"Torpaq cəzası" kimlərə kəsiləcək?

"Torpaq cəzası" kimlərə kəsiləcək?Ekspertlər Cinayət Məcəlləsinə əlavə olunan yeni maddənin görünməyən tərəflərini şərh edirlər

Xəbər verdiyimiz kimi, Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında Cinayət Məcəlləsinə 314-2.1-1 maddəsi əlavə olunub. Yeni maddəyə görə, Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlardan özbaşına torpaq sahələri ayıranlar ciddi şəkildə cəzalandırılacaqlar.

Əlavədə qeyd edilir ki, qanunvericilikdə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud həmin torpaq sahələrində tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməyə görə həmin vəzifəli şəxsə 1 ilədək islah işləri və ya 3 ilədək müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.

Daha bir dəyişiklik isə İnzibati Xətalar Məcəlləsində olub. Dəyişikliyə əsasən, Azərbaycanda meşə fondu torpaqlarının özbaşına tutulması ilə bağlı nəzərdə tutulan cəza aradan qaldırılıb. Həmin cəzanın olduğu 70-ci maddədə meşə fondu torpaqlarının özbaşına tutulması və ya həmin torpaqlardan qanunsuz istifadə edilməsinə görə fiziki şəxslər 700 manatdan 1000 manata qədər, vəzifəli şəxslər 3 500 manatdan 5 000 manata qədər, hüquqi şəxslərin isə 6 500 manatdan 8 000 manata qədər cərimələndiyi qeyd olunmuşdu.

Yeni təklif olunan 88-1.1 maddəyə əsasən isə torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi üçün fiziki şəxslər 300 manat miqdarında, vəzifəli şəxslər 600 manat miqdarında, hüquqi şəxslər 3000 manat miqdarında cərimə edilir.

"Bu qanun kimlərəsə tətbiq olunacaq, kimlərəsə yox..."

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov "Bizim Yol"a verdiyi açıqlamada bildirdi ki, torpaqla bağlı əvvəllər də qəbul olunan qanunlarda, qaydalarda məqsəd torpağın zəbt olunmasının qarşısını almaq olub: "İndiyə kimi də kifayət qədər mexanizmlər var idi ki, torpağı zəbt edən şəxslə bağlı cinayət işi açılsın. Ümumiyyətlə torpağı zəbt etmək qeyri-qanunidir. Sovet dönəmində də, sonrakı postsovet dövründə də bu, belə olub. Bu məsələdə nəzarət səlahiyyəti icra orqanlarına verilmişdi. İcra orqanları dövlət orqanlarıdır. Torpaqlardan təyinatı üzrə istifadə etməyənlərə qarşı tədbir görmək əvəzinə dövlət strukturlarının nümayəndələri müəyyən "hörmət" və ya nəyinsə müqabilində qanun pozuntusuna göz yumurdular. Qəbul olunan qayda və qanunlar, təəssüflər olsun ki, işlək deyil. Aydındır ki, bu qanun kimlərəsə tətbiq olunacaq, kimlərəsə yox. Baxın, bu gün ölkədə kifayət qədər torpaq sahələri oliqarxlar tərəfindən ələ keçirilib. Bu işdə vasitəçilər də elə dövlət məmurları olub. İndi oliqarxların əlindən o torpaqları kimlər alacaq?".

V.Məhərrəmovun sözlərinə görə, bu qanun ilk öncə kimsəsizlərə tətbiq olunacaq: "Yəni çıxılmaz vəziyyətdə qalıb dövlət məmurlarının köməyi ilə müəyyən torpaq sahəsi əldə edib ev tikmək istəyənlərə tətbiq olunacaq. İndi həmin torpaq sahəsinin qanunsuz əldə edildiyini irəli sürərək düşəcəklər həmin şəxsin üstünə. Bunun qarşısını almaq üçün həmin torpağı ya sənədləşdirmək lazımdır, ya da cərimə tətbiq etməmək üçün anlaşmaq lazımdır. Təəssüflər olsun ki, ölkədə bu qanunu qəbul eləyənlərin də, hazırlayanların da məqsədi heç də kənd təsərrüfatında, torpaq sahəsində vəziyyətin yaxşılaşması deyil. Bunlar bu qanunu qəbul edirlər ki, bundan istifadə etsinlər. Bilirsiniz ki, məmurlar belə işlərdə asanlıqla anlaşırlar. Qanunun tələbinə uyğun tədbir görmək əvəzinə daha çox bəhanələr gətirməklə qanunu pozanları yola verirlər. Bu, dözülməz haldır. Azərbaycanda torpaq sahələri çox geniş halda zəbt olunub. Torpaqlardan təyinatı üzrə istifadə olunmur. Münbit torpaqlar isə get-gedə dövriyyədən çıxarılır. Ancaq bu da gələcəkdə çox ciddi problem yaradacaq".

Azərbaycanın əhalisinin sürətlə artdığını deyən ekspert bildirir ki, əhalinin ərzaq, qida məhsullarına olan tələbatı ödənilməlidir: "Torpaq əraziləri isə get-gedə azalır. Bu gün infrastruktur layihələri həyata keçirilir. Yollar genişləndirilir, Azərbaycandan borular, yollar keçir. Bütün bunların nəticəsində torpaq sahələri azaldığı halda digər tərəfdən də dediyim kimi oliqarxlar tərəfindən böyük həcmdə torpaq sahələri zəbt olunur. Bəziləri həmin ərazilərdə artıq istirahət mərkəzləri yaradıblar. Düşünmürəm ki, bu qanun qəbul olunduqdan sonra hansısa tədbirlər həyata keçiriləcək. Qanunun tətbiq olunacağı şəxslər isə vurğuladığım kimi kimsəsizlər olacaq".

"Qanunu pozmaq istəyən yenə pozacaq"

Hüquqşünas Əkrəm Həsənov isə düşünür ki, bu, yaxşı haldır, ancaq kifayət deyil: "Torpaq ən dəyərli əmlakdır. Çünki miqdarı məhdud, əhəmiyyəti isə böyükdür. Təəssüf ki, bu ölkədə torpaq bazarında yeyintilər çoxdur. Kim gəldi, kimə gəldi dövlət və bələdiyyə torpaqlarını satır, icarəyə verir, özbaşına tikir. Ən əsası isə proses qeyri-şəffafdır. Bu baxımdan cəzanın güclənməsi yaxşıdır. Ancaq yenə də azdır. Torpaq elə əhəmiyyətlidir ki, belə cəzalar da azdır. Pozmaq istəyən yenə pozacaq və rüşvətlə canını qurtarmağa ümid edəcək. Başqa alət lazımdır. Daşınmaz əmlak reyestri tam şəffaf olmalıdır. İnternetdə yerləşdirilməlidir. İstənilən şəxs ora baxıb hansı torpağın kimə mənsub olmasını görə bilməlidir. Bu halda ictimai nəzarət olacaq. Qanunu pozan biləcək ki, cinayətini hər kəs ifşa edə bilər. Deməli, rüşvətlə canını qurtara bilməyəcək".//bizimyol.info


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1249   Tarix: 03 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO

Tanınmış müğənni İlahə İbadovanın toyu olacaq. Bu barədə sənətçi ATV-nin "Rəngarəng səhər" verilişində məlumat verib. O, ikinci dəfə ailə quracağını və artıq üzüklərin taxıldığını bildirib. Həmin görüntüləri təqdim edirik:

29 mart
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

29 mart
.

Dostunun ad günündə dava saldı, həbs olundu

Xətai rayonu, general Şıxlinski küçəsində yerləşən "Səhnə" restoranında keçirilən ad günü mərasimində dava düşüb. Qaynarinfo-nun məlumatına görə, dava müsiqi sifariş vermək üstündə baş verib. Hadisəyə görə 1990-cı ildə Bakı şəhərində anadan Cəfər Cəfərov (ad-soyad şərti) saxlanılıb. Onun barəsind

29 mart
.

Hüquq və İnsan Haqları İnstitutu ilə keçmiş işçisi arasında qalmaqal

Hüquq və İnsan Haqları İnstitutu məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İnstitutun əməkdaşı olmuş Fərid Ələkbərovdur. Onun iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Ayşən Sultanova-Məmmədovanın icraatındadır. Məhkəmə çəkişməsi əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir

29 mart
.

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO

Bakıda yeni elektrik avtobusu istifadəyə verilib. -ın məlumatına görə, avtobus parkının yenilənməsi çərçivəsində 5 nömrəli marşrut xəttinə narıncı rəngli elektrikli sərnişin avtobusu buraxılıb. Qeyd edək ki, sərnişin avtobusu Çinin "Zhongtong" şirkətinin istehsalıdır

29 mart
.

Yevlaxda dəmiryol xətti ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb?

Martın 28-də Yevlax rayonunun Yuxarı Qarxun kəndinin ərazisindən keçən dəmiryol xəttində aparılan işlərə görə dəmir yolu ilə kəsişən Yevlax-Xaldan avtomobil yolu uzun müddət bağlı qalıb. -a müraciət edən sakinlər və sürücülər bildiriblər ki, bu barədə onlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib v

29 mart
.

Tufan Axundov vəfat etdi

Tufan Axundov vəfat etdi. AMEA-nın Arxeologiya və Antrologiya İnstitutunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib. Qaynarinfo-nun məlumatına görə, o, 76 yaşında vəfat edib. Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub. T. Axundov öz qazıntıları və tədqiqatlar

29 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən "MİR" avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il təvəllüdlü iş adamı ötən ilin noyabr ayında 5 nəfər biznes ortağına qarşı 1,2 milyon manat dələduzluq etməkdə ittiham olunaraq 7 il həbs cəzası almışdı

29 mart