"Quska" elə adlar çəkir, elə ifadələr verir ki... - Sensasion iddialar

"Quska" elə adlar çəkir, elə ifadələr verir ki... - Sensasion iddialarSabiq deputat Hüseyn Adbullayevin vəkili mətbuatdan qaçır. O, müvəkkilinin harada saxlanması, onun səhhəti, saxlama şəraiti haqda məlumat vermək istəmir. Heç Hüseyn Abdullayevin ittihamlarla razılaşıb-razılaşmaması haqda da danışmağı özünə rəva bilmir. Əslində "Quska" ləqəbli eks deputatın vəkilinin belə bir tövr sərgiləməsi gözləniləndir. Belə görünür ki, vəkil müvəkkilinin mövqeyini ifadə edir, çıxıb nəsə danışmır.

11 il əvvəl də belə idi. Hüseyn Abdullayev Milli Məclisin iclas zalında deputat həmkarı Fəzail Ağamalı ilə dalaşdıqdan sonra əksəriyyət birincinin haqlı olduğunu düşünür, onun mövqeyini ifadə edən vəkilin açıqlamalarına böyük diqqət göstərirdilər. Amma vəkil danışmırdı. "Quska" az sonra onu keyfiyyətli şəkildə müdafiə edən vəkilin xidmətlərindən imtina edib "paykovoy" vəkillə müqavilə bağladı. Az sonra isə azadlığa çıxdı. Hazırda da belə xəbərlər dolaşmaqdadır ki, Hüseyn Abdullayev əvvəlki həbsi zamanı atdığı addımları təkrar etməklə azadlığa çıxmağa can atır. Həbsdə olub azadlığa can atmayan məhbus yoxdur. Hüseyn Abdullayevin də belə istəyinin olması təbiddir. Onu digərilərindən fərqləndirən vaxtilə kriminal qruplaşmaya rəhbərlik etməklə böyük gəlir gətirən iqtisadi sahələrə əl qoymasıdır. Kriminal-biznesmen keçmişli biri 2005-ci ildə qəfil deputata çevrildi və 2 il sonra parlamentdə məlum olay baş verdi.

Zaman göstərir ki, dəyişən illərdir, Hüseyn Adbullayev isə dəyişmir. İndi də xəbərlər yayılır ki. həmin dövrdə həbsə düşəndə özünü necə aparırdısa, indi də fərqli heç nə etmir.

Bəzi məlumatlarda deyilir ki, H.Abdullayev artıq istintaqla əməkdaşlığa başlayıb. Mənbənin iddiasına görə, o, istintaqa elə adlar çəkib ki, təcrübəli istintaqçılar belə təəccüblərini gizlətmirlər.

Hüseyn Abdullayev təhlükəsiz zamanların qəhrəmanı olsa da, ayağı büdrəyəndə ordunun axsaq əsgərinə çevrilib. Hər halda belə məlumatlar, iddialar dolaşmaqdadır...

Yada salaq ki, Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə istintaq davam edir. Ona ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqda və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə, razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr olduğundan H.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilib.

Onu həbsindən dərhal sonra yayılan məlumatlarda da deyilirdi ki, bu ittihamlarla 12 il azadlıqdan məhrum edilməsini gözə alan H.Abdullayevin artıq istintaqla əməkdaşlığa razılaşıb. Onun həbsdə çox qalmamaq üçün hər şeyə hazır olduğu deyilirdi. Qeyd olunurdu ki, Avropadakı şıltaq hakimiyyət tənqidçilərinin Azərbaycandakı "kurator"ları barədə bildiklərini danışmağa razılaşıb...

Mənbə: "Yeni Müsavat"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1928   Tarix: 12 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar - FOTO

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

12 mart
.

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib

8 aprel
.

"Quska" haqda yeni cinayət işi açıldı - Həbs qərarı verildi

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb. "Qafqazinfo"nun məlumatına görə, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir. Məlumatı onun vəkili Rəsul Cəfərov saytımıza təsdiq edib. Qeyd edək ki, H.Abdullayev 2018-ci ild

7 mart
.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. 11 ildən sonra

13 aprel
.

Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək - RƏSMİ

Fevral ayının 13-də bir ailənin beş nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlin

8 aprel
.

Aytən Kərimovaya 7 il həbs istənildi

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. O, A.Kərimovanı

15 aprel
.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

Azərbaycanlı gənc parkinqə görə adam öldürdü

Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub. yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı şübhəli bilinir. Münaqiş

18 aprel