Öldürülən süpürgəçi qadın kimin anası idi?

Öldürülən süpürgəçi qadın kimin anası idi?Hər səhər qızımı məktəbə aparanda yolun kənarında, keçəl başda tük olan kimi, bir-iki qadının yolları təmizlədiyini görürəm. Əllərində də o vaxt babamın Ucarın səhrasından yığıb, bağladığı süpürgələrdən.

Üzləri bağlı, hamısı da bir-birinə oxşayır. Sanki bu tozu-torpağı, havada uçuşan sellofanları əskik olmayan şəhəri bircə qarı silib-süpürür, təmizləyir. Yağışlı gündə necə sevindiyini, küləkli havada yerin-göyün qarasınca necə deyindiyini hiss edirəm.
***

Dilənən bir qaraçıdan aylıq qazancını soruşdum bir dəfə. Bakıda 600 manatdan çox qazandığını dedi. O pulu onlara biz veririk. Bəs bu süpürgəçilər aya 600 manat qazana bilirlərmi? Niyə dilənmirlər? Yaxud sualı başqa cür qoyaq: Bəlkə dilənməlidilər?

İndi Bakıda qaraçılar daha rahat yaşayırlar. Daha onlardan pis qoxu da gəlmir. Geyimləri də nimdaş, yamaq-yumaq, boz-bozalaq, fosforlu deyil.

***

Üstəlik, Bakıda hansısa qaraçının üstündən maşınla keçməyiblər. Ancaq o gün süpürgəçi bir ananı maşın vurdu. Üstündən xeyli vaxt keçib, hələ də özümə gələ bilmirəm. Fotosu da yayılmışdı. Gözümü yuman kimi nə düşnürəmsə, düşünüm, harda oluramsa, olum, o mənzərə beynimdə ağ-qara kino lenti kimi sürətlə irəli-geri fırlanır.

Bir də arabir iki körpə qızın qaraltısı qarışır kadrlara…

Atasızlığın zəqqumunu dadmış, anasının gəlməzliyini sürətlə döyünən balaca ürəyinə kösöv kimi basmış iki balaca qız…

Kirayədə qalırlarmış, uçuq-sökük, dar bir otaqda… Bir vaxtlar içində böyük, işıqlı ev arzuladıqları, indi ömrü boyu anaları ilə birlikdə yaşamağa razı olduqları rütubətli, havasız otaqda…

***

Xəbərdə yazılmışdı ki, "bədbəxt hadisə nəticəsində"… Bu təkcə bədbəxt hadisə deyil axı, bu daha çox bədbəxtlərin sayını artıran, əslində hamımızın bədbəxt, günahkar olduğumuzu anladan olaydı. O qadının ölümünə, o yavruların bədbəxtliyinə görə hamımız günahkarıq. Çünki biz insan olaraq bir-birimizi sahiblənməyi bacarmırıq.

***

Bu illər ərzində hər şey dəyişib. İndi qaz piltəsinin yanında səliqəsiz formada, qalaq-qalaq yığılmış qəzetləri bir düymə əvəz edir. Suyu o yandan bu yana axan soyuducular buxarlanma sisteminə keçib. "Ceyran peçləri"ni kondisionerlər əvəzləyib. Məişətdə hər şey dəyişib, rahatlaşıb. Amma nə sirrdisə ölkəmizdə bu inkişaf, yenilənmə süpürgəçi anaların yanından keçir. Sanki onlar zamanın başqa üzündədilər. Onlara gəlib çatan texnoloji "yenilik" fosforlu üst geyimidi. Gecələr işıq saçır. İşıqlanmanın olmadığı əsas yolda işıq "saçan" ana… Qaranlıqda heç kimin görmədiyi zibilləri təmizləyir…

Utancverici deyilmi?

Nədənsə bu müqayisə Viktor Hüqonun Madlen babasını yada salır. Monastrda qoca yaşlarında bağbanlıq edir. Rahibələrlə rastlaşmasın deyə, ayağına zınqırov bağlayırlar. Zınqırov səsi gələn kimi rahibələr uzaqlaşırlar… Bir gücümüz ona çatıb ki, zınqrovu fosforla əvəzləmişik…

***

Rastlaşdığım turistlər bunu başıma qaxınc ediblər dəfələrlə. Hətta qadına maşın sürməyə icazə verməyən ərəblər də. Bu qədər inkişafın qabağında analarınıza küçə təmizlədirsiniz deyə. Yer yarılıb, yerə girmişəm hər dəfə. Nə cavab verim? Sahiblənə bilmirik deyim?

***

Biz evimizdə olanı özümüzünkü bilirik. Adımıza olanı qorumağa çalışırıq. Evimizi təmiz saxlayıb, zibilimizi hara gəldi atırıq. Çölün də, yolun da, hətta zibilliyin də bizim olduğunu anlamaq istəmirik.

O gecənin zinriyində atdığımız hər siqaret kötüyünə, hər su qabına, hər uşaq bezinə görə əyilib-qalxan qadın anamız olsa, əlimizə keçəni hara gəldi atarıqmı? Bacımız olsa, maşınla vurub öldürərkmi? O iki yavru balamız olsa, sahibsizliyin zülmətində tək, kimsəsiz qalmalarına razı olarıqmı?

Bəs onlar kimin anası, bacısı, balasıdı?/metbuat


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 9302   Tarix: 25 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021