Lənkəranskinin adamlarını güllələyən millimizin futbolçusu imiş - VİDEO
Martın 30-na keçən gecə Ukraynanın Xarkov şəhərində yerləşən "Ağdam" restoranının qarşısında kalaşnikov avtomatından atəş açaraq bir Azərbaycan vətəndaşının ölümünə səbəb olan killerlər saxlanılıb.
Sonxeber.az Yenicag.az-a istinadən xəbər verir ki, onlardan biri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Haqverdi Yusifovdur. Kriminal aləmdə "Malış Dnepr" ləqəbi ilə tanınan Yusifov Moldova üzərindən Ukraynadan Türkiyəyə qaçarkən saxlanılıb.
Saxlanılan digər 32 yaşlı şəxsin azərbaycanlı olduğu dəqiq bilinsə də, adı hələlik məlum deyil. Sözügedən şəxslər barədə 72 saatlıq həbs qərarı çıxarılıb. Onlar yerli hüquq-mühafizə orqanları tərəfindən Ukraynaya təhvil veriləcək.
Qeyd edək ki, silahlı hücum edənlərin "Lotu Quli" ləqəbi ilə tanınan "qanuni oğru" Nadir Səlifovun briqadasının üzvləridir. Haqverdi İsayevin hətta bir müddət əvvəl "Lotu Quli" ilə birlikdə çəkilmiş şəkili də yayılmışdı.
Xatırladaq ki, "Ağdam" restoranından çıxan bir qrup qafqazlı restoranın qarşısında dayanmış avtomobildəki silahlı şəxslər tərəfindən atəşə tutulub. Avtomobildə 4 nəfər olub. Onlardan ikisi kalaşnikov avtomatı ilə restorandan çıxanlara yaylım atəşi açıb. Bu zaman Azərbaycan vətəndaşı, Xarkov bazarlarının birində ticarətlə məşğul olan 32 yaşlı İsmayılov Zaur Əziz oğlu ölüb. Əvvəllər qətlə görə məhkum edilmiş Gürcüstan vətəndaşı isə yaralanıb. Hücuma məruz qalanlar isə 2016-cı ildə İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskinin tərəfdarları olub.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal Baxılıb: 2040 Tarix: 12 may 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşNazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fərid Namazovun sədrliy
16 aprelBakıda ailə faciəsinə səbəb olan vatsap statusu...
Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub. "Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şər
8 aprelDTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəm
13 martAytən Kərimovaya 7 il həbs istənildi
Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. O, A.Kərimovanı
15 aprelTanınmış siyasətçi arvadını qətlə yetirdi
Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl
21 aprelRusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı
Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı
13 aprel