Biləsuvarda cinayət

Biləsuvarda cinayətBiləsuvar Rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə bir gündə iki cinayət faktının üstü açılıb. Belə ki, otlaq sahəsindən xırda buynuzlu heyvanlar, mənzildən isə 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.
Din Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sonxeber.az-a verilən məlumata görə, 22 aprel tarixində Biləsuvar rayonunun Əsgərabad kənd sakini Rövşən Səfərov DİN-in "102" xidməti-zəng mərkəzinə zəng vurararaq bildirib ki, ərazidəki otlaq sahəsindən ona məxsus 3 ədəd xırdabuynuzlu heyvan oğurlanıb. "İzti izlər"lə aparılan tədbirlər zamanı elə həmin gün oğurluğu törətmiş şəxsin Biləsuvar rayonunun Dərvişli kənd sakini Mahir Rüstəmli olduğu müəyyən edilib. Həmin şəxs saxlanlaraq istintaqa təhvil verilib. Oğurladığı heyvanlar isə ondan maddi sübut kimi götürülərək sahibinə təhvil verilib.
Keçirilən digər əməliyyat tədbiri ilə isə həmkəndlisinin evindən qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb. Belə ki, 21 aprel 2018-ci il tarixində Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə ərazidəki evlərdən birindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı müraciət daxil olub. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Biləsuvar rayonu Səmədabad kəndində yaşayan Baloğlan Haqverdiyev olduğu müəyyən edilib. O saxlanılaraq istintaqa təhvil verilib. Oğurladığı qızıl-zinət əşyaları isə maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1459   Tarix: 23 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal

8 sentyabr 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021