Əməkdar artist: ""Yeddi oğul istərəm" filmində 4 dəfə ölüb-dirilmişəm" - FOTO

Əməkdar artist: ""Yeddi oğul istərəm" filmində 4 dəfə ölüb-dirilmişəm" - FOTOəməkdar artist Ənvər Həsənovun milli.az-a müsahibəsini təqdim edir

- Ənvər bəy, kinonun bugünkü vəziyyəti sizi narahat edir?

- Siz mənə çox ağır yüklü bir sual verdiniz. Bu il Azərbaycan kinosunun 120, Cəfər Cabbarlı adına kinostudiyanın isə 100 illiyidir. Bu kinostudiyanın 100 ilinin 53 ilini mən bu studiyada böyümüşəm. Bu məni bir tərəfdən çox sevindirir. Mən kinonu sevmişəm, sevirəm və sevəcəyəm də. Bundan sonra başqa bir peşəni özümə sənət edə bilmərəm! Kinonun bugünkü vəziyyəti məni çox narahat edir. Bütün sahələrdə inkişaf olsa da kino sahəsində bir o qədər də inkişaf yoxdur. Kinomuz inkişaf etməli idi, əksinə kino sahəsində bu gün durğunluqdur. Bizim gözəl milli kinolarımız var. Elə təkcə "Yeddi oğul istərəm" filminə 100-dən çox ölkə baxıb. Necə olur ki, biz indi kino çəkə bilmirik?

- Kinonu kimlər çəkə bilmir? Bu rejissordan asılıdır, yoxsa bu sahədə kino peşəkarları yoxdur?
- Birinci növbədə bizə maddi kömək olmalıdır. Pul olmasa kino çəkmək olmaz. Təkcə "Titanik" filminə vaxtilə 360 milyondan çox pul ayrılıb. Bizə 700-800 min pul verirlər ki, get bununla kino çək. Elə şey olar? 700 minə çəkilən kinonun aqibəti nə olacaq?

- Amma illər öncə çox az məbləğə gözəl filmlər çəkilib. Demək ki, təkcə səbəb maddiyat deyil.

- İndinin tələbləri tam başqadır. Hal-hazırda film çəkənlər cavanlardır, nisbətən yaşlılar dünyasını dəyişib. Cavanlara da yol göstərən olmalıdır, yaxşı ssenari yazılmalıdır. İndi rejissorlar da, aktyorlarımız da cavandır. Yeni gələn 5-6 rejissor var ki, yaşlılara qulaq asmır. Onlar da sırf komediya filmləri çəkir. Bizim çəkdiyimiz komediya filmləri Azərbaycanda göstəriləcək, dünyada yox. Onlar Azərbaycandan bir addım da kənara çıxa bilməyəcəklər.

- Gənclər də həmişə deyir ki, böyüklər bizə yol göstərmir.

- Böyük qalıb ki? 4-5 nəfər bizik də. Bizə müraciət etmirlər. Etsələr, niyə kömək etmirik ki? Mən həm də quruluşcu rejissoram. Bir neçə filmə dəvət ediblər, getmişəm. Demişəm ki, ssenarini verin mənə baxım. Deyiblər ki, neynirsən ssenarini? Deməli bunlar ssenarini çəkiliş meydançasında yazırlar. Belə işləmək olmaz axı!

- Komediya yox, digər janrda filmlər çəkilsə, vəziyyət düzələcək?

- Əlbəttə. Çox təəssüflər olsun ki, son zamanlar ciddi janrda bir filmə rast gəlinmir. Bəlkə də mən görməmişəm. "Bacanaqlar", "Qardaşlar" kimi seriallara camaat gülür. Ləhcəni dəyişməklə, onun-bunun ağzını əyməklə... Buna sənət demək olarmı? Bunlar da camaatın xoşuna gəlir. Kinonu yola vermək olmaz! "Yeddi oğul istərəm" filmində 4 dəfə ölüb-dirilmişəm. Bu filmdən sonra mənə 1 həftə əl dəymədilər ki, özümə gəlim. Siz elə bilirsiniz ki, hər güllə mənə dəyəndə onu oynamaq asandır?

- Həmişə işləmisiniz, amma hal-hazırda sənətinizdə durğunluq yaranıb. Bu durğunluqdan necə çıxış yolu tapırsınız?

- Mən və mənim yaşıdlarımın bu gün vəziyyəti həddindən artıq ağırdır. Ağırdır nə barədə? Biz ömür boyu hərəkətdə olan insanlar, birdən-birə oturmuşuq. Oturmaqda şəxsən məni öldürüb. Mənim bu dəqiqə ağrımayan yerim qalmayıb. O da hərəkətsizlikdən, işsizlikdəndir. Nə qədər oturmaq olar? Məzuniyyətə çıxanda mən bir gün də olsun kinostudiyasız qala bilmirəm.

- Filmə dəvət olunanda qonorar danışırsınız?

- Bu gün qonorarsız yaşamaq qeyri-mümkündür. Bu mənim zəhmət haqqımdır. Çünki mən filmə ürəyimi qoyuram. Türkan Şoray və Kadir İnanır bir dəfə mənə dedilər ki, Ənvər, sən bu qədər filmə çəkilmisən, yəqin ki, milyonersən? Day demirdim ki, 5-6 qonşu ilə kommunal evdə yaşayıram. İnsan gərək öz gördüyü işin qonorarını alsın. Mən heç vaxt rejissorlara qiymət oxumamışam. Əcnəbi aktyorları Bakıya dəvət edib onlara milyonlar xərcləyirlər, amma özümüzünkülərə o diqqət göstərilmir. Aldığım məvacibi ancaq dərmanlara xərcləyirəm. Qızım da, özüm də xəstəyəm.

- Ən böyük arzunuz nədir?

- Bütün arzularıma nail olmuşam. İlk növbədə tamaşaçıların məhəbbətini qazanmışam. Bu hər bir sənət adamı üçün ən böyük xoşbəxtlikdir. İndi isə ən böyük arzum odur ki, nəvəmin, qızımın canı sağ olsun.

- Elə bir rol olubmu onu oynamaq istəyirsiniz?

- Mənə elə gəlir ki, öz yaşıma görə həddindən artıq çox işləmişəm. Çəkildiyim filmlər isə tarixə yazılıb. İndi mən ancaq gənclərə tövsiyə edə bilərəm ki, kinonu sevirlərsə, qalsınlar, sevmirlərsə, vaxtında getsinlər. Birinci növbədə məsuliyyətli olsunlar. Öz görünüşlərinə, imiclərinə diqqət etsinlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2394   Tarix: 22 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məşhur yəhudi müğənni Alim Qasımovu paylaşdı

Məşhur israilli müğənni Yasmin Levi Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Yasmin xanəndənin tələbəsi olduğunu vurğulayaraq, bunları əlavə edib:. "Ustadım: 20 il əvvəl o məni tələbəsi olaraq seçdi. Amma həyat məni başqa istiqamətə yönəltdi. Buna görə ömrümün sonun

10 fevral
.

"Gərək yersiz danışasan ki, seviləsən"

"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səs

11 aprel
.

Onlar 40 yaşından sonra iş tapa bilmirlər...

"Tanınmış bir balet ustası ilə söhbət edirdim, dəhşətə gəldim. Əvvəllər balet artistləri 40 yaşında təqaüdə çıxırdı, onu da 65 ediblər. Ay camaat, ayaqları artıq 40 yaşında şikəst olan 65 yaşına qalar?" . "Qafqazinfo" xəbər verir ki, bu məsələni gündəmə jurnalist İlqar Əlfioğlu gətirib

2 fevral
.

Naxçıvanda nazir əvəzi idarə müdirini işdən çıxardı

Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub. "Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Babə

28 fevral
.

Rövşən Məmmədov Flora Xəlilzadəni AzTV-yə QAYTARDI

Bu yaxınlarda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru vəzifəsindən təqaüdə göndərilən Əməkdar jurnalist Flora Xəlilzadə yenidən AzTV-yə qayıdıb. xəbər verir ki, onun qayıdışı barədə Azərbaycan Televiziyasının rəhbəri Rövşən Məmmədov bildirib. "Flor

10 fevral
.

"Uşaqlığın son gecəsi"nin Muradını kim səsləndirib? - Xalq artisti ilə bağlı maraqlı FAKT

"Dublyaj çox çətin sahədir. "Azərbaycanfilm" kinostudiyasına gediş-gəlişim başlayan zamanlarda ara-sıra dublyajda da özümü sınayırdım, xırda-para rolları səsləndirirdim. "Hələ bu sahəyə yeni ayaq döyürdük" demək daha doğru olar. Amma "Uşaqlığın son gecəsi"ndə Ənvə

17 fevral
.

Məşhur serialın meksikalı aktrisa vəfat edib

Məşhur serialın meksikalı aktrisa Renata Flores 74 yaşında vəfat edib. Qeyd edək ki, Renata Flores bir zamanlar çox populyar olan "Vəhşi qızılgül" (Dikaya roza) teleserialında xadimə Leopoldina rolu ilə tanınıb

10 fevral
.

Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir - FOTO

Xalq artisti Yusif Eyvazov "Facebook" hesabında sosial media izləyicilərinə müraciət edib. xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib. Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib. "Əziz dostlar

22 yanvar
.

Britaniya şahzadəsi Endrünün keçmiş həyat yoldaşı Sara Ferqüsona dəri xərçəngi diaqnozu qoyulub

Britaniya şahzadəsi Endrünün keçmiş həyat yoldaşı Sara Ferqüsona dəri xərçəngi diaqnozu qoyulub. Bu barədə 64 yaşlı York hersoginyasının nümayəndəsi bildirib. "Yayda döş xərçənginin erkən forması diaqnozu qoyulduqdan sonra York hersoginyası Saraya indi bədxassəli melanoma diaqnozu qoyulub"

22 yanvar