Abutalıbovdan sonra Bakının yeni meri 44 yaşlı bu bakılı ola bilər... - FOTO

Abutalıbovdan sonra Bakının yeni meri 44 yaşlı bu bakılı ola bilər... - FOTOBakı Şəhər İcra Hakimiyyəti başçısı postunun kimə həvalə ediləcəyi cəmiyyəti ciddi şəkildə maraqlandırır. Musavat.com-un əldə etdiyi məlumata görə, Hacıbala Abutalıbovu gənc bir kadr əvəzləyəcək. Belə ki, mer postuna "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin sədri olan Zakir İbrahimov təyin olunacaq.

Qeyd edək ki, rəsmi tərcümeyi-halına görə, Z.İbrahimov 1974-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə Leninqrad Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olub, 1995-ci ildə Bakı Dövlət Universitetinin eyniadlı fakültəsini bitirib.

2004-2006-cı illərdə Odlar Yurdu Universiteti, ABŞ Corciya Dövlət Universitetinin Magistr proqramı üzrə biznesin idarəedilməsi (MBA) istiqamətində təhsil alıb. 1993 – 1995-ci illərdə "TAİS" Azərbaycan Gənclər İnteqrasiya Mərkəzində, 1995 – 1998-ci illərdə "Azticarət" Açıq Tipli Səhmdar Cəmiyyətində Hüquq və Biznesin İnkişafı üzrə Aparıcı mütəxəssis vəzifəsində çalışıb. 1998 – 2002-ci illərdə "Azpetrol LTD" Məhdud Məsuliyyətli Cəmiyyətində Xüsusi Layihələrin Koordinasiyası və Təchizat Şöbəsinin müdiri, 2003 – 2004-cü illərdə "EUPEC PipeCoating Azerbaijan BM" Baş direktoru işləyib.

2004 – 2005-ci illərdə "Azpetrol Neft Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətində Strateji araşdırmalar, -ictimaiyyətlə əlaqələr, marketinq və təchizat departamentinin müdiri, 2005 – 2006-cı illərdə Moldova Respublikasında "Azpetrol SRL" şirkətində, 2006 – 2009-cu illərdə "EVR LTD" Məhdud Məsuliyyətli Cəmiyyətində Baş direktor vəzifəsində çalışıb.

2009 – 2016-cı illərdə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətində İdarə Heyətinin sədri olub.26 may 2016-cı il tarixindən etibarən "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışır.

Yeni yaradılmasına baxmayaraq, "AzerGold" qızıl yataqlarının kəşfiyyatı, qızıl və gümüşün hasilatı və ixracı sahəsində xeyli işlər görüb. Onun fəaliyyəti sayəsində Azərbaycanın qeyri-neft ixracatında qızıl ikinci yerə yüksəlib.

Z.İbrahimov həm "Təmiz Şəhər"ə, həm də indi "AzerGold"a rəhbərliyi dövründə ictimaiyyətə açıqlığı ilə tanınıb. Mətbuatla sıx təmasda işləməyi onu hazırkı məmur heyəti arasında xüsusi fərqləndirən cəhətlərindən biridir. Bu baxımdan, BŞİH rəhbəri olaraq indiyədək mətbuata qapalılığı ilə tanınan Bakı meriyasının fəaliyyətində açıqlıq prinsiplərinin tətbiq olunacağı gözlənilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5693   Tarix: 23 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19 aprel
.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

Əməkdar məşqçi vəfat etdi

Gəncə boks məktəbinin müəlliflərindən olan əməkdar idman ustası Eldar Həsənov dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, məşqçi 82 yaşında həyatını itirib. Eldar Həsənov SSR-i İdman Ustası, əməkdar məşqçi və bir sıra idman tutumlarına malik olub. Onun tələbləri istər ölkəmizdə, istərsəd

19 aprel
.

"Yusi Ko" MMC BDU-nu məhkəməyə verdi

Bakı Dövlət Universitetinə (BDU) qarşı məhkəmə iddiası qaldırılıb. xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib. Məhkəmə iddiası ölkənin tanınmış tikinti şirkətlərindən biri olan "Yusi Ko" MMC tərəfindən podrat müqaviləsi üzrə mübahisələrl

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl

19 aprel
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel