsun".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4210   Tarix: 21 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel