Adil Əliyev nazir təyin edilir?

Adil Əliyev nazir təyin edilir?"Dostlar, sosial şəbəkələrdə mənim idman naziri olacağımla bağlı aparılan kampaniyanı qəbul etmirəm. Sizdən artıq dərəcədə xahiş edirəm statusu siləsiniz və bu, ölkə rəhbərinin kadr siyasətinə ziddir".

Bu sözləri deputat Adil Əliyev "Facebook" səhifəsində sosial şəbəkələrdə onun gənclər və idman naziri olacağı ilə bağlı yayılan söz-söhbətə münasibət bildirərkən deyib.

"Azad müəllim yaxın dostumdur, həm də yaxşı insandır. Federasiya olaraq nazirliklə sıx əməkdaşlığımız var. Bundan çox məmnunam", - deyə Adil Əliyev qeyd edib.

O vurğulayıb ki, bu gün kimisə facebook üzərindən hansısa vəzifəyə təyin etmirlər:

"Ölkə rəhbəri cənab prezident yaxşı bilir ki, kimi hansı vəzifəyə təyin etmək lazımdır. Mən millət vəkili olaraq millətimə, xalqıma xidmət edirəm. Burada da çox rahatam. Nə də ki, vətənimə, dövlətimə hansısa vəzifəyə görə xidmət etmirəm".

Sosial   Baxılıb: 10984   Tarix: 22 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR