Vəzifədən çıxarılan azərbaycanlı məmura ŞOK! Məsuliyyətə cəlb oluna bilər

Vəzifədən çıxarılan azərbaycanlı məmura ŞOK! Məsuliyyətə cəlb oluna bilərPrezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Disapor ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tutduğu vəzifədən azad olunub. Onun yerinə Milli Məclisin deputatı Fuad Muradov təyin edilib.

Yaxın günlərdə komitənin ötən dövrdəki fəaliyyətinin araşdırılmasına qərar verilib. Belə ki, büdcə vəsaitlərinin xərclənməsi, müxtəlif ölkələrdəki diaspor təşkilatlarına ayrılan vəsaitin təyinatdankənar istifadə olunması ilə bağlı ciddi araşdırma aparılacaq.

Qeyd edək ki, uzun zamandır Nazim İbrahimov və rəhbərlik etdiyi qurumdan narazılıq pik həddə idi. Çünki illlərlə diaspor fəaliyyətinə ayrılan vəsaitlərin göyə sovrulması həm müxtəlif ölkələrdə yaşayan soydaşlarımız, həm də hakimiyyət üçün problem yaradıb. Onun vəzifədən uzaqlaşdırılması da məhz bununla bağlıdır.

Yəqin ki, N.İbrahimov təkcə vəzifədən uzaqlaşdırılmaqla yaxasını qurtara bilməyəcək. Onun rəhbər olduğu dövrdə komitənin fəaliyyətinin araşdırılması və yoxlamanın nəticələrinə uyğun qərar veriləcək. Hətta onun məsuliyyətə cəlb olunması da istisna edilmir.

Digər bir xəbərdə isə bildirilir ki, Nazim İbrahimov bu situatsiyadan "təmiz" çıxmaq və qonşu ölkələrdən birinə səfir getməsi üçün çalışır.

unikal.org
Vəzifədən çıxarılan azərbaycanlı məmura ŞOK! Məsuliyyətə cəlb oluna bilər

Sosial   Baxılıb: 11875   Tarix: 24 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR