Bir daşla iki hədəf: Sarkisyan həbsə gedəcək, Qarabağı geri qaytarmağa məcbur olacaqlar

Bir daşla iki hədəf: Sarkisyan həbsə gedəcək, Qarabağı geri qaytarmağa məcbur olacaqlar"Bilirsiniz ki, Azərbaycandan kənarda bir çox ölkələrdə qanunvericilik səviyyəsində Xocalı bir qətliam hadisəsi, soyqırımı kimi tanınıb və pislənib. Bu qətliamın həyata keçirilməsinə əmr verən şəxslər vardır ki, bu şəxslər haqqında müəyyən işlər görmək mümkündür. Bunun üçün mütləq mənada Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək lazımdır".

Sonxeber.az xəbər verir ki, bu sözləri Publika.az-a politoloq Natiq Miri baş nazir postundan istefa verən Serj Sarkisyanın başçılıq etdiyi Qarabağ klanının cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məsələni dəyərləndirərkən deyib.

Politoloq bildirib ki, Xocalı soyqırımını törədən şəxslər dünyanın ən ali təşkilatları tərəfindən ittiham olunmalıdır:

"Təəssüf ki, nə Azərbaycan, nə də Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür. Ancaq hüquqi çərçivədə bu məsələni Haaqa Beynəlxalq Hüquq Məhkəməsinə çıxarmaq olar. Eyni zamanda bu məsələni hüquqi zəmində beynəlxalq təşkilatlarda: Avropa Şurası Parlament Assambleyasında, Avropa Parlamentində, Avropa Komissiyasında, hətta Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları ilə bağlı komitəsində müzakirə predmeti kimi təqdim etmək olar ki, Serj Sarkisyan bilavasitə bu cinayət hadisələrinə rəhbərlik edib. Və beynəlxalq səviyyədə ittiham olunsun. Xocalı soyqırımı, Dağlıq Qarabağ problemini heç bir zaman gündəmdən salmaq lazım deyil. Xüsusilə, bu məsələnin müzakirəsi Dağlıq Qarabağ problemində Azərbaycanın mövqeyini gücləndirər. Aydın olmalıdır ki, Azərbaycan Dağlıq Qarabağ və onun ətrafında yerləşən işğalçı rejimə - cinayətkar bir rejimə qarşı mübarizə aparır və bu mübarizənin qarşı tərəfi ilə biz sülh masası ətrafında oturmağa vadar edilirik. Bu bütün tribunalardan deyilməlidir ki, ən azından belə insan faciələri və buna səbəb olan insanlar dünyaya olduğu kimi tanıtdırılsın.

Serj Sarkisyan da artıq Ermənistanda siyasi platformada olmadığı üçün mövqeləri zəifləyib. Ona görə də, əlbəttə, Qarabağ klanının cinayət məsuliyyətinə cəlb edilməsi bütün zamanların gündəm məsələsi olmalıdır. Bu təkcə Cənubi Qafqazla bağlı məsələ deyil. Bu gün Yaxın Şərqdə, Suriyada böyük bir müharibə suçu işlənir. Əsəd rejimi öz xalqına kimyəvi silahlar tətbiq edir. Bununla bağlı sənədlər ABŞ-ın rəhbərlik etdiyi komissiya tərəfindən toplanır və gələcəkdə həm BMT səviyyəsində, həm də Beynəlxalq Cinayət Məhkəməsi səviyyəsində bu faktların hesabı sorulacaq".

Natiq Miri qeyd edib ki, Qarabağ klanının Ermənistandakı təsir gücü sıfıra enib və bu klan bir daha fəaliyyət göstərə bilməyəcək:

"Qarabağ klanının Ermənistandakı gələcək taleyi ilə bağlı İrəvanda etiraz aksiyalarına başçılıq edən Nikol Paşinyan konkret açıqlama verib. Açıqlamada bildirib ki, inqilabın əsas hədəflərindən biri yerinə yetirilib. Yəni, Sarkisyan baş nazir postundan istefa edib. İkinci hədəf isə parlamentin, xalqın içindən bir nəfərin baş nazir postuna müvəqqəti olaraq təyin edilməsi və bundan sonra kabinet formalaşdırılmasıdır. Ancaq yaxın müddətdə erkən parlament seçkiləri keçirilməlidir. Bu kontekstdə Paşinyan vurğulayıb ki, bu gün hakimiyyətdən devrilən Sarkisyan və onun liderlik etdiyi Respublika Partiyası düşünməsin ki, kölgədə yenə də Ermənistanı idarə edə biləcək. Buna qətiyyən imkan verilməyəcək, tezliklə parlament seçkiləri keçirilməklə xalqın istədiyi hökumət formalaşdırılacaq. Sözün əsl mənasında, Paşinyanın nəzərdə tutduğu seçkilər və onun nəticələri xalqın istəyini əks etdirəcəksə, bu artıq Ermənistanda Qarabağ klanının siyasi hakimiyyətinin sonu demək olacaq. Bu da regionda Azərbaycan üçün yeni bir şans anlamına gəlir. Nikol Paşinyan Qərb təfəkkürlü, yenilikçi bir liderdir. Eyni zamanda ona da əmindir ki, Sarkisyanın bu günə saldığı Ermənistanın faciəvi durumuna əsas səbəblərdən biri Dağlıq Qarabağ və ətraf rayonların işğalı və bu torpaqlara yiyələnməkdə israr edilməsidir. Məhz bunun nəticəsində Azərbaycan və qardaş Türkiyə bütün qlobal iqtisadi layihələrdən, yeni qlobal kommunikasiya sistemlərindən Ermənistanı təcrid edib. Bu da Ermənistanın gələcək inkişaf perspektivinin önünü kəsib. Düşünürəm ki, yeni hökumət xalqın seçdiyi hökumət olacaqsa, ölkəni bütün sahələrdə inkişaf etdirmək istəyəcəklərsə, ilk növbədə, Qarabağ probleminin həllinə ehtiyac duyulacaq. Beləliklə, qarşı tərəf sülh danışıqlarının nəticə verməsinə möhtac olacaq. Əks təqdirdə köhnə hökumətlə yeninin bir fərqi qalmayacaq. Ancaq inqilabın əsas dayağı olan gənclər tamamilə başqa şeylər arzulayır və tələb edirlər. Buna görə də hökumət onların istəklərini nəzərə almaq məcburiyyətindədir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2908   Tarix: 24 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021