Zorlandığı iddia edilən 1-ci sinif şagirdinin xalası DANIŞDI
Xəbər verdiyimiz kimi Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsi baş verdiyi iddia olunurdu. Valideynlərin iddiasına görə məktəbin 1-ci sinfində oxuyan oğlan şagird 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalıb.
Bu məsələ ilə bağlı BiG.AZ-a açılama verən zorlandığı iddia olunan uşağın xalası Sevinc Axundova bildirib ki, valideyinlərin yaydığı bu xəbər yalandır:
"Mənim uşağım zorlanmayıb. Bu valideynlərin direktora qarşı iyrənc təxribatıdır. Mənim uşağımı səbəbsiz yerə ləkələməsinlər. Bunun üçün ekspertiza, həkim, hüquq mühafizə orqanları var. Ayıbdır kiminsə uşağını ləkələməklə direktoru günahlandırmaq olmaz. Mənim uşağıma heç nə olmayıb. Dərsinə davam edir. Hər gün dərsə gedib-gəlir. Yalandan deyirlər ki, mənim uşağım ayaq yolunda yıxılıb, kimsə onun başından tutub qorxudub. Bu uydurmadan başqa bir şey deyil. Bu elə bir məsələdir ki, bunun arxasında böyük cinayət dayanır. Bunun üçün sübut olmalıdır".
Sevinc Axundova vurğulayıb ki, bu sadəcə valideynlərin Nürqələm xanımın əlehinə qurduğu oyun idi: "Bu uşaq bacımın oğludur. O evə gəlib mənə dedi ki, ayaqyolundan çıxıb qaçanda yıxılan zaman məni biri tutdu. Sadəcə uşaq həmin oğlandan qorxub. Mən bunu gəlib valideynlərlə müzakirə edəndə onlar ayaq qalxdılar ki, bəlkə oğlan ona nəsə eləmək istəyib. Bunu böyüdüb direktora çatdırdılar. Direktorda bizi yığıb dedi ki, belə bir şey olmayıb. Bunun üçün polis, ekspertiza var. Bunu şişirdib yalandan yayıb digər valideynləri qorxutmayın. Bu valideynlərə hay lazımdır. Bunu bəzəyib direktor əleyhinə təşkil etdilər. Məktəbdə əvvəlki direktorun adamları var. Nürqələm xanımın əleyhinə xoşa gəlməyən hərəkətlər etdilər. Olmaz belə şey axı. Uşağa heç nə olmayıb. Əgər ona bir şey olsaydı o, hər gün məktəbə gedərdimi? Elə şey olsaydı o hazırda xəstəxanada olardı. Psixoloqların nəzarətində saxlanılardı. Hətta iddia edirlər guya direktordan pul almışam. Bu qədər alçaq olasan ki, uşağı bu cür satasan. Mən balamı satdığa qoymamışam. Bu sözlər tükürpədicidir. Mən lazımı orqanlara məlumat vermişəm ki, belə bir hal olmayıb. Bu cür yalan iddiaya görə mən o valideynləri məhkəməyə verə bilərəm. Biz bilmirik bu şayəni kim yayıb".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş