"Axı bir adama neçə heykəl qoyulmalıdır?" - Deputatdan Rəsulzadəyə abidə qoyulmasına ETİRAZ

"Axı bir adama neçə heykəl qoyulmalıdır?" - Deputatdan Rəsulzadəyə abidə qoyulmasına ETİRAZ"AXC-Müsavat hakimiyyətdə olduğu bir il ərzində nə üçün Məhəmməd Əmin Rəsulzadəyə heykəl qoymayıb? Çünki həmin vaxtı xalqı qarət etməklə məşğul idilər. Məgər Məhəmməd Əmin Rəsulzadəyə heykəl qoymağa vaxtları çatmadı? Görünür ki, onlar özlərini Azərbaycan Xalq Cümhuriyyətinin xələfi kimi göstərmək istəyirlər".

Bu sözləri sfera.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə bildirib.

Araz Əlizadə AXCP-Müsavat funksionerlərini Azərbaycan Xalq Cümhuriyyətinin "naxələfi" adlandırıb:

"Çünki Xalq Cümhuriyyətinə rəhbərlik edən insanların ürəkləri xalqına məhəbbət və sevgi ilə döyünürdü. Bunların ürəkləri isə oğurluq və rüşvətxorluqla döyünür. Əlimərdan bəy Topçubaşov Azərbaycanı tanıtmaq üçün Avropada beynəlxalq konfransa gedəndə yolpulu tapa bilmirdilər. Zorla oradan-buradan borc pul tapıb gedirdilər. Ancaq bunların övladları London barlarında ofsiantlara pullar paylayır. Odur ki, mən onlardan xahiş edirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının ruhunu incitməsinlər".

Deputat söyləyib ki, radikal müxalifət özlərini gündəmdə saxlamaq üçün Məhəmməd Əmin Rəsulzadə adı üzərində alver edir:

"Kim Məhəmməd Əmin Rəsulzadənin abidəsini görmək istəyirsə, getsin onun doğulduğu Novxanıya. Novxanı da Bakının ərazisidir. Məni bağışlayın, axı bir adama neçə heykəl qoyulmalıdır? Vaxtilə Vladimir Leninə də nə qədər abidə, heykəl qoyulmuşdu, amma sonra hamısı götürüldü.

Müasir Azərbaycan dövlətinin yarıcısı Heydər Əliyevdir, vəssalam! AXC-Müsavat fəalları istəyir ki, Məhəmməd Əmin Rəsulzadəyə hər yerdə abidə qoyulsun, bunlar da hər yerdə car çəksin ki, müasir Azərbaycanın yaradıcısı Məhəmməd Əmin Rəsulzadə və ya digər şəxslərdir. Birdə gördün ki, sabah gəlib İsa Qəmbərə, Əli Kərimliyə də abidə qoyulmasını dedilər. Mənim atam müasir şərqşünaslıq elminin banilərindən biridir. Ancaq atamın cəmi bir abidəsi var, o da qəbiristanlıqdadır. Bir də atamın abidəsi onun yaratdığı elmi əsərləri və yetişdirdiyi tələbələridir".

Araz Əlizadə ümumiyyətlə, heykəl qoyulmasının bütpərəstlikdən gələn məsələ olduğunu söyləyib:

"Heykəli qoyub sonra yığışdırmağın nə mənası var? Vaxtilə heykəlləri yığışdıranlar məhz Rəsulzadənin tərəfdarları olub. Bilirsiniz, heykəl sənət əsəridir. Sənət əsəri kimi də Məhəmməd Əmin Rəsulzadəyə Novxanıda çox gözəl heykəl qoyulub.

Nə üçün radikal müxalifət Fətəli xan Xoyskiyə, Əlimərdan bəy Topçubaşova deyil, məhz Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulmasını istəyir? Məgər Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun Azərbaycana xidmətləri Məhəmməd Əmin Rəsulzadədən az olub? Radikal müxalifət ona görə sırf Məhəmməd Əmin Rəsulzadənin adını irəli çəkir ki, Rəsulzadə Müsavat partiyasının lideri olub. Bütün bunlar da bir daha onu göstərir ki, Müsavat boş-boş söhbətlərin başında dayanır.

Mən demirəm ki, Məhəmməd Əmin Rəsulzadənin xidmətləri olmayıb. Sadəcə olaraq Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun xidmətləri daha çox olub".

Deputat bu açıqlamasından sonra sosial şəbəkələrdə təhqir olunacağını da bildirib:

"Əminəm ki, bu fikirlərimdən sonra onlar məni sosial şəbəkələrdə söyəcəklər. Eybi yox, nə qədər istəsələr, məni söyə bilərlər. Mən prezident seçkiləri kampaniyası zamanı da demişəm ki, onların sosial şəbəkələrdə məni söyməsindən ləzzət alıram. Çünki erməni millətçiləri də məni söyür. Onları erməni millətçiləri ilə müqayisə edəndə görürəm ki, heç bir fərqləri yoxdur. Onlar da erməni millətçiləri kimi eyni söyüşü söyürlər. Təsəvvür edin ki, erməni millətçiləri ilə Azərbaycandakı radikal millətçilər arasında heç bir fərq yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4503   Tarix: 22 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel