Yeni baş nazir Novruz Məmmədov kimdir? - YENİLƏNİB

Milli Məclisin növbəti plenar iclasında Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri postuna namizədliyi təsdiqlənib

***
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Baş nazir seçiləcək.

Hər kəsin gözləntidə olduğu bir zamanda sabiq prezidentliyə namizəd, millət vəkili Zahid Oruc baş nazirliyə namizədin kimliyini açıqlayaraq Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Novruz Məmmədovun adını qeyd edib.

Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

O, ictimai-siyasi xadim, I dərəcəli dövlət müşaviri, Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi (2017-ci ildən)[1], Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini (2012-2017), Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri (1997-ci ildən) və Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri (2017-ci ildən) vəzifəsini icra edib.

Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb.

Novruz Məmmədov 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib.

12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub.

1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.

2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.

Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur - "Fəxri Legion" ordeni ilə təltif edilib.

2005-ci ilin sentyabrından YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvüdür.

Novruz Məmmədov 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunub.

13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.

1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiridir.

İşlədiyi müddətdə Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə səfərlərində, müxtəlif sammit, beynəlxalq forum və konfranslarda Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvü olmuş, ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak edib.

Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir.

Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.

Evlidir. Üç övladı və nəvələri var.

N.Məmmədov həmçinin, elmi, ictimai və siyasi mövzularda 150-dən artıq məqalənin müəllifidir.

Qeyd edək ki, bu gün seçilən şəxs zərbaycanın 28-ci baş naziri olacaq.

Ruhi Muradova
Yeni baş nazir Novruz Məmmədov kimdir? - YENİLƏNİBYeni baş nazir Novruz Məmmədov kimdir? - YENİLƏNİB


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 8484   Tarix: 21 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

Natiq Səhrab oğlu İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Natiq İbrahimov 2016-cı il may ayından 2021-ci il aprelin 23-nə qədər Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsin

23 aprel
.

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - FOTO

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə geniş tərkibdə görüşü keçirilib. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

22 aprel
.

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev strateji tərəfdaşlığ

28 aprel
.

Ciorcia Meloni Bakıya gəlir - Tarix açıqlandı

İtaliyanın Baş naziri Ciorcia Meloni mayın 5-də Azərbaycana gələcək. Bu barədə "Report"a diplomatik mənbələr məlumat verib. "Baş nazir Ciorcia Meloni 2026-cı il mayın 5-i, çərşənbə axşamı günü Azərbaycan Respublikasına səfər edəcək. Səfər bir gün davam edəcək", - diplomatik mənb

21 aprel
.

İlham Əliyev Çexiyanın baş nazirini Qəbələdə qarşıladı - FOTO

Aprelin 27-də Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanı

27 aprel
.

İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək. -a istinadən xəbər verir ki, Prezident İlham Əliye

24 aprel
.

Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb

Azərbaycan Prezidenti İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb. xəbər verir ki, müraciəti sahibkarlar adından Sevda Əlizadə səsləndirib. Xatırladaq ki, Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər

29 aprel
.

Ukrayna prezidenti ölkəsinə yardıma görə İlham Əliyevə təşəkkür edib

"Enerji sahəsində təchizata gəldikdə, belə çox ağır bir dövrdə biz 11 yardım paketi almışıq. Azərbaycana bu yardıma görə öz təşəkkürümüzü bildiririk". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatınd

25 aprel
.

"Bu görüş Azərbaycan-Latviya münasibətlərinin yeni mərhələyə keçidini göstərən mühüm siyasi hadisədir" - AÇIQLAMA

"Aprelin 22-də İlham Əliyev ilə Edqars Rinkeviçs arasında Bakıda keçirilən görüş Azərbaycan-Latviya münasibətlərinin yeni mərhələyə keçidini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bu təmas, ilk növbədə, iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı etima

23 aprel