DİN taksi sürücüsünü vəhşicəsinə öldürənlərin FOTOLARINI YAYDI

DİN taksi sürücüsünü vəhşicəsinə öldürənlərin FOTOLARINI YAYDISumqayıt şəhərində baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Sonxeber.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, cari il mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində "Mersedes" markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsarətləri nəticəsində naməlum bir şəxsin öldürülməsi barədə Şəhər Polis İdarəsinə məlumat daxil olub. Dərhal Polis İdarəsi və şəhər prokurorluğu rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq müvafiq əl-barmaq izləri götürülüb, meyiti tapılan şəxsin "Mersedes" markalı avtomobilin sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.

DİN-in Baş Cinayət Axtarış, Kriminalistik Təhqiqatlar İdarələri və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən ağır cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Pərviz Məmmədov, Sumqayıt şəhərində yaşayan Rahin Hüseynov və Şəmkir rayon sakini Şamil Bayramov tutulub. İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər Bakı-Sumqayıt istiqamətində hərəkət edən taksilərdən birinə müştəri kimi əyləşərək avtomobili H.Z.Tağıyev qəsəbəsinə sürdürməyi və orada sürücüyə zor tətbiq edərək onun pulunu, mobil telefonunu almaq barədə əvvəlcədən razılığa gəliblər. Bu niyyətlə hər 3 şəxs mayın 8-də metronun "20 Yanvar" stansiyasının yaxınlığında A.Şıxəliyevin idarə etdiyi "Mersedes" markalı avtomobilə əyləşiblər. Qabaqcadan nəzərdə tutulmuş yerə çatdıqda Ş.Bayramov və R.Hüseynov üzərlərində olan bıçaqlarla A.Şıxəliyevə çoxsaylı zərbələr endirərək onu qətlə yetiriblər. Sonra onlar sürücünün cibindən 19 manat və 2 ədəd mobil telefonunu götürərək hadisə yerini tərk ediblər.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102 - Zəng Mərkəzi" Xidmətinə və ya Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1330   Tarix: 14 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021
.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021
.

Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal

8 sentyabr 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Göygöldə 83 yaşlı kişi intihar edib

Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi

25 avqust 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021