General 14 il azadlıqdan məhrum edildi - "MTN işi"

General 14 il azadlıqdan məhrum edildi - "MTN işi"Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçiriləcək prosedə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sübahir Qurbanov 14 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natavan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15, Zaur Məmmədovun 13, Natiq Alıyevin 14, Fərhad Atayevin 7, Anar Şirəliyevin 7, Eşqin Əliyevin 7 və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Həmçinin prokuror təqsirləndirilən generalların rütbədən azad edilməsi barədə ölkə Prezidentinə, digər şəxslərin rütbəsi ilə bağlı müvafiq orqanlara təqdimat göndərilməsini istəyib.

O, zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanuna uyğun qərar verilməsini tələb edib.

Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib.

Bundan başqa, o, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması ilə bağlı qanunauyğun olaraq qərar çıxarılmasını tələb edib.

Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs olunublar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1765   Tarix: 23 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel
.

Sumqayıtda dəhşətli cinayət: "Dedi ki, gözəl-göyçək arvadın var..." - ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red.) öldürüb. -un əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünü

13 mart
.

Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTO

Bütün ailəsini qəddarlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bacısı - Elmira Əhmədovanın vaxtilə gəlin olduğu ailə ilə bağlı məlumatlar yayılıb. xəbər verir ki, Elmira Əhmədova Tofiq Niftəliyev adlı şəxsin oğlu ilə ailə həyatı qurub. Polkovnik Tofiq Niftəliyev Rusiyanın Blaqoveşensk şəhərind

9 aprel
.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel
.

Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fərid Namazovun sədrliy

16 aprel
.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. 11 ildən sonra

13 aprel
.

Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar - FOTO

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

12 mart