Eks-namizədlər hakim komandadakı dəyişikliyə belə qiymət verdilər...

Eks-namizədlər hakim komandadakı dəyişikliyə belə qiymət verdilər...Prezident İlham Əliyev aprelin 21-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Bu sərəncamla mərkəzi icra hakimiyyəti orqanlarının bəzilərinə rəhbər təyinatı gerçəkləşib, bəzilərinə isə təyinat olmayıb.

Maraqlıdır, prezidentliyə eks-namizədlər bu təyinatlarla bağlı nə düşünür?

Milli Məclisin deputatı Araz Əlizadə deyib ki, yeni dəyişikliklər normaldır:

"Yeni Baş nazir yeni hökümətlə işləməlidir. Və cənab prezident qərara gəlib ki, kadrların dəyişilməsinə ehtiyac var. Yeni təyinatların qənaətbəxş olub-olmamasını isə zaman göstərəcək. Hələ yemədiyim xörəyin dadından danışa bilmərəm".

Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, hökumətin yeni tərkibdə formalaşması qaçılmaz idi.

"Ona görə ki, neft bumunun sönməsi böyük və asan pullarla işləyən məmur ordusunun həqiqi potensialını üzə çıxardı. Belə demək olarsa, xarici siyasətdə inkarolunmaz uğurlar qazanan və transmilli dünyanı çəkib bizim regiona gətirən, onlardan təhlükəsizlik sipəri düzəldən dövlət başçısı komandasından aldığı zərbələrə daha dözmək fikrində deyildi. Əgər kəskin addımlar atılmasaydı, indi təsəvvürə gətirmək çətindir ki, nələr baş verərdi.

Nəinki seçkilərə onlarla getmək olmazdı, eləcə də, artıq dövləti içəridən sarsıdan adamlar Roma imperiyası dövründə olduğu kimi, təkcə cəmiyyətə həqarətlə baxmırdılar, eləcə də, komanda yoldaşlarını əzib məhv edəcəklərinə inanan monstr halına gəlmişdilər. Adamları yeyən patrisiyaların əlindən onların plebey saydıqlarını almaq gərək idi".

Deputatın sözlərinə görə, hər gün daxili və beynəlxalq medianın gündəminə daşınan hakimiyyətiçi intriqalar, böyük korrupusiya əməllərinə dair səs-küylü cinayətlər vahid bir komanda kimi hərəkətə zərbə vurur, vətəndaşın nəzərində dövlətə güvənci əngəlləyir və təmiz məmur obrazını yerlə-yeksan edirdi:

"Hətta düşmənlə müharibə qərarı almağın necə riskli olduğunu anlamaq da çətin deyildi. 2015-ci ilin hökuməti ilə müharibə aparmaq təhlükəli idi.

Çünki hakimiyyət dəyişikliyi üçün hərbi məğlubiyyət daxili düşmənlər üçün əla ssenari ola bilərdi. İndi tam arxayınlıqla, demək olar ki, iki il əvvəl Ermənistanla baş verən aprel döyüşləri həm də daxildə aparılan təmizlənmənin nəticəsi idi.

Ərdoğanın Türkiyədə apardığı total yenilənmə kursu və ən yaxın ətrafından gələn təhlükələri bloklamaq üçün atdığı addımlarla cənab İlham Əliyevin dörd naziri vəzifəsindən kənarlaşdırması mahiyyətcə eyniyyət təşkil edirdi və mənə görə, yeni hökumət quracağının anonsu sayıla bilərdi.

Artıq tam inamla demək olar ki, hökumətini tərkibi son üç ildə 70 faizə yaxın dəyişib".

"Cəbhəçilərin təşəbbüs qrupu"nun prezidentliyə eks-namizədi Razi Nurullayev Azərbaycanda siyasi islahatların, kadr dəyişikliklərinin lehinə olduğunu və bunu yüksək qiymətləndirdiyini qeyd edib:

"Gözləntim budur ki, kifayət qədər müxtəlif sahələrə də istiqanlı insanlar cəlb olunsun, Azərbaycan insanlarının problemləri həll edilsin. Eyni zamanda, bizdən başqa prezident seçkiləri vaxtı digər namizədlərin səsləndirdiyi məsələlərin həlli yönündə həmin yerə cəlb olunan kadrlar praktik addımlar ata bilsinlər ki, cəmiyyətimizdə sosial gərginlik azalsın.

Yeni təyinatları tam olaraq qənaətbəxş adlandırmazdım. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni gənc kadrın gətirilməsini yüksək dəyərləndirdim. Çünki mənim ən çox tənqid etdiyim sahələrdən biri də bura idi. Düşünürəm ki, həmin nazirlik Azərbaycanda yoxsulluğun aradan qaldırılması istiqamətində əməli addımlar atmalıdır. O cümlədən Kənd Təsərrüfatı Nazirliyinə də "Asan Xidmət"in rəhbəri İnam Kərimovun təyin olunması məndə ümidlər yaradıb və orada yüksək dəyişikliklər olacaq. Bu həm də islahatların bir anonsudur və sevindirici haldır. Ümid edək ki, daha ciddi addımlar da atılacaq və insanların sosial problemləri yönündə müəyyən müsbət işlərin şahidi olacağıq".

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu:

"Əvvəla, Nazirlər Kabineti prezidentin tabeliyində olmalı idi. Digər prezidentli respublikalarda da Baş nazirin vəzifəsini prezident özü icra edir, birinci vitse-prezident isə ondan sonra ikinci adamdır. Amma Azərbaycanda bir boşluq yaranıb. Faktiki olaraq prezidentli respublika olsaq da, ali icra başçısı kimi Baş nazir gedir. Lakin Konstitusiyaya görə, Baş nazirin elə bir səlahiyyətləri yoxdur. Bu baxımdan Baş nazir vəzifəsi insan orqanizmindəki kor bağırsaq çıxıntısına bənzəyir. Ölkədə islahatların həyata keçirilməsi Novruz Məmmədovdan yox, prezident İlham Əliyevdən asılı olacaq. Çünki faktiki ali icra başçısı da İlham Əliyevdir.

Əsas islahatlara baxmaq lazımdır. İslahat olmayan yerdə kadrlar da yaxşı iş görə bilməz. Buna görə də indiki təyinatları Azərbaycanda status-kvonun saxlanması kimi dəyərləndirirəm. İslahatlar proqramından sonra ölkədə ciddi dəyişikliklərin olub-olmayacağını görəcəyik".

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev isə sualımızı müəyyən vaxta kimi cavablandırmaq istəmədi.

modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3214   Tarix: 23 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə REAKSİYA

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel danışıb. Onun sözlərinə görə, AB

18 aprel
.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel
.

Sülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:

17 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel