Azərbaycanın Baş nazirliyə namizədi açıqlandı - Artur Rəsizadə getdi

Azərbaycanın Baş nazirliyə namizədi açıqlandı - Artur Rəsizadə getdiDeputat Zahid Oruc sosial şəbəkədə "YENİ BAŞ NAZİR" adı altında paylaşdığı məqalədə yeni baş nazir Novruz Məmmədovun namizəd olduğunu AÇIQLAYIB

Millət vəkili Zahid Oruc PA şöbə müdiri Novruz Məmmədovun namizədliyinin bu gün Milli Məclisdə müzakirə ediləcəyini açıqlayıb.

"Novruz Məmmədov uzun illər dövlət idarəçiliyində peşəkarlaşan bir insandır. O,90-cı illərin ağır siyasi sınaqları zamanı Ulu öndərin komandasının sədaqətli üzvlərindən biri olub və böhranlı anlarda sabit mövqe nümayiş etdirib.Beynəlxalq məsələlər onun kurasiyasında olduğundan və ölkə rəhbərini xarici səfərlərdə daim müşaiyət etdiyindən dövlət sirlərini bilir,qlobal mənafe savaşlarından baş çıxarır və Birinci şəxsin yürütdüyü siyasətin strateji hədəflərini bütün dünyagörüşünə hopdurmağı bacarıb.
O,heç zaman intriqalarda və ya maraq toqquşmalarında ad çıxarmayıb.Hamı qəbul edir ki,ölkəmiz yeni bir dönəmə daxil olur.Cənab İlham Əliyev yüksək ambisiyalı proqramları qarşıya qoyduğundan ona çevik,reputasiyası təmiz və xalqın iqtisadi-sosial çağırışlarını öz üzərinə götürməyi bacaran bir hökumət lazımdır.Novruz Məmmədov dövlət başçısının hansı hədəflər uğrunda savaşdığını yaxşı anlayır.

Kimin necə qiymətləndirməyindən asılı olmayaraq,tarix subyektivimizmi silib atır və həqiqətləri öz adı ilə çağırır.Zaman ədalətli hakimdir.O üzdən, Artur Rasi-zadə özünün elitarlığı,Heydər Əliyev ideallarına sədaqəti və təvazökarlığı ilə yaxşı bir miras qoyub getdi.Doğrudur,estafeti başqa insanlara verərkən,bir daha idarəçilik sistemində varislik ənənələrini qoruyub saxlamaqla bərabər,yeni nəfəs və ruh tələb olunan sahələrdə xalqın içərisinə gedən bir hökumət həyati zərurətə çevrilib,ən yüksək meyarlarla fəaliyyət göstərən komanda bir nömrəli məsələ kimi qarşıya çıxıb.Çünki min illik arzularımızdan sonra qurduğumuz dövlət hər kəsin güvəndiyi müqəddəs bir məbəd olmalıdır.Ona görə daxildə vətəndaşın qayğıları daşıyan hökumət,ona rəhbərlik edən Komandana böyük meydan açır.Axı regional və beynəlxalq qayğıları çiyinlərində daşıyan bir liderin-cənab İlham Əliyevin ölkə daxilində yaxın köməkçilərinə çevrilən məmur ordusu düşmənlə savaşan Silahlı Qüvvələr qədər əlahiddə əhəmiyyətə malikdir.

Təki,əziz millətimiz üçün xeyirli olsun!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3777   Tarix: 21 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28 mart
.

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq - CANLI

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq keçirilir. xəbər verir ki, brifinqdə prokurorluq rəsmiləri kütləvi məzarlıqla bağlı vacib açıqlamalar verirlər

18 mart
.

Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib. Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətin

22 mart
.

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir:. "Möhtərəm Mehriban xanım,. Min illərdir ortaq adət-ənənəmiz olan, ümid, yenilənmə və həmrəylik bayramı Novruz münasibətil

22 mart
.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27 mart
.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

Azərbaycanlı deputat Avronest PA-nın komitə sədri seçildi

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib

20 mart
.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart