Lüis Hemilton: "Bakıda azarkeşlərin dəstəyi əladır"

Lüis Hemilton: "Bakıda azarkeşlərin dəstəyi əladır""Bakıda azarkeşlərin dəstəyi əladır. Sıralama turunda əlimizdən gələni etdik".

Sonxeber.az report-a istinadən xəbər verir ki, bunu "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turundan sonra təşkil edilən mətbuat konfransında "Mercedes"in pilotu Lüis Hemilton deyib.

Sıralama turunda yalnız "Ferrari"nin sürücüsü Sebastyan Fetteldən geri qalan britaniyalı sürücü rəqibi haqda xoş sözlər söyləyib:

"On beşinci döngəyədək üstünlük dəfələrlə məndə idi. Sonuncu hissədə bir az geri qaldım. Buna baxmayaraq, Sebastyana afərin. Onunla bizi qızğın yarış gözləyir. Fettel əla nəticə göstərdi. Təbrik edirəm. Son bir neçə yarışdır ki, üstünlük "Ferrari" komandasındadır. Bu gün də yüksək sürət göstərəcəklərini bilirdik. "Red Bull" komandasından da əla performans gözlənilirdi, ancaq onlarda nədənsə alınmadı. Aprelin 27-də bir az çətinlik çəkdik, mühəndislər bolidi əla vəziyyətə gətirmək üçün bütün gecə səfərbər oldular. Böyük zəhmətə görə onlara da təşəkkür edirəm. Üstündə işləməli olduğumuz bir neçə məsələ var. "Ferrari" ilə eyni tempdə yarışmaq müsbət haldır. Hər iki pilotun bu mübarizədə iştirakı komandamız üçün yaxşı motivasiyadır. Hal-hazırda bir nömrəli rəqibimiz onlardır . Yarış üçün həyəcanlıyam. Mübarizə gərgin olacaq. Əlimizdən gələni edəcəyik".
Hemilton Bakıdakı küləkli hava şəraitinə də toxunub. O, həmçinin Bakıdakı yarışda qəzaların çoxluğuna və sürpriz nəticələrin qeydə alınmasına diqqət çəkib:

"Bu yarış əyləncəli də ola bilər, çətin də. Burada keçirilmiş "Formula 2" yarışına nəzər salsanız görəcəksiz ki, ötənilki yarışdakı qədər təhlükəsizlik maşını trekə daxil olub. Bizi nə gözlədiyinə dair həqiqətən də hər hansı bir fikrim yoxdur. Lakin hesab edirəm ki, bu yarış əyləncəli olacaq və biz birlikdə onlarla mübarizə aparacağıq".

Bu gün saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:00 - 15:25-da açılış mərasimi olacaq. Azərbaycan Respublikasının Dövlət himni 15:56-da səsləndiriləcək. Saat 16:10-da isə "Formula 1" üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 625   Tarix: 29 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Milan"ın baş məşqçisi mövsümün sonunda klubu tərk edəcək

"Milan"ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda klubu tərk edəcək. Bu barədə insayder Fabritsio Romano sosial şəbəkələrdə məlumat verib. O qeyd edib ki, yaxın həftələrdə "Milan" rəhbərliyi mütəxəssislə əməkdaşlığa vaxtından əvvəl son qoymaq üçün lazımi addımlar atacaq. İtaliy

20 aprel
.

Arda Gülərlə bağlı ŞOK iddia: Qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülərin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. xarici mediaya istinadən xəbər verir ki, son olaraq dünən axşam La Liqada İspaniya komandasının səfərdə "Malyorka"y

15 aprel
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14 aprel
.

"Sabah" "Qarabağ"ın iki rekordunu qırdı

"Sabah" Azərbaycan çempionatlarının 32 illik tarixində "Qarabağ"a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə "Kəpəz", bir dəfə "Şəmkir"

15 aprel
.

Kriştiano Ronaldo iki oyunluq cəza alacaq

Portuqaliya millisinin və "Əl-Nəsr"in klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında "Əl-Hilal"la oyunda (1:2) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyunluq cəzalandırılacaq. -in xəbərinə görə, bu barədə "Asharq Al-Awsat"

16 aprel
.

"Mənə sual verir ki, ata, niyə az oynadın?" - Ağabala qızının pankart açmasından danışdı

"Ümumiyyətlə, qızımın ora gələcəyini bilmirdim. Birdən gözüm pankarta ilişdi, ona baxdım. Bir anlıq olan hər şey gəldi keçdi gözümün önündən". Bu sözləri "Qafqazinfo"ya açıqlamasında "Səbail"in hücumçusu Ağabala Ramazanov deyib. Futbolçu "Araz-Naxçıvan"a 2:0 qali

22 aprel
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12 aprel
.

"Barselona"nın yeni baş məşqçisi o olacaq

Birminqemin "Aston Villa" klubunun baş məşqçisi Unai Emeri tezliklə Kataloniya "Barselona"sına rəhbərlik edə bilər. xəbər verir ki, bu barədə "Teamtalk" portalı məlumat yayıb. Mənbənin məlumatına görə, "Blauqrana" rəhbərliyi ispan mütəxəssislə əməkdaşlıqda maraqlıdı

20 aprel
.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17 aprel