"Lotu Quli" Mərkəzi Univermağı necə yardı? - Səs-küylü cinayətin bilinməyənləri

"Lotu Quli" Mərkəzi Univermağı necə yardı? - Səs-küylü cinayətin bilinməyənləriSonxeber.az yenicag.az-a istinadən uzun müddət həbsdə yatdıqdan sonra ötən il azadlığa çıxan "Lotu Quli" ləqəbi ilə tanınan "qanuni oğru" Nadir Səlifov bağlı bilinməyən məqamları təqdim edir.

Onu gəncliyindən tanıyan və uzun müddət müxtəlif həbsxanalarda yanaşı cəza çəkən sabiq məhkum xatırlayır:

"Quli" olduqca inadcıl, bir o qədər də iradəli adamdır. Onda geri çəkilmək söhbəti yoxdur. Biri ilə dirəşdisə, sona qədər gedəcək.Kompromisə gedən, təslim olan tərəf olmayacaq. Onu davakar biri kimi qələmə vermək olmaz, amma dalaşmağa başladısa, söhbət bitdi, gərək üzünü görməyəsən.

Bir epizod danışım. Bu hadisıə baş verəndə Qulinin 21 yaşı vardı. O vaxtlar atıb-tutan gənclər, necə deyərlər, gələcək vəd edən canilər "Gənclik" metro stansiyasının yaxınlığına bir çayxanada toplaşırdılar. Ordan-burdan, oğru dünyasınından-filan danışırdılar. Burada hamı bir-birini tanıyırdı. Sözləri nə üstə çəpləşdisə, "Quli" ilə Elçin adlı bir oğlan əlbəyaxa dalaşmağa başladılar. Bir boks və güləş yarışması nə qədər çəkər?

Uzağı 6-10 dəqiqə, 3 raunda məsələ həll olur, döyüşün qalibi bilnir. Bunlar azı 15-20 dəqiqə təkbətək döyüşdülər, dalaşdılar. Onları ayıran olmadı. Çünki ikisi də araya girənlərə söyüş qoydular. Elçin cüdoçu idi. O, beynəlxalq yarışlarda fərqlənməmişdi, amma şəhərdə tanınan, nəticə göstərən idmançı idi. Üstəlik də, "Quli"dən güclü idi. Döyüş zamanı Elçin öz idmançı bacarığından yararlanır, fəndlər işlədir, Qulini götürüb yerə çırpırdı. Amma o yenidən ayağa durub, ondan yapışır, onu vurur, davaya davam edir, əl çəkmirdi. Axırda "Quli" dizi ilə onu möhkəm vurdu və Elçin yıxılıb huşunu itirdi, ayağa qalxmadı və bununla da dava bitdi".

Köhnə kamera yoldaşının dediyinə görə, onsuz da doğuşdan ürəkli, cəsarətli olan "Quli"ni 20-22 yaşında daha da ötkəm edən iki amil olub:

"Onda silah da vardı, pul da. Bunlar olan yerdə insan, xüsusilə gənc adam daha da cəsarətli olur. Elə bilir ki, şəhərin yiyəsi özüdür. Onu ilk dəfə "Narxoz" deyilən universitetin önündə küçədə görmüşəm, belindəki silahı göstərə-göstərə gəzirdi. Açığı, o vaxt məndə də silah vardı, amma həmişə gödəkcəmin altında olardı və heç vaxt heç kimə göstərməzdim. "Quli" isə silahını kiminsə görəcəyindən çəkinmirdi. Bəzi kriminallar kimisə "yükləyəndə", yəni "dolya" tələb edəndə deyirdilər ki, pulu gətir filan yerə qoy, yaxud filankəsə ver, o, bizə verəcək. Çoxları çalışırdı ki, "dolya" verənlərlə birbaşa kontakta girməsinlər. Amma "Quli"gil birbaşa, çəkinmədən kontakta girirdilər. Cavan uşaqlar idilər, çox cəsarətli və qətiyyətliydilər".

1993-cü ildə kiminsə başqasından 20 min dollar alacağı olur, ala bilmir. O vaxt artıq adı bu işlərin ustası kimi çıxmış olduğu üçün həmin adam Qulidən yardım istəyir. Həmin vaxt "Quli" 21 yaşın içindəydi, özü də indiki kimi dolubədənli deyildi, cüssəcə də, sifətcə də yeniyetmələrə bənzəyirdi. Heç kim deməzdi, onun 21 yaşı var. Amma həmin şəxs "Quli"nin bacarığı haqqında eşidibmiş, deyə ondan yardım istəyir, və "Quli" həmin işi götürür, söz verir ki, pulıu alıb qaytaracaq.

Pulu qaytarmayan şəxslər "Azneft" meydanı tərəfdə, yaşlı və pullu adamların oturduğu bir məkanda imişlər. "Quli" ora gəlib və içəri girən kimi deyib ki, "Mən "Quli"yəm, filankəsin pulunu almağa gəlmişəm". O adamlar baxıblar ki, uzağı onuncu sinif şagirdinə bənzəyən yeniyetmədir, düşünüblər ki, bu kimdir, o boyda pulu buna verək aparsın. "Quli" "20 min dollar verməlisiniz, pul mənə çatacaq" deyəndə həmin şəxslər uşağa oxşayan, əyninə kapuşonlu sviter geyinmiş uşağa gülüblər. Bu kişilərin yanında cangüdənləri, silahlı adamları varmış. Biri gülə-gülə "Quli"dən soruşub ki, sən kim olduğunu dedin, bir də de, bilək. Onların gülüşmələri "Quli"yə xoş getməyib və söhbəti uzatmayıb, tapançanı çıxarıb və onlardan birini dizindən güllələyib. Adamlar görüblər ki, bu uşaq olsa da, qorxusuzdur, dərhal pulu çıxarıb veriblər".

O vaxtkar "Quli"gilin konkret əraziləri yox idi. Onlar harda düşdü, "raboy" edirdilər. Ən səs-küylü işləri isə Mərkəzi Univermaqdan külli miqdarda qızıl-zinət əşyaları aparmaları olub. Bu, o vaxt qalmaqallı iş idi. Hamı bundan danışırdı. Çoxları düşünürdü ki, bu boyda işi kim görüb. Sonradan bilindi ki, soyğunu "Quli"gil təşkil edib. Onlar güdürmüş, univermaqdan qızılların götürülməsini saatını gözləmişdilər.

Qızılla dolu maşın yola çıxanda isə arxadan öz maşınları ilə gəlib, qəsdən avtomobili vurmuşdular. Sürücü və inkassator istər-istəməz nə baş verdiyini bilmək üçün öz maşınlarından çıxanda "Quli" və dostları tapança ilə onları hədələmiş, maşından qızılları götürüb getmişdilər.

1995-ci ildə həbs olunanda onunla bağlı cinayət işinin içində bu epizod var idi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2040   Tarix: 14 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart
.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda girovda saxlanılan şəxsin azadolunma görüntüləri - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu il

15 mart
.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

21 aprel
.

Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15 aprel
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart
.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. 11 ildən sonra

13 aprel
.

Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində bacısını döyməkdə təqsirləndirilən Qamət Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətində

23 aprel
.

Hüseyn Abdullayevin yeni cinayət işinin detalları

Xəbər verdiyimiz kimi, həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb edilib. Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir. "Qafqazinfo" Hüseyn Abdullayevin yeni cinayət işinin detalların

11 mart
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart