Eks-məmurun toy edəcəyi məşhur oteldə bir masanın qiyməti neçəyədir?

Eks-məmurun toy edəcəyi məşhur oteldə bir masanın qiyməti neçəyədir?Xəbər verdiyimiz kimi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov seçkilərdən sonra formalaşdırılacaq yeni kabinetdə yer almayıb.
Prezident İlham Əliyevin sərəncamı ilə N. İbrahimovun yerinə deputat Fuad Muradov təyin edilib.

Yerli mətbuatda yer alan məlumatlara görə, vəzifədən gedən Nazim İbrahimov bu səbəbdən ötən ilin dekabrında nişanladığı qızı Kəmalə İbrahimovanın toyunu təxirə salıb.

Toyun keçiriləcəyi məkan olaraq isə "Alov qüllələri"ndəki "Fairmont" otellə razılıq əldə olunub, hətta dəvətnamələri də paylanılıb.

Sonxeber.az olaraq "Alov qüllələri"ndəki "Fairmont" oteldə qiymətlərlə maraqlandıq.

Sözügedən məkandan əldə etdiyimiz məlumata görə, "Fairmont" oteldə masanın qiyməti 160 dollar, alkoloqollu içkilər də daxil olmaqla 190 manatdan başlayır. Məkan 500-600 nəfər üçün nəzərdə tutulub.

Şahidə Tapdıq

Sosial   Baxılıb: 11330   Tarix: 24 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR