Bu bazar da boşalır: Sığorta şirkətləri geri çəkilir

Bu bazar da boşalır: Sığorta şirkətləri geri çəkilir2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 9-unun yığımları azalıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatında deyilir ki, tənəzzüldə olan sığorta şirkətləri aşağıdakılardır: "AXA MBASK", Dövlət Sığorta Kommersiya Şirkəti, "AXA MBASK","AZSIĞORTA","Bakı Sığorta", "Günay Sığorta", "İpək Yolu Sığorta", "Standard Insurance", "Qala Həyat" və "Xalq Sığorta". Məlumata görə, adıçəkilən şirkətlər 2017-i ilin 1-ci rübü ilə müqayisədə daha az sığorta haqları toplayıblar.

12 şirkət isə yığımlarını artıra bilib. 2 sığorta şirkəti (PAŞA Həyat və PAŞA Sığorta) cəmi 193,1 milyon manat sığorta haqlarının 63 faizini və ya 121.2 milyon manatını formalaşdırıblar. Ötən il bu nisbət 54 faiz olub.

Sığorta üzrə ekspert Xəyal Məmmədxanlı bazardakı mövcud vəziyyəti "Cümhuriyət" qəzetinə şərh edib. O bildirib ki, yığımları azalan şirkətlərin içərisində sözün əsil mənasında tənəzzül yaşayan şirkətlər var:

"Amma demək olmaz ki, yığımları azalan şirkətlərin hamısı zəifləyib. Çünki, adətən, ilin birinci rübü aldadıcı olur. Yəni, müqavilələrin bir çoxu hələ bağlanmır, elə şirkətlər var ki, müqavilələrin əksəriyyətini ilin ikinci, üçüncü rübü ərzində bağlayır. Yığım müqavilə dövründən asılı olaraq dəyişə bilir. Ümumiyyətlə, qiymətləndirməni ilin yekunlarına görə demək olar. Amma proqnozlarıma görə, 2018-ci ildə sığorta bazarı kiçilməyəcək. Ən azı bazar sabit qalacaq. Hesab edirəm ki, 2018-ci ilin sonuna qədər sığorta bazarında 5-10 faiz böyümə olacaq. Hesablamalarıma görə, bu il sığorta bazarının yığımları 600 milyon manata çatacaq".

Ekspert hesab edir ki, müəyyən sığorta şirkətlərində olan problemlər bir neçə ildir yaşanır:

"Adıçəkilən şirkətlər içərisində elələri var ki, sadəcə, ilin birinci rübünün göstəriciləri az ola bilər. Amma o şirkətlərin daha da kiçiləcəyini və yaxud da bazardan çıxacağını ehtimal etmirəm. "AXA MBASK"-ın vəziyyəti bəllidir, belə ki, orada müəyyən struktur və rəhbər dəyişikliyi oldu. Artıq şirkətə yeni təsisçilər rəhbərlik edir.

Ola bilsin ki, bununla bağlı şirkətdə bir qədər durğunluq yaşanıb. Amma hesab edirəm ki, qısa müddətdə onlar bu vəziyyətdən çıxacaqlar. Yığımı azalan bir qisim şirkətlər müvəqqəti çətinlik çəkir. Amma digər şirkətlər də var ki, onlarda ümumi kiçilmələr nəzərə çarpır. Bazarın ümumi vəziyyətini stabil qiymətləndirmək olar. Ümumiyyətlə, çox ciddi problemlər və yaxud da bazarı kütləvi tərk etmələr gözlənilmir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2170   Tarix: 22 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ermənistan Azərbaycanla sülh istəyirsə mütləq şəkildə işğal altındakı 8 kəndimizi geri qaytarmalıdır" - DEPUTAT

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki

29 mart
.

Qərbi azərbaycanlılar ümidlə o günü gözləyirlər: həsrətə nə vaxt son qoyulacaq? - VİDEO

Göyçə mahalının Basarkeçər rayonunun 37 kəndindən biri olan Qaraqoyunlu kəndi. 1988-ci ildə ardı-arası kəsilməyən daşnak terror qrupları təzyiqlərə məruz qalan kəndin əhalisi Azərbaycanın yaratdığı reallıq sayəsində ömürlərinin qalanını öz yurdlarında firavan yaşayacaqlarına əmindirlər. xəbər verir ki

29 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28 mart
.

Türkiyə 10 ildən sonra bu ölkəyə uçuşları bərpa etdi

Türk Hava Yolları 10 ildən sonra Liviyaya uçuşları bərpa edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, uzunmüddətli fasiləyə səbəb təhlükəsizlik vəziyyəti ilə əlaqədar olub. Lakin hazırda ilk təyyarə Tripolinin Mitiqa beynəlxalq hava limanına enib. Türkiyə

29 mart
.

Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib. -ın verdiyi xəbər görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun Kiyevdə ürəktutmasından vəfat etdiyi bildirilir

29 mart
.

Dostunun ad günündə dava saldı, həbs olundu

Xətai rayonu, general Şıxlinski küçəsində yerləşən "Səhnə" restoranında keçirilən ad günü mərasimində dava düşüb. Qaynarinfo-nun məlumatına görə, dava müsiqi sifariş vermək üstündə baş verib. Hadisəyə görə 1990-cı ildə Bakı şəhərində anadan Cəfər Cəfərov (ad-soyad şərti) saxlanılıb. Onun barəsind

29 mart
.

"Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub"

Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin həbs edilməsi ilə nəticələnən cinayət işi haqda bəzi məqamlar üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançının həmin əməlləri tək törətmədiyi iddia edilir. Belə ki

29 mart
.

Bu klinikanı cərimə gözləyir

"Medicare klinikası" MMC-yə inzibati protokol yazılıb. xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.5-ci (Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrind

29 mart