Vəzifədən gedən Artur Rasi-zadə yaddaşlarda necə qaldı?

Artur Rasi-zadə aradakı bir neçə aylıq Baş nazirin müavini vəzifəsinə keçidi nəzərə alınmazsa, düz 22 il Azərbaycanın baş naziri olub.

Sonxeber.az BakuPost-a istinadən xəbər verir ki, prezident İlham Əliyev bu gün onunla görüşərək, bu illər ərzində Azərbaycan üçün gördüyü işlərə görə ona təşəkkürünü bildirib.

Bəs, Artur Rasi-zadə Azərbaycan xalqının yaddaşında və yeni Azərbaycan tarixində necə qaldı?

Hökumətdə təmsil olunan ən yaşlı iri ranqlı məmur medianın gündəminə tez-tez məhz bu məqamla gəlirdi. Azərbaycan hökumətinə daha gənc, çevik, işləmək həvəsi böyük olan şəxsin gəlməli olduğu, az qala, sosial sifariş kimi təqdim olunurdu, ahıl Baş nazirdən istefa verməsi umulurdu. Lakin o, öz təmkinli rəftarları, haqqında yazılanlara demək olar ki, reaksiya verməməsi ilə hamını təəccübləndirirdi.

O, haqqında yazılan tənqidlərə reaksiya verməməklə yanaşı, həm də tutulan iradlara də eyni ahəngdə soyuqqanlılıqla yanaşırdı. Sanki bu tənqidlər heç ona aid deyil. Məsələn, Baş nazir bu 22 ildə daim Azərbaycan dilini bilməməsiylə bağlı "şişə çəkilib". Amma o, özünə əziyyət verib, leksikonuna 22 Azərbaycan sözü əlavə etməyib.

Hər dəfə Milli Məclisdəki çıxışından sonra (Baş Nazirin çıxışını demək olar ki, ildə yalnız bir dəfə hökumətin Milli Məclisdəki hesabatında görmək olurdu) onun qeyri-səlis nitqi ilə bağlı video sosial şəbəkələrdə və saytlarda gündəm olurdu və kəskin tənqidə məruz qalırdı. O, hər zaman çıxışını vərəqdən oxuyur, hətta bəzən sözləri belə dəyişik salırdı. Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli onun Azərbaycan dilini mükəmməl bildiyinə dair bir neçə dəfə açıqlamalar versə də, A. Rasi-zadə hər dəfə yeni çıxışında onun bu açıqlamalarını darmadağın etməyi mükəmməlcə bacarırdı.

Bütün bunlarla yanaşı, A. Rasi-zadə ziyalı imici və fərqli məmur obrazıyla da seçilirdi. O, bəlkə də yeganə məmur idi ki, adı heç bir siyasi intriqalarda hallanmadı. Heç bir çəkişmədə tərəf olmadı. Rasi-zadə sona kimi bunu bacardı və vəzifəsiylə də elə vidalaşdı.

Əsas məsələlərdən biri, o, oliqarx nazir kimi yadda qalmadı. Gəlib-keçmiş digər nazirlərin mal-mülkü, maşınları, övladlarının bahalı həyatı, yaxtaları tez-tez mətbuat səhifələrində tirajlansa da, keçmiş baş nazirin bu sahədə heç vaxt adı çəkilmədi.

Əlbəttə, Artur Rasi-Zadə təcrübəli dövlət xadimiydi, Azərbaycan dilini yaxşı bilməsə də, hökumətin idarə olunması sahəsində xidmətləri olan siyasət adamı idi. Ona görə də, uzun illər bu yüksək post da qalmağa layiq bilinmişdi.
Vəzifədən gedən Artur Rasi-zadə yaddaşlarda necə qaldı?Vəzifədən gedən Artur Rasi-zadə yaddaşlarda necə qaldı?Vəzifədən gedən Artur Rasi-zadə yaddaşlarda necə qaldı?


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3917   Tarix: 21 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021