İspaniyada futbol klubu yaradan lənkəranlı qadın: "Bu, insana qürur verir…" – FOTO

İspaniyada futbol klubu yaradan lənkəranlı qadın: "Bu, insana qürur verir…" – FOTOXarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edən həmvətənlərimiz yaşayır.

Minval.info İspaniyanın "Baku Hellin Deportivo" futbol klubunun prezidenti Gülnarə Xanbabayevadan söhbət açacaq. O, Lənkəran şəhərində doğulub və gənc yaşlarında Rusiyaya köçüb. Orada xeyli yaşayan G.Xanbabayeva artıq 10 ildən çoxdur ki, İspaniyaya yollanıb. Futbolla maraqlanmadığını deyən klub prezidenti təsadüf nəticəsində bu sahəyə gəldiyini deyib. İş qadını İspaniyada "Baku de Valensiya" və "Ellin Deportivo" klublarının bazası əsasında yeni komanda – "Baku Hellin Deportivo" klubunu formalaşdırıb. Klubun emblemi də üçrəngli bayrağımızı simvolizə edir.

Komanda İspaniyanın üçüncü divizionunda mübarizə aparır. Gülnarə xanım klub haqqında danışarkən deyib ki, futbolçuları hər dəfə oyuna başlamazdan öncə bir yerə toplaşaraq yüksək sədayla "Baku" söyləyirlər: "Onların səsi bütün stadionu bürüyür. Oyunlar zamanı stadionda Azərbaycan bayrağının dalğalanması insana qürur verir".

"İspanlar klubumuzun adında "Bakı" sözünü görəndə, elə bilirdilər Valensiya şəhərinin bir məhəlləsidir. Ancaq biz orada Bakını, Azərbaycanı tanıtdıra bilirik. Mübarizə apardığımız divizionun lideri "Toledo" klubunun 1 milyon 200 min avro büdcəsi var. Bizdə isə illik xərc 400 min avro təşkil edir. Əgər II diviziona çıxsaq, bizə maraq, sponsorlar çoxalacaq və onda büdcəmiz 3 milyona yaxın olacaq. Ev oyunlarımıza 2000-2500 azarkeş gəlir" – Xanbabayeva açıqlamalarından birində deyib.

Gülnarə xanım müsahibələrində"Atletiko", "Real", "Barselona" kimi klublarla yaxşı əlaqələrinin olduğunu deyib.

O, həmçinin çıxışlarından birində söyləyib ki, azərbaycanlı futbolçuları bu klublara yerləşdirməyə hazırdır: "Mən azərbaycanlıları böyük məmnuniyyətlə qəbul etməyə hazıram. Ancaq həmin futbolçunun istedadı olmalıdır. Komandamızın qapıçısı ayda 300 avro alır ki, bu da bizdə ən yüksək ödənişdir. Əgər azərbaycanlı futbolçu vətənində ayda 10-15 min manat qazanırsa, mən onu İspaniyaya necə aparım?".

Gülnara Xanbabayeva İspaniyada qalmaqalla da gündəmə gəlib. Onun futbolçularına "Santa Ana" stadionunda məşq etməyə icazə verilmədiyi üçün şəhər meriyasına üz tutub. Xanbabayeva baş verənlərə kəskin reaksiya verib, hətta problemin həll olunmayacağı təqdirdə istefa edəcəyini bildirib.

Gülnarə xanım müsahiblərində "Bakı" futbol klubunun İspaniyada çıxış etməsinin həm də diaspora fəaliyyətinin genişlənməsinə, Azərbaycanın adının tanıdılmasına şərait yaratdığını deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2421   Tarix: 07 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın Milli Qəhrəmanının oğlu erməniyə belə qalib gəldi - FOTO/VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov erməni rəqibini məğlub edib. xəbər verir ki, Azər Məhərrəmov peşəkar "Arm Wrestling" liqasında Ukraynanı təmsil edən erməni rəqibi Qreqor Muradyana qalib gəlib. Milli Qəhrəmanımızın oğlu ilə erməni rəqibi arasındak

6 sentyabr 2021
.

Pelenin əməliyyatdan sonra ilk görüntüsü yayıldı - FOTO

Futbol üzrə üçqat dünya çempionu Pele bir-iki gün ərzində xəstəxanadan evə buraxılacaq. Bu barədə braziliyalı futbol əfsanəsinin qızı Keli Nasimenta özünün "Instagram" səhifəsində bildirib. Onun sözlərinə görə, əməliyyatdan sonra Pele yaxşı vəziyyətdədir, ağrısı yoxdur və əhvali-ruhiyyəsi yaxşıdır

14 sentyabr 2021
.

Beyl uzun müddət futboldan kənar qalacaq

Madrid "Real"ının futbolçusu Qaret Beyl uzun müddətlik sıradan çıxıb. 32 yaşlı uelsli "Selta" ilə oyunöncəsi məşq prosesində zədə alıb. Bu gün baş tutan tibbi baxışda yarımmüdafiəçinin zədəsinin ciddiliyi təsdiq olunub. Sağ bud əzələsini zədələyən Beylin ən az bir ay meydana çıx

14 sentyabr 2021
.

"Neftçi"nin SSRİ çempionatının bürünc medalçısı olmuş futbolçusu vəfat edib

Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, o, 80 yaşında vəfat edib. Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə "ağ-qaralar"ın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb. Keçmiş müdafiəç

12 sentyabr 2021
.

Tokio-2020: Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. xəbər verir ki, bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasim

5 sentyabr 2021
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13 sentyabr 2021
.

Tokioda Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilir

Tokioda Paralimpiya Oynlarının bağlanış mərasimi keçirilir. Avqustun 24-dən sentyabrın 5-dək təşkil olunan yarışlarda 22 idman növündə 539 medal dəsti oynanılıb. Xatırladaq ki, pandemiya səbəbindən ötən il keçirilməli olan, lakin bir il təxirə salınan turnir Azərbaycan idmançıları üçün uğurlu olub. Təmsilçilərimi

5 sentyabr 2021
.

İrlandiya - Azərbaycan matçı - Millimiz qələbəni əldən verdi - YENİLƏNİR

İrlandiya - Azərbaycan matçı 1-1 hesablı bərabərliklə yekunlaşdı. Hər iki komanda bununla qrupda ilk xalını qazandı. *. İrlandiya matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1. *. Matçın ilk hissəsinin son dəqiqəsində Emin Mahmudov möhtəşəm qolla millimizi hesabda önə çıxardı: 0-1. *. 20:05

4 sentyabr 2021
.

Ronaldodan xəsarət yetirdiyi xanıma hədiyyə - FOTO

"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Yanq Boyz"la matçdan əvvəl xəsarət yetirdiyi stüart qadına futbolkasını hədiyyə edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra o, həmin xanıma yaxınlaşaraq hədiyyəsin

15 sentyabr 2021