Bakıda 1-ci sinif şagirdini zorlayanlardan biri imkanlı şəxsin oğludur - VIDEO

Bakıda 1-ci sinif şagirdini zorlayanlardan biri imkanlı şəxsin oğludur - VIDEOBakının Xətai rayonundakı 263 saylı orta məktəbdə 1-ci sinifdə oxuyan oğlan uşağının həmin məktəbin 10-cu sinif şagirdi (bəzi məlumata görə iki şagird) tərəfindən zorlanması iddiaları təsdiqini tapır. Virtualaz.org həmin məktəbin işçilərindən birindən anonimlik şərti ilə dəqiqləşdirib ki, azyaşlının seksual zorakılığa məruz qalması hadisəsini əvvəlcə ört-basdır etmək istəyiblər. Lakin valideyinlər bundan xəbər tutub və hadisə mətbuata sızıb.

Mənbəmizin bildirdiyinə görə hazırda məktəbdə hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşları araşdırma aparır. Məktəbin həyətinə giriş bağlanıb. "Hadisənin olması dəqiqdir. Təcavüzə məruz qalan 1-ci sinif şagirdi danışdırılıb, o başına gələnləri danışıb. Deyir onu zorlayan 10-cu sinif şagirdinin adını bilmir, amma görsə tanıyacaq. Bu səbəbdən sabah məktəbdə üzləşdirmə olacaq. Polis məktəbin bütün 10-cu sinif şagirdlərinin məktəbdə olmasını tapşırıb, kim gəlməsə deməli hadisəni törədən odur"-məktəbdəki mənbəmiz deyib.

Qeyd edək ki, bu dəhşətli cinayət əməlini bilib gizlətməyə görə uşağın himayəçisi qismində çıxış edən xalası, məktəbin direktoru və sinif müəllimi, digərləri də cinayət məsuliyyəti daşıyır. Çünki onlar hadisəni bildikləri halda hüquq-mühafizə orqanlarına şikayət etməyiblər. Cinayətdən ancaq valideyinlərin mətbuata müraciətindən sonra hüquq-mühafizə orqanları xəbər tutub.

Təhsil çevrələrindəki mənbələrimiz deyirlər ki, Bakı məktəblərində son illər bir-birinin ardınca baş verən zorlama hadisələri, rüşvətin və digər qanunsuzluqların geniş vüsət alması Məhəbbət Vəliyevanın şəhər Təhsil İdarəsinə rəhbər təyin olunmasından sonraya təsadüf edir. Onun dövründə Bakı məktəbləri əsl bazara çevrilib. M.Vəliyeva hər yerdə özünü yeni təhsil naziri Ceyhun Bayramovun adamı kimi təqdim edir, ancaq yeni nazirin onu himayə etdiyi nə dərəcədə doğrudur, bu məlum deyil.

Əməkdaşımız isə məktəbdən xəbər verir ki, məktəbin giriş qapısı bağlanılıb, içəri yalnız şagirdlər buraxılır. Hazırda 10-a yaxın polis əməkdaşı məktəbdədir, onlar zorlandığı deyilən uşaqdan, onun valideynindən və sinif müəllimindən izahat alırlar.

Aksiyada iştirak edən valideynlərdən biri deyir ki, oğlu həmin məktəbdə 2-ci sinifdə oxuyur. Hadisədən sonra məktəbə müşahidə kameralarının quraşdırılmasını, həmçinin ayaqyoluna nəzarətçi qoyulmasını tələb edirlər: "Hadisə 1 həftə əvvəl baş verib, amma valideynlərin çoxu bu gün xəbər tutublar. Saat 11-dən məktəbin qarşısına toplanmışıq. Direktor isə deyir ki, bu məlumat yalandır. Amma biz bilirik ki, uşağın valideyni ilə dil tapıblar".

Valideynlər iddia edirlər ki, hadisəni torədən uşaq gizlədilir, əvəzinə aşağı sinif şagirdini günahlandırırlar: "Uşaq əvvəl yuxarı sinifdə oxuyan uşaqlardan ikisini göstərib. Həmin uşaqlardan birinin valideynləri imkanlıdır. Biz yenə toplanaraq araşdırmanın nəticələri ilə bağlı açıqlama verilməsini tələb edəcəyik"

Adını açıqlamasını istəməyən ibtidai sinif müəllimələrindən biri isə deyib ki, zorlama olmayıb, 6-cı sinif şagidrlərindən biri birinci sinif uşağının üstünə qışdırıb. "Zorlama xəbərlərinin kimin tərəfindən yaydığını bilmirik. Yəqin ki, məktəbə qarşı təxribat edirlər".

Polis əməkdaşlarından biri müəllimənin açıqlama verməsinə və şəkil çəkilməsinə imkan verməyib. Məktəbdən çıxan şagrdlərdən biri isə deyib ki, direktor bütün siniflərə tanımadıqları şəxslərlə danışmağı qadağan edib.

263 saylı orta məktəbdə 1-ci sinif şagirdi olan oğlan uşağının 10-cu sinifdə oxuyan iki oğlan tərəfindən zorlanması barədə iddialar Bakı şəhər Təhsil İdarəsi tərəfindən araşdırılır.

Bu barədə virtualaz.org-a məlum olub. Habelə Xətai rayon hüquq-mühafizə orqanlarının da bu iddia barədə araşdırma aparır. Bu arada məktəbin direktoru, seksual zorakılığa məruz qaldığı deyilən şagirdin xalasına 2 min manat verib cinayəti ört-basdır etdiyi deyilən Nürqələm Bayramova BiG.AZ-a zorlama xəbərinin yalan olduğunu söyləyib. "Zorlama olmayıb. Sadəcə 10-cu sinif uşağı azyaşlını döyüb. Uşaq da bundan qorxuya düşüb. Azyaşlını döyən uşaqda məktəbdən uzaqlaşdırılıb".

Hazırda məktəbin qarşısında valideynlər aksiyanı davam etdirir. Valideynlərin verdiyi məlumata görə 35 nömrəli polis bölməsinə direktor və həmin şagird barədə şikayət ərizəsi yazıblar. Əməkdaşlarımız baş verənləri araşdırmaq üçün məktəbə yollanıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 10036   Tarix: 25 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 17 yaşlı gənc qızı avtomobil vuraraq ağır xəsarət yetirib

Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, Neapol dairəsindən avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Abbasova F.-ni vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayin

21 aprel
.

Yola qaçan azyaşlını maşın vurdu - ANBAAN VİDEO

Bakıda azyaşlını maşın vurub. xəbər verir ki, hadisə paytaxt küçələrinin birində baş verib. Belə ki, yolu qaçaraq keçməyə çalışan iki azyaşlıdan birini avtomobil vurub. Avtomobilin sürəti az olduğundan hadisə yüngül xəsarətlə nəticələnib

25 aprel
.

Bakıda məşhur hotellərdən birində yanğın baş verib - FOTOLAR

Bakıda məşhur hotellərdən birində yanğın hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, yanğın paytaxtın Namiq Quliyev küçəsi, 24 ünvanında qeydə alınıb. Belə ki, ərazidə yerləşən hotelin damında tüstü ilə müşayiət olunan yanğın baş verib. FHN əməkdaşları yanğın yerinə cəlb olunublar. Yanğının ətra

20 aprel
.

Ukraynada son vəziyyət: "Əhalisi 30 min nəfərə yaxın olan şəhərdə 10 faiz əhali qalıb" - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynanın Xarkov vilayətinin Vovçanska şəhərindən son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Ukraynada ağır döyüşlər gedib. Belə ki, əhalisi 30 min nəfərə yaxın olan bu şəhərdə 10 faiz əhali qalıb

14 aprel
.

Hakkaridə ağır yol qəzasında 9 nəfər yaralanıb

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda yol-nəqliyyat hadisəsində doqquz nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə İHA məlumat yayıb. Bildirilib ki, Yüksekova – Van magistral yolunun Karasu ərazisindən keçən hissəsində sürücünü avtomobilin idarəetməsini itirməsi nəticəsind

14 aprel
.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas

14 aprel
.

Bakıda mənzildə meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetm

14 aprel
.

Xaçmazda dönərxana yanıb

Xaçmaz şəhərində yanğın baş verib. APA xəbər verir ki, Xaçmaz bazarının yaxınlığında yerləşən dönərxana qəfil alışıb. Əraziyə FHN-in canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində iş aparılır

21 aprel
.

Hacıqabulda dəhşətli qəza: Xəsarət alanların adları AÇIQLANDI

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub. "Report"un məlumatına görə, hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla səkkiz nəfərin müxtəlif dərəcəli xəsarətlər alıb:. Kürdəmir rayon sakinləri Gülşən Vəlican qızı Teyyublu (1994-cü il təvəllüdlü)

21 aprel