Nazir Hüseyn Bağırov vəzifədən ÇIXARILDI? - RƏSMİ

Nazir Hüseyn Bağırov vəzifədən ÇIXARILDI? - RƏSMİEkologiya və təbii sərvətlər naziri vəzifəsini icra edən Hüseyn Bağırovun işdən azad edilməsi barədə məlumat yayılıb. Yayılan məlumata görə, H.Bağırov artıq nazirlikdə təhvil-təslim işlərini həyata keçirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlamasında bildirib ki, yayılan xəbər əsassızdır:

"Hüseyn Bağırov hazırda ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edir".

Qeyd edək ki, Bağırov Hüseynqulu Seyid oğlu sözügedən posta 2001-ci ildə təyin olunmuşdu./publika

Sosial   Baxılıb: 5260   Tarix: 23 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR