Bakirə olmayan qızla evlənənləri dəstəkləyirəm – Aparıcı Samirdən qalmaqallı MÜSAHİBƏ

Bakirə olmayan qızla evlənənləri dəstəkləyirəm – Aparıcı Samirdən qalmaqallı MÜSAHİBƏ"Subaylar" rubrikasının bugünkü qonağı tanınmış aparıcı Samir Bayramlıdır.

Sonxeber.az Oxu.Az-a istinadən Samir Bayramlının müsahibəsini təqdim edir:

– Samir, uzun müddətdir ekranlardan kənardasınız. Sizi yenidən ekranda nə vaxt görəcəyik?

– Hiss edirəm ki, vaxtdır. Öhdəmə düşəni edib, cavab gözləyirəm. Bir az kənara çəkilib, yenidən qayıtmaq lazımdır. Kanal loqosu kimi sifətin ekranda qalmalı deyil (gülür).

– Sizcə, kimin sifəti kanal loqosu kimi efirdə qalıb?

– Bu söz mənim deyil. Kamilə Babayevanındır. O, ailə həyatı qurub, kənara çəkiləndə ünvanlanan suala belə cavab vermişdi. Xoşuma gəlmişdi.

– İndiyədək imtina etdiyiniz hansısa proyekt olub?

– Bəli, olub.

– Peşman olmamısınız ki?

– Yox, olmamışam. Həmin verilişlərdən biri də hazırda yayımlanır. Hətta başqa kanaldan da aparıcı transferi oldu. Verilişdən mənə təklif gələndə dedim ki, mənlik deyil, o etapı 10 il öncə keçib bitirmişəm.

– Kənardan özündənrazı görünürsünüz. Bunun səbəbi nədir?

– Özümdən razı deyiləm, özgüvənim var. Bunlar ayrı-ayrı şeylərdir. Özündənrazılar boş adamlardır. Özgüvəni olanlar isə özünü bilənlərdir. Özündənrazılar sizə heç vaxt heç nə öyrədə bilməz. Özgüvəni olanlar isə sərhəddini və həddini bilənlərdir.

– Özgüvənli olmağınıza görə nələr itirmisiniz?

– Çox şey. Mən də kanal loqosu kimi hər gün efirdə ola bilərdim. Kiməsə xahiş edib, şirinlik edib, torba tikib, xaraktersizlik edib ekrandan düşməzdim. Amma özgüvənim buna imkan vermir. Şükür ki, pis yerdə deyiləm. Özümə hörmətim var, bu yetərlidir.

– Son zamanlar həmkarlarınız bir-birinin ardınca toy etdi. Siz nə vaxt evlilər karvanına qoşulmağı düşünürsünüz?

– O söhbət artıq yığışdırılmalıdır. Kimsə 17 yaşında, kimsə 27 yaşında evlənir. Adamlar var deyirlər ki, vaxtın keçir. Niyə qardaş? Xarab oluram? Xarab olacam, təbii ki, amma 70 yaşında (gülür).

– Hazırda həyatınızda kimsə yoxdur?

– Yox, siz dediyiniz tərəfdən yoxdur.

– Hansı tərəfdən var?

– Subay adamam, necə olmalıdır?

– Belə çıxır ki, evlənilməli qızlara yox, əylənilməli qızlara üstünlük verirsiniz?

– Elə bir bölgü var. Amma bölmək istəmirəm, çünki hər kəsə hörmət etmək lazımdır. Düzdür, heç kim istəmədən soyunmur. Hamı əylənmək istəyir. Kimsə bir nəfərlə, kimsə bir neçə nəfərlə. Bu, hər kəsin öz seçimdir.

– Bəs Samirin seçdiyi qadın necə olmalıdır?

– Özünəməxsus zövqü olmalıdır. İnkubator cücəsi kimi hamıya oxşamamalıdır. Özünə hörməti olsun, mütləq olan budur.

– Keçək bir az açıq suallara...Bakirliyinizi nə vaxt itirmisiniz?

– No comment (gülür). Faiq Ağayev demiş, növbəti sual.

– Hamı qaçır bu sualdan...

– Qaçmıram, sadəcə, bir sual öncə mədəniyyətdən, zövqdən danışırıq, sonra bu məsələ çıxır, etik deyil. Deyərlər, qardaş, sənin neçə üzün var?

– Bəs bakirə olmayan qızla evlənərsiniz?

– Yox, evlənmərəm. Ancaq bu seçimi edən hər bir insana hörmət edir, dəstəkləyirəm. Elə bir mövzu olanda əks fikirli olan bütün insanların qarşısında dayanıram. Ürəkdir, sevə bilər, kiminsə başına hansısa hadisə gələ bilər.

Heç kim bilmir, başına nə gələcək. Heç kəsi qınamaq olmaz. Belə bir şey olanda hamı ilə mübahisə edib, ağzını yuman mənəm. İnsandır. Hörmətlə yanaşmaq lazımdır.

Heç kimin həyatına qarışmaq lazım deyil. Onları müzakirə edənlərin başları özlərinə qarışsa, görərlər ki, özlərindən maraqlı adam yoxdur. Kiminsə haqqında fikir bildirə bilərsiniz, ancaq onun haqqına girə bilmərsiniz.

– İntim təkliflər ən çox kimlərdən gəlir?

– Sayını itirmişəm. O qədər təkliflər olur ki...

– Yaş kateqoriyası necədir?

– Həmişə öz yaşıma uyğun adamlar olub. Bir dəfə dedilər ki, qızların çoxu səndən çəkinir. Fikirləşirlər ki, onlara sərt cavab verərəm.

Siz də deyirsiniz axı, "yekəxana"san. Sözü demək istəyib, deməyən o qədər adam var ki...

– Bəs o cəsarəti toplayıb təklif edənlərə cavabınız necə olur?

– Baxır, kimdir. Bəzi şeyləri yaş keçdikcə dərk edirsən. 20-25 yaşımda fikirləşirdimsə, indi "mümkün deyil" deyirəm. Mən hər şeyi seçən adamam.

– Bizim kişilər bir az xəyalpərəst olurlar. Siz necə, xəyal etmisiniz ki, nə vaxtsa filan dünya ulduzu, məsələn, Monika Belluçi ilə sevgili olardınız?

– Monika Belluçi xasiyyətcə çox murdar adamdır. Çünki bütün dünyanın "Bəli, sən gözəlsən" fikrini beyninə yeridib. "Hamı səni arzulayır", "Sən seks simvolusan" kimi ifadələr onda qudurğanlıq yaradıb.

Burnu kilometrlərlə yuxarı qalxıb və dözülməz adam olub. Nə oldu, dünyada bir kişi çıxmadı Monikanı daim yanında saxlaya bilsin? Ağıllı qadın başqa şeydir.

Viktoria Bekham dünyanın ən çirkin qadınlarındandır, ancaq dünyanın ən yaraşıqlı kişilərindən birini – Devid Bekhamı 20 ildir yanında saxlayır. Necə saxlayır?

Gözəllik lazımdır, harasa qədər gedir. Qocalanda da gözəlləşən adamlar var – Sertap Erener kimi. 50-dən çox yaşı var. Cavanlıqda çirkin idi, qocaldıqca gözəlləşib.

Onu da deyim ki, çox gözəl qadınlar bədbəxt olurlar. O qədər çərçivədə olurlar ki, istədiklərini edə bilmirlər. O qədər maskalanırlar ki, sonda maska simalarına çevrilir. Monikanın simasına diqqətlə baxsanız, simasında "afiristlik" görərsiniz.

"Onsuz da kimi istəsəm, əldə edə bilərəm. Qoy bunu da sındırım, bunu da alçaldım" kimi fikirləri formalaşıb və murdarlaşıb. Bir də ki, gözəlin üzündə plov yemirlər... Əsas qəlbdir.

– Ayda neçə dəfə?

– Sizin sualınız 75 başlıdır (gülür). Ayda üç dəfə yemək yeyirəm, bir dəfə çimirəm. Həftədə dörd dəfə idmana gedirəm.

– Bu, sualdan yayınma taktikasıdır?

– Bu, əslində, ağıldır (gülür).

– Biz qızlardan danışdığımıza görə, sual da bu yöndədir...

– Biz həm də psixologiyadan danışdıq. Ümumiyyətlə, kimin ki, yanında çoxlu qızlar var, onlar boşdur. Kimsə sakitdirsə, ən peşəkarı da odur. 22 yaşına qədər heyvani ağılla və hisslərləsən, sonra ağlın başına gəlir.

Bəzi adamlarda bu, 25-27 yaşına qədər çatır. Müəyyən müddət sonra anlayırsan ki, hər adamla, hər yerdə sevişmək olmaz.

Sualınıza gəldikdə, ayda bir dəfə maşını yudurduram. Ona görə də mənə pinti deyirlər. Özüm təmiz oluram. Maşınımsa pinti (gülür).

– Sualdan yaxşı yayındınız...

– Bizim işimiz danışmaqdır. Bunun təhsilini qırmızı diplomla bitirmişəm. Bu barədə mənə "gələ" bilməzsiniz (gülür).


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2458   Tarix: 26 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əməkdar artist Moskvanın mərkəzində ölü tapıldı

Rusiyanın tanınmış opera və estrada ifaçısı Yevgeni Kunqurov Rusiyanın paytaxtında həyatına qəsd edib. "Qafqazinfo" "112" teleqram kanalına istinadən xəbər verir ki, Əməkdar artist həyat yoldaşına yazdığı mesajda damarlarını kəsəcəyini bildirib və telefonu söndürüb. 40 yaşlı Y. Kunqurovu

9 aprel
.

93 yaşlı media maqnatı ilk dəfə nişanlısı ilə görüntüləndi

93 yaşlı əslən amerikalı media maqnatı Rupert Merdok ilk dəfə 67 yaşlı nişanlısı Elena Jukova ilə görüntülənib. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, cütlük "Breakthrough Prize" elm mükafatlarının təqdimetmə marasiminə birgə qatılıb. Xatırlada

20 aprel
.

Rusiya Dövlət Duması Alla Puqaçovaya üzr istəməyi tövsiyə edib

Dövlət Dumasının deputatı Sergey Solovyov bildirib ki, müğənni Alla Puqaçovanın bundan sonrakı əməlləri sənətçinin yenidən Rusiyada çıxış edə biləcəyini müəyyən edəcək. "Məncə, o öz səhvlərini etiraf etməli və anti-Rusiya mövqeyinə, Hərbi Dairəni və Rusiya Federasiyasının Silahlı Qüvvələrini tənqi

14 aprel
.

"İndi oxumaqdan çox danışmaq lazımdır"

Xalq artisti Niyaməddin Musayev "7 Tamam" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi proqramda aparıcı Nanə Ağamalıyevanın "Övladlarınızın səsi var" sualına belə cavab verib: . "Səsləri, avazları var, amma onları qoymaram ki, incəsənət dalınca getsinlər, oxusunlar

12 aprel
.

Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq

Xalq artisti Natiq Şirinovun evində toy olacaq. Sənətçinin qızı Sevil ailə qurur. Nağara ifaçısının övladı Semih adlı şəxslə nikah masasına oturacaq. Axşam.az xəbər verir ki, bu barədə aparıcı Nanə Ağamalıyeva bildirib. Ötən ilin noyabrında nişanlanan cütlüyün toy məclisi aprelin 12-də şəhər restoranlarında

9 aprel
.

Zülfiyyə Bayramova xəstəxanadan görüntüsünü paylaşdı

Aparıcı İlqar Mikayıloğlunun vəkil həyat yoldaşı Zülfiyyə Bayramova paylaşımı ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, o, xəstəxanadan video yayımlayıb. Z.Bayramovanın əməliyyat olunduğu əks edilib. O, paylaşıma "Allah bütün xəstələrə şəfa versin" şərhini yazıb. Qeyd edək ki, Z.Bayramov

20 aprel
.

Cavanşir Məmmədovun ölümündən əvvəlki SON GÖRÜNTÜSÜ - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov toyda çıxıış edərkən videosu yayılıb. bildirir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının birində toyda ifa edib. Həmin görüntünü təqdim edirik:

20 aprel
.

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib. xəbər verir ki, C.Məmmədov verilişdə ölümlə bağlı verilən sualı cavablandırıb. Belə ki, Əməkdar artist əvvəl xanımının ölməsini istədiyini bildirib. O, niyə bu fikirdə olmasını

20 aprel
.

Dilarə Əliyeva bunu ilk dəfə edəcək

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, aktrisa ilk dəfə solo "stand-up" konserti verəcəyini açıqlayıb. O, bunu ad günü münasibəti ilə edəcəyini deyib:. "Oktyabrın 27-də ilk solo "sand-up" konsertim olacaq. Hazırlıqla

14 aprel