"Süni mayalanma" adı altında 7000 manatını aldılar - ƏCNƏBİ HƏKİMDƏN ŞİKAYƏT

"Süni mayalanma" adı altında 7000 manatını aldılar - ƏCNƏBİ HƏKİMDƏN ŞİKAYƏTSənan Mövsümov uzun illərdir ailə qurub. Övladı olunmadığından Bakıda bir sıra klinikalarda müxtəlif mütəxəssislərlə görüşüb dərdinə çarə axtarıb. Sonsuzluq problemi ilə üzləşən ailə başçısı deyir ki, reklamlara aldanaraq müxtəlif özəl klinikalara müraciət edib. Nəhayət ötən ilin payızında xanımı Günayla birlikdə süni mayalanma proseduru üçün "HB Güven" klinikasına üz tutub. Burdan bildirlib ki, klinikada daha çox türkiyəli həkim Öndər Tulumbaciyə müraciət olunur.

"Beləliklə ailəmlə birlikdə Öndər bəyin qəbulunda oldum. Müalicələrimizlə bağlı onu məlumatlandırdıq. Həkim məsləhət gördü ki, yenidən rentgen müayinələrindən keçək. Baxmayaraq ki, rentgen müayinələrindən keçmişdik. Amma yenə Öndər bəyin dediyi kimi getdik analizlərimizi verdik, proseduralardan keçdik".

Müayinələrdən keçən gənc ailə cavabları ilə birlikdə Öndər bəyin qəbuluna gəlir və nəticəni ona təqdim edirlər.

"Sənədlərimizlə tanış olduqdan sonra dedi ki, sizin də, xanımınızın da faiz dərəcəsi azdır. Amma mən bacardığım qədər sizə söz verirəm ki, övladınız olacaq. Yüz faiz alınmasına söz verməsə də, bizə dedi ki, 5000 min manat ödəyəcəksiniz, əgər birinci mərhələdə alınmazsa, biz pulun yarısını qaytaracağıq. Əgər ikinci mərhələyə başlayası olsaq, onda yenidən əlavə ödəniş edərsiniz. Mən pulu ödədim, qəbz istədim, dedilər ki, biz bu ödəniş üçün qəbz vermirik".

Həkimin məsləhəti ilə Sənan bəy əvvəlcə klinikaya 2000 manat ödəyir. Öndər bəy ailəyə məbləğin yerdə qalanını yəni 3000 manatı süni mayalanmanın aparıldığı Nərimanov rayonu ərazisində yerləşən "Sərhədçi" adlanan laboratoriyaya ödəməyi məsləhət görür.

"Yoldaşım hamilə deyil. Bunun üçün yenidən ikinci dəfə müraciət etdik. Öndər həkimlə görüşdüm. Köməkçisi Ceyran xanım da yanında idi. Dedi ki, bu dəfə 100 faiz olacaq. Mən bu dəfə ondan insan kimi soruşdum ki, hətta nəticə olmayacaqsa belə bunu gizlətməyin. Mən onsuzda buna görə yoldaşımdan ayrılan deyiləm. İkinci dəfə pulu alandan sonra ailəni əmin ediblər ki, bu dəfə mütləq övladları olacaq və klinika pulu donora ödəmək üçün ailəni tələsdirir".

Lakin ailənin nə övladı olur, nə də müalicə üçün ödənilən məbləğ geri qaytarılır.

Sənan Mövsümov klinikanın baş həkimi uzman doktor Rəşad Zeynalovla görüşmək istəsə də, buna imkan verilmir.

Pasiyent yenidən Öndər Tulumbaci ilə görüşmək istəsə də, həkim qeydiyyat masasına belə bir pasiyent tanımadığını, "HB Güven" klinikasında sünü mayalanmaya icazə verilmədiyini deyib və Sənan Mövsünovla görüşdən ümumiyyətlə imtina edib.

Məsələnin mahiyyətini araşdırmaq üçün üz tutduq "HB Güven" klinikasına.

Qeydiyyat masasından bildirdilər ki, Öndər Tulumbaci Türkiyədə tanınmış ginekoloq, hətta sonsuzluqla bağlı elmi araşdırmaların müəllifidir.

Öndər Tulumbacinin qəbuluna düşməyin qiyməti 80 manatdır.

Onun qəbuluna yazılmaq istəyən xəstələr bir-iki həftə əvvəldən müraciət etməlidir.

Ö. Tulumbacinin müayinə etdiyi xəstələrlə söhbətimizdən məlum oldu ki, həkimin qəbulu da daxil olmaqla analiz və digər müayinələrə 300-500 manat arası pul xərcləyirlər.

Klinikanın mühafizə xidməti çəkiliş aparmağa, baş həkimlə görüşə icazə verməyib. Çəkiliş qrupu mövzu ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmaq istədiyi bildirdikdə isə Atatürk prospekti, 57c ünvanına sahə müvəkkili çağırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın məsələyə münasibəti isə belə olub: "Nazirlik özəl klinikaların işinə müdaxilə etmir. Şikayətçi Sənan Mövsümov özü nazirliyə müraciət etməlidir. Bundan sonra məsələnin həlli ilə bağlı ölçü götürülə bilər".

Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2011-ci ildə 7368 ailə övlad həsrətindən yollarını ayırıb. Son iki ildə isə pozulan nikahların təxminən 15 mini sonsuz ailələrin payına düşür.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3838   Tarix: 22 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021