Məhkəmə icraçıları 8 yaşlı uşağı zorla atasından alıb anasına verdi - AZƏRBAYCANDA/VİDEO
Sonxeber.az-a daxil olan görüntülərdə məhkəmə icraçıları qərara uyğun olaraq 8 yaşlı uşağı atasından alaraq anasına verməyə çalışır. Lakin anası ilə yaşamaq istəməyən azyaşlı qız müqavimət göstərir.
Sonxeber.az olaraq sözügedən məsələni araşdırmaq üçün azyaşlının valideyni Firdovsi Məmmədovla əlaqə saxladıq. Məlum oldu ki, Firdovsi Məmmədov ailəli olduğu halda 8 il bundan öncə Vəliyeva Günellə qeyri-rəsmi nikaha daxil olub və o nikahdan Leyla adlı qızı dünyaya gəlib. Leylanın 4 yaşı olanda isə onlar arasındakı münasibət sona çatıb. Belə olduğu halda, G.Vəliyeva 4 yaşlı Leylanı atasına verərək onları tərk edir.
F.Məmmədovun sözlərinə görə, hazırda 8 yaşlı olan Leyla bu illər ərzində onu böyüdüb boya-başa çatdıran qadını(atasının həyat yoldaşı) öz anası bilir.
Məhkəmənin qərarı ilə anasına verilən uşaq buna görə müqavimət göstərir:
"Mənim öz ailəm var. Bu xanımla qeyi-rəsmi münasibətdə olduğum müddətdə Leyla adlı bir qızımız dünyaya gəldi. Leylanın 4 yaşında anası Günel uşağı gətirib, qapımıza atdı. Bütün paltarlarını da yığıb gətirdi ki, bu uşaq mənə lazım deyil. İki il keçdikdən sonra yenidən uşağı aparmağa gəldi. Mən də uşaqla görüşməyinə icazə verirdim. Lakin, gördüm ki, uşağı hər dəfə gecə 12-dən sonra evə gətirirdi. Bu söhbətə görə, onunla mübahisəm düşdü. Mingəçevir şəhər məhkəməsinə müraciət etdim və lehimə qərar verildi. Yəni, uşaq mənim himayəmdə qalmalı oldu. Sonra anası Apelyasiya məhkəməsinə müraciət etdi. Onların əleyhimə olan qərarından sonra, mən də Ali məhkəməyə müraciət etdim. Məhkəmənin qərarı ilə uşaq azyaşlı olduğuna görə anasına verilməli oldu. Nə dərəcədə düzgündür, onun qolunu buraraq aparmaq?! Mənim özümün Leyladan başqa 3 uşağım var, Leyla onlarla birgə böyüyüb. Həyat yoldaşımı öz anası kimi bilir. Dəfələrə anasına zəng etmişəm ki, uşaq səni istəyir gəl görüşün. Hər dəfə gah Qəbələdə, gah da Şəkidə istirahətdə olduğunu bildirib. Üstəlik, zəng edib narahat etməməyimi də tələb edib. Bu uşağa niyə psixoloji təsir edib, məcburi yolla aparırlar?! Bu gün uşaqla görüşdüm rəngi ağappaq olmuşdu. Elə bil keyitmə dərmanı vurulub uşağa...
O, keçmişdə qeyri-rəsmi münasibətdə olduğu xanımın Göyçayda restoranlardan birində müğənni kimi çalışdığını da gizlətməyib.
Şahidə Tapdıq
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə Baxılıb: 6680 Tarix: 25 aprel 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda tanınmış həkim vəfat etdi - FOTO
Laçın rayonunda tanınmış həkim vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Belə ki, Ağbulaq kənd sakini, Azərbaycan Tibb Universitetinin müəllimi, nevropatoloq İsa Alışanov bu gecə ürək tutmasından dünyasını dəyişib
10 martBakıda kişi özünü asaraq intihar edib
Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb. Belə ki, Karxana adlanan ərazidə yaşayan 1973-cü il təvəllüdlü Rauf Ağasan oğlu Zeynalov yaşadığı evdə özünü asıb. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb. Meyit müayinə olunması üçü
17 martSəs- Küy qonşular arasında davaya səbəb oldu - VİDEO
Türkiyədə iki qonşu arasında səs-küy səbəbiylə mübahisəsi yaranıb. xarici mediaya istinadən xəbər verir ki, mübahisə ilə başlayan hadisədə silahla yaralanma ilə nəticələnib. Belə ki, qonşular arasında davanı ayırmaq üçün gələn şəxsiyyəti məlum olmayan şəxs tüfənglə atəş açmağa başlayıb. Məlum olub ki
11 martHacıqabulda gənc qız kəskin tənəffüs çatışmazlığından ölüb
Hacıqabulda 23 yaşlı qız kəskin tənəffüs çatışmazlığından ölüb. APA xəbər verir ki, rayonun Atbulaq kənd sakini, 2001-ci il təvəllüdlü Xanımnaz Ceyhun qızı Əhmədova ürək və tənəffüs çatışmazlığından xəstəxanaya aparılarkən yolda keçinib. Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib
16 martAstarada torpaq sürüşməsi: Evlər təhlükədədir - VİDEO
Astarada torpaq qatı sürüşüb, yaşayış evləri üçün təhlükə yaranıb. "Xəzər Xəbər"in məlumatına görə, Astaranın Sipiyəpart kəndinin Hörün məhəlləsində payız və qış mövsümündə düşən intensiv yağıntılardan sonra bu cür mənzərə yaranıb. Sakinlərin sözlərinə görə, yağıntıların düşməsi səbəbində
17 martMasallıda yaşayış evində yanğın olub, xəsarət alan var
Masallıda yaşayış evində yanğın olub, xəsarət alan var. "Report"un məlumatına görə, yanğın hadisəsi Masallı şəhərində ümumi sahəsi 336 m² (hər mərtəbəsi 168 m²) olan ikimərtəbəli 7 otaqlı evdə qeydə alınıb. Belə ki, yanğın zamanı evin 2-ci mərtəbəsində 3 otağın tavanı 136 m² sahədə yanıb. Yüksə
17 martŞəmkirdə yeznə qaynını bıçaqladı
Şəmkirdə bıçaqlanma hadisəsi olub. xəbər verir ki, hadisə rayonun Qaracəmirli kəndində baş verib. Kənd sakini, 34 yaşlı E.Heydərov aralarında yaranmış mübahisə zəminində qaynı, 31 yaşlı R.Hüseynlini bıçaqlayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Heydərov saxlanılıb
16 mart