Məşhurların övladları: General Oruc Zalovun polkovnik oğlu - DOSYE

Məşhurların övladları: General Oruc Zalovun polkovnik oğlu - DOSYEAzərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Budəfəki təqdimatımız Azərbaycan daxili işlər nazirninin müavini Oruc Zalovun oğlu Rəşad Zalov barəsindədir.

Oruc Zalovun daxili işlər nazirnin müavini postunda çalışmasının bu yaxınlarda 20 ili tamam oldu.

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov 1952-ci ildə Naxçıvan şəhərində anadan olub. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1979-cu ildən daxili işlər orqanlarında xidmət edir.

1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilib, 1995-1998-ci illərdə Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Prezidentinin 22 fevral 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunub.

30 dekabr 1999-cu il tarixdə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixdə polis general-leytenantı ali xüsusi rütbəsi alıb.

Cinayətkarlığa qarşı mübarizə işinin təşkilinə görə müxtəlif mükafatlara layiq görülüb.
26 dekabr 1995-ci il tarixində "Azərbaycan Bayrağı", 2014-cü ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunub.

Ailəlidir. Üç övladı var.

Oruc Zalovun oğlu Rəşad Zalov hazırda Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutur.

Rəşad Zalov 8 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.

1986-1996-cı illərdə orta məktəbi bitirib.

1996-cı ildə Türkiyə Respublikası Ankara Polis Akademiyasına qəbul olunub və 1997-ci ildən təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində davam etdirib.

2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra Daxili İşlər orqanlarına işə qəbul olunub.

2000-2003-cü illərdə Nəsimi rayon Polis İdarəsində əməliyyat müvəkkili, Bakı Baş Polis İdarəsində əməliyyat müvəkkili, Bakı şəhər Dövlət Yol Polisi İdarəsində Yol Patrul Xidməti şöbəsində inspektor işləyib.

2003-cü ilin aprel ayından Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində müstəntiq, baş müstəntiq, 2009-cu ildən həmin idarənin rəis müavini vəzifələrində işləyib.

2015-ci ildə Bakı Baş Gömrük İdarəsinin gömrük rəsmiləşdirməsi şöbəsinin rəisi vəzifəsində çalışıb.

Dövlət Gömrük Komitəsi sədrinin 10 iyul 2017-ci il tarixli əmri ilə Rəşad Zalov komitənin İstintaq İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Rəşad Zalov gömrük xidməti polkovnikidir.

Ailəlidir, 2 övladı var.

R.Zalov 2018-ci ilin yanvarında "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3422   Tarix: 26 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələndi - FOTO/VİDEO

Paytaxtın Nərimanov rayonunda məktəblilərə tütün məmulatları satanlar cərimələnib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları sata

23 aprel
.

Sumqayıtda müəllim vəfat etdi

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, ötən gün sözügedən məktəbin ingilis dili müəllimi Xuraman Əliyeva qəfil dünyasını dəyişib

23 aprel
.

Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi

"Enerji Construction" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Tovuz rayon prokurorluğunda araşdırma aparılıb. xəbər verir ki, bu barədə Tovuz Rayon Prokurorluğunun yaydığı məlumatda deyilir. Bildirilib ki, araşdırm

23 aprel
.

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlər məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sosia

23 aprel
.

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib. Bu barədə -a TƏBİB-dən bildirilib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 00,0 qr., boyu 49 sm.olub. Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatolo

23 aprel
.

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi təfərrüat MƏLUM OLUB - YENİLƏNİB + FOTO

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən yeniyetmənin ailəsinin maddi vəziyyəti yaxşı olmayıb və o, bu səbəbdən dərsdən sonra neft məhsullarının satışı ilə məşğul olub, qazancını isə ailəsi ilə bölüşüb. Mərhumun atasının Bakıda işlədiyi

23 aprel
.

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? (TƏFƏRRÜAT)

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır

23 aprel
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel
.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

23 aprel