Dollarla "savaş" başlayır: ÖLKƏLƏR AYRILIR

Dollarla "savaş" başlayır: ÖLKƏLƏR AYRILIRRusiya dollarla "savaşa" başlayır. Rusiya Prezidenti Vladimir Putin, parlamentin aşağı palatası Dumada etdiyi çıxışında, rəsmi Moskvanın qlobal bazarlardakı mövqeyini gücləndirmək üçün "savaşmaq" məcburiyyətində olduğunu deyib. Rusiyaya qarşı sanksiyaların, iqtisadi suverenliyini təmin etməsi üçün imkanlar yaratdığına işarə edən Putin, dollarda gedən təmərküzləşmə, dünyanın bir çox ölkəsi üçün böhranlı və təhlükəli vəziyyət yaradır. Prezident deyib ki, dollara bağlılığı azaldaraq, Rusiya iqtisadiyyatının suverenliyini qorumaq lazımdır.

Neft ticarətinin də dollarla aparıldığını xatırladan Putin, "bu yükdən xilas olmağımız lazımdır" deyib. Dünya Ticarət Təşkilatı qaydalarının da tez-tez pozulduğunu qeyd edən Rusiya lideri, "Sanksiya adı altında verilən siyasi qərarlar üzərindən özlərinə üstünlük yaratmağa çalışırlar. Alüminium və ümumiyyətlə, metallurgiya sahəsinə dair verilən qərarları başqa necə açıqlayaq?" deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, martın 9-da idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz gömrük tarifi tətbiq edəcəyini açıqlamışdı. Həmçinin ABŞ Xəzinə Nazirliyi, dünyanın ən böyük alüminium istehsalçılarından biri olan "Rusal"a qarşı sanksiya tətbiq etmişdi.

İqtisadçı-alim Fuad İbrahimov "Cümhuriyət" qəzetinə bildirib ki, dollardan yaxa qurtarmaq istəyən ölkə başçıları iqtisadçı olsaydılar, belə fikirlər söyləməzdilər: "Elə hesab edin ki, həkim hava ilə nəfəs almağı dayandırıb alternativ variantlardan istifadə etməyi məsləhət görür. Bu isə qeyri-mümkündür. Dollar beynəlxalq səviyyədə qəbul olunmuş etalon vasitədir. Müasir dövr konkret ölçü vahidlərinin üzərində qurulub. Bu nöqteyi-nəzərdən dünya ticarətində etalon ölçü vahidi ABŞ dollarıdır. Ola bilsin ki, bir neçə ölkə ticarət əlaqələrində avro və ya funt sterlinqdən istifadə edir. Yəni, dünya ticarət şəbəkəsində qəbul olunmuş digər valyutalarla. Dönərli valyutalar siyahısına Çinin, Yeni Zelandiyanın, Avstraliyanın, Kanadanın, eləcə də Böyük Britaniyanın milli dollarları daxildir. Ancaq bunların arasında şah əsər ABŞ dollarıdır. Təbii ki, bu, bir gün içində yaranmayıb. ABŞ əsasən XX əsrin əvvəllərində institusional maliyyə mərkəzlərinin formalaşması, birjaların yaranması və inkişafı, hər dövrün özünə uyğun müasir alətlərin iqtisad elminə bəxş etdiyi bir dövlətdir. Şübhəsiz ki, dövlət bunu inkişaf etdirdikcə bu gün onların valyutası etalon valyutaya çevrilir".

İqtisadçı qeyd edib ki, hazırda Rusiya ilə Azərbaycan hər hansı bir ticarət əməliyyatı aparsa, az həcmdə rublla alıb, manatla sata bilər: "Bunu silsilə formasında daim hərəkətə gətirmək üçün ölçü vahidi lazımdır. Bəli, dollardan imtina edib qızılla ticarət etmək olar. Amma bu iqtisad elmində ibtidai idarəetmə üslubuna qayıtmaq kimi bir haldır. Dollardan imtina edirəm demək və siyasətinin bu olduğunu elan etmək populist çıxışdır. Dollardan imtina etmək nəzəri cəhətdən mümkündür. Bunun üçün böyük bir zaman lazımdır. Ən azından bölgələr ölkədən kapital axınının qarşısını almalıdır. Bu gün adları "Forbes" jurnalının ilk sıralarında yer alan rusiyalı milyarderlərin heç biri öz dövlətinə yatırımlar etmir. Ancaq hazırda Amerikanın ən bahalı kurortlarını, binalarını Rusiyadan çıxmış biznesmenlər alır. Onlar öz ölkələrində vətənpərvərliklərini göstərə bilmirlər. Görünür, belə sərsəm bəyanatlara diqqətlə qulaq asan izləyicilər var. Putinin səsləndirdiyi fikirlər əsassızdır".

Azərbaycan iqtisadi sferada dollarla bağlılığı necə azalda bilər?

Fuad İbrahimov hesab edir ki, Azərbaycan dollarla bağlılığını azalda bilməz: "Azərbaycan neftini Qazaxıstan təngəsinə, türk lirəsinə, rus rubluna sata bilməz. Bizə dönərli valyuta lazımdır. Bu isə, ABŞ dolları, funt sterlinq, eləcə də avro ola bilər. Bunun əsasında daxili bazarlarda sahibkarın əldə etdiyi valyuta ilə yenidən ölkəyə idxal məhsulları gətirilə bilər. Yaxud da barter əməliyyatı aparılmalıdır. Bu isə konkret balaca həcmdə aparıla bilər. Tutaq ki, iki şirkət arasında müqavilə bağlanır. Bir şirkət qarşı tərəfə 10 ton pambıq verir, qarşı şirkət isə əvəzində 10 ton gilas verir. Amma bununla makroiqtisadi səviyyədə ölkənin tarazlığını qoruyub, ölkəni inkişaf etdirmək mümkün deyil. Buna görə də Azərbaycanın hansısa valyutadan imtina etməsi fikrini kənara atmaq lazımdır. Buna heç ehtiyac da yoxdur. İqtisadiyyatı sağlam qurmaq lazımdır, bazar iqtisadiyyatının müddəalarına şəffaf şərait yaratmaq lazımdır. Belə olan halda milli valyutamız mərhələli formada öz optimal səviyyəsini tapacaq və nəticədə iqtisadi tarazlıq bərqərar olacaq".

Qonşu ölkələrin milli valyutalarının məzənnələrinin aşağı olmasının Azərbaycan manatına təzyiqinə gəlincə, analitik deyib ki, regional dövlətlərin valyutalarının məzənnəsinin aşağı olmasının manata təsirləri yoxdur: "Nəzərə almaq lazımdır ki, regional səviyyədə neftin qiyməti aşağı düşdükdə qonşu ölkələr, o cümlədən, Azərbaycan bunu ağır qəbul etdi. Çünki İranda, Türkiyədə, Rusiyada, Qazaxıstanda, eləcə də Azərbaycanda da iqtisadiyyatın formalaşmasında flaqman güc neftin üzərində idi. Şübhəsiz ki, neftin qiymətinin düşməsi ilk növbədə məzənnəyə zərbə endirdi.

Lakin bizdən fərqli olaraq İranın və Rusiyanın qeyri-neft sektoru mövcuddur. Sadəcə olaraq onlar bu gün öz milli valyutasının məzənnəsini sözün əsl mənasında üzən məzənnə siyasətində buraxdıqları üçün valyutaları ucuzlaşır. Bizim mərkəzləşdirilmiş idarəetmə üslubundan istifadə edib manatın məzənnəsini süni şəkildə saxlamağa kifayət qədər gücümüz var. Bu, iqtisadiyyatın sağlamlığı demək deyil.

Amma onu da nəzərə almaq lazımdır ki, İrana və Rusiyaya qarşı sanksiyalar var. Bu nöqteyi-nəzərdən Azərbaycanın xarici siyasəti daha yumşaqdır, ümumilikdə bu sahədə siyasi baxışlarımıza görə iqtisadi sanksiyalar tətbiq olunmur. Bu səbəbdən hazırda manatın stabil saxlanılmasında idarəetmə üsulundan istifadə edərək daha rahatlıqla saxlaya bilirik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3850   Tarix: 14 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Muzdla çalışanların SAYI artıb - STATİSTİKA

Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə

13 iyun 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il

6 may 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021