Artur Rasi-zadənin gedəcəyi proqnoz edilirdi, Novruz Məmmədovun təyinatı sürpriz oldu - AÇIQLAMA

Artur Rasi-zadənin gedəcəyi proqnoz edilirdi, Novruz Məmmədovun təyinatı sürpriz oldu - AÇIQLAMAXəbər verdiyimiz kimi bu gün Azərbaycana yeni Baş nazir təyin olundu. Bir çox adlar sadalansa da heç kimi gözləmədiyi təyinat oldu. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov yeni Baş nazir təyin edildi.

Artur Rasi-zadənin gedəcəyi proqnoz edilirdi, Novruz Məmmədovun təyinatı sürpriz oldu - AÇIQLAMABununla bağlı BiG.AZ-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib ki, Artur Rasi-zadənin vəzifəsindən gedəcəyi bir xeyli əvvəl proqnoz edilirdi, ancaq Novruz Məmmədovun təyinatı əsl sürpriz oldu: "Onu deyim ki, bir müddət əvvəl mən hətta bir sıra millət vəkilləri ilə yeni baş nazir vəzifəsinə mümkün namizədlərlə bağlı danışmışdım, cəmi birinin proqnozu özünü doğrultdu. Yəni bu təyinat çoxları üçün gözlənilməz oldu. O ki, qaldı Novruz müəllim Baş nazir kimi özünü bu vəzifədə necə göstərəcək, bunun üçün necə deyərlər ən azından müəyyən zamana ehtiyac var. Əvvəla onun komandası formalaşmalıdır. Prezidentin dünən imzaladığı sənədlərdən göründüyü kimi bir Nazirlər Kabinetinin strukturunda islahatlar aparılır və onların başa çatması üçün bir ay vaxt lazım olacaq. Bəzi qurumlara rəhbər təyin edilməsi ola bilsin məhz o struktur dəyişiklikləri hüquqi baxımdan sona yetdikdən sonra baş versin. Ona görə də yeni Baş nazir komandası ilə fəaliyyətə tam tərkibdə və yeni proqramla hesab edirəm ki, mayın sonundan start verə bilər. O ki, qaldı ki , yeni Baş nazirin iqtisadçı olmaması məsələsinə bu o qədər də önəmli deyil. Çünki Baş nazir qərar verən şəxsdir. Əsas məsələ düzgün qərarın çıxarılması üçün savadlı məsləhətçilərə malik olmaqdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1236   Tarix: 21 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək. xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Onlar Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amu

19 aprel
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19 aprel
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel