Bu şəxslərin maaşlarının yarısı dövlət ödəyəcək
"Məşğulluq xidməti vasitəsilə işə qəbul edilən şəxslərin maaşlarının yarısını dövlət ödəyəcək".
Bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisdə müzakirəyə təqdim edilən "Məşğulluq haqqında" qanununun layihəsinə münasibət bildirərkən deyib.
Nazir müavini bildirib ki, məşğulluq dövlətin sosial siyasətinin prioritet sahəsidir:
"Cənab Prezidentin bütün iclaslarında işsizlik məsələlərinə toxunub. Bu qanun layihəsi də məşğulluq məsələsindəki problemlərin həllinə yönəlib".
Nazir müavini onu da vurğulayıb ki, bu qanun layihəsi yeni iş yerlərinin yaradılması, aktiv əmək bazarının tənzimlənməsinə xidmət edir:
"Bu qanunda kifayət qədər innovativ yanaşmalar var. Elektron resurslar əsasında vakansiya bankının yaradılması, işsizlərin yenidən əmək bazarına qaytarılması vacib məsələdir. Bu qanun qəbul ediləndən sonra dövlət işaxtaranı iş yerinə göndərəcəksə, bu zaman həmin şəxsin əmək haqqının yarısını dövlət qarşılayacaq. Əlbəttə, bununla bağlı bəzi şərtlər də var. Belə ki, bu halda işəgötürən işçi ilə iki ildən az müddətdə əmək müqaviləsi bağlamamalıdır. Nəticədə işçinin bir illik əmək haqqı dövlət, bir ili isə işəgötürən tərəfindən ödənilmiş olacaq. Bu qanun qəbul ediləcəksə, praktik baxımdan iş axtaranların problemlərini həll etmək imkanımız olacaq".
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
publika.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşDövlət qurumunun əməkdaşlarının maaşları ARTIRILDI
"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ndə dəyişiklik edilib. -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il yanvarı
27 fevralBitkoin kəskin ucuzlaşıb
Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad
22 martAzərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA
"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə
12 martEkspert: "Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır"
"Sağlamlığa Xidmət" İctimai Birliyinin sədri Pərvanə Vəliyeva Amuldağ (Amulsar) qızıl yatağının istismarının bütün regionu təhdid etdiyini bildirib. O, "Report"a açıqlamasında deyib ki, Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır. P.Vəliyeva qeyd edib ki, burada qızıl yatağını
27 yanvarMəcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ
Ötən ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən mənzillər paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunu
27 fevralQızılın qiyməti rekord həddə çatdı
Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd
6 mart