Böyük əfv olacaq

Böyük əfv olacaqƏliməmməd Nuriyev: "Komissiyaya elə şəxslər müraciət edib ki…"

28 May – Cümhuriyyət Günü ərəfəsində prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamı imzalanacaq". Bunu "Yeni Müsavat"a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

O bildirib ki, növbəti həftə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası bitir: "2018-ci ilin fevral ayından başlayaraq Əfv Məsələləri Komissiyası öz iclaslarına başlayıb. Bu günə qədər 10-dan çox iclas keçirilib, minə yaxın müraciət və vəsadətlərə baxılıb. Komissiya daxil olan bütün müraciət və vəsadətlərə hərtərəfli baxır. İclaslar çox geniş müzakirə formasında davam edir. Əfv prezidentin müstəsna koalision səlahiyyətlərinə daxil olan hüquqlardandur. Bu hüquq yalnız tam həcmdə prezidentə məxsusdur. Əfv Məsələləri Komissiyası daxil olan müraciətlərə baxıb tövsiyə xarakterli rəylərin hazırlanması ilə bağlı qərar qəbul edir, amma son söz prezidentindir. Cümhuriyyət bayramı ərəfəsində çoxsaylı məhkumların və onların ailə üzvlərinin sevincinin şahidi olacağıq. Prezident İlham Əliyev növbəti əfv sərəncamı imzalayaraq xeyli insanı azadlığa çıxaracaq. Ümid edirəm ki, əfv sərəncamı ilə bağlı adları siyahıda olan şəxslər gələcəkdə öz fəaliyyətlərini özləri, yaxınları, həmçinin, dövlətin və millətin maraqları naminə qurmağa çalışacaqlar".

Ə.Nuriyev əfv üçün daxil olan müraciətlər istisnasız olaraq hamıya eyni yanaşma tətbiq olunduğunu söylədi: "Ayrı-seçkilik və digər məsələlər heç vaxt Əfv Məsələləri Komissiyasının iclaslarında müşahidə olunmayıb. Hər kəs qanun qarşısında bərabərdir. Eyni zamanda daxil olan müraciətlər də diqqətlə araşdırılır və burada bir çox kriteriyalar var. İlk növbədə məhkumun etdiyi cinayətin xarakteri, onun şəxsiyyəti, səhhətinin vəziyyəti, eyni zamanda əməyə münasibəti, islama münasibəti, cəzaçəkmə müəssisəsində bütövlükdə davranışı, həmçinin, zərərçəkmişin mövqeyi, dövlətin və ictimaiyyətin maraqları, dəymiş ziyanın ödənilib-ödənilməməsi, cəzanın çəkilməmiş müddəti və s. ciddi müzakirə olunur və ortaq qərarlarla rəy hazırlanır. Təbii ki, son siyahı prezident tərəfindən müəyyən ediləcək. Prezident İlham Əliyev bizim tövsiyə xarakterli rəyləri nəzər ala, ya imtina edə, yeni adlar əlavə edə də bilər. Əfv edərkən mərhəmət, humanizm və humanitar prinsipləri tətbiq edilir. Bu prinsiplərə söykənərək prezident istənilən şəxsi əfv edə bilər, yaxud intina edə bilər".

Əfv Məsələləri Komissiyasın üzvü onu da qeyd etdi ki, ancaq kriteriyalara uyğun gələn müraciətlər baxılıb təmin edilir:"Müraciət edənlər arasında elə şəxslər var ki, çox ağır cinayətlər edib, uzun müddəti cəzaları var, cəzanın da çox az hissəsini çəkib. Elələri də var ki, cinayət əməllərində şəxsiyyətə zorakılıq tətbiq olunub, yaxud səhlənkar hərəkətləri nəticəsində xeyli insan ölüb. Müraciətlər arasında vətəndaşın əmlakına külli miqdarda ziyan vurmuş və ziyanı ödəməyənlər, vətənə, dövlətə xəyanət, ağır hərbi cinayətlər edənlər də var. Bu baxımdan da qərar verərkən mütləq ziyanın ödənilməsi məsələsi, zərərçəkmişin mövqeyinə də diqqət edilir. Zərərçəkmişin yaxın qohumu öldürülüb, arada barışıq əldə edilməyibsə, tək məhkumun mövqeyi nəzərə alınmır. Kompleks şəkildə qiymətləndirilir. Mütləq cəmiyyətin maraqları nəzərə alınır. Dövlətə, vətəndaşa dəymiş ziyanın ödənilib-ödənilməməsinə diqqət edilir".

Siyahıda sensasion adların olub-olmamasına gəlincə isə, Ə. Nuriyev bunları söyləyib: "Kimin fəal, kimin qeyri-fəal olması Komissiya üzvləri üçün fərq etmir. Hər şeydən əvvəl yanaşma məhkuma olan yanaşmadır. Şəxs məhkum edilib, onun barəsində qanunla məhkəmə qərarı var. Biz bu məhkəmə qərarı müəyyən edildiyindən və həmin şəxs barəsindən qanun qüvvəyə mindiyindən məsələyə yalnız bu nöqtədən baxırıq. Nə apelyasiya instansiyasıyıq, nə də digər məhkəmə orqanlarıyıq ki, onun təqsirli olub-olmaması tərəfi ilə bağlı fikir yürüdə bilək. Yenə deyirəm, əsas humanitar yanaşma, mərhəmət hissidir. O şəxsin təqsirli, yaxud təqsirsiz olub-olmaması artıq arxada qalıb. Digər sərəncamlara da baxsanız, görərsiniz ki, orada müxtəlif kateqoriyadan cinayət törətmiş insanların adlarını görə bilərsiniz".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1308   Tarix: 14 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

İsrail İrana zərbə endirdi - VİDEO

İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisində

19 aprel
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

"Yusi Ko" MMC BDU-nu məhkəməyə verdi

Bakı Dövlət Universitetinə (BDU) qarşı məhkəmə iddiası qaldırılıb. xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib. Məhkəmə iddiası ölkənin tanınmış tikinti şirkətlərindən biri olan "Yusi Ko" MMC tərəfindən podrat müqaviləsi üzrə mübahisələrl

19 aprel
.

"Nobel qardaşlarının qənimi" Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır - VİDEO

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb. Bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub. Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliye

19 aprel
.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

Bakıda yarım milyona Quran satılır? - FOTO

Azərbaycanda yarım milyona Quran kitabı satışa çıxarılıb. xəbər verir ki, bu barədə saytlardan birində elan yerləşdirilib. Qeyd edilib ki, kitab XIX əsrdə miniatür litoqrafiya ilə işlənmiş Osmanlı Quranıdır. Bu kitabı, xüsusilə Birinci Dünya müharibəsində vuruşan bəzi müsəlman əsgərlər üzərlərində gəzdirirmişlər

19 aprel