Misir Mərdanovdan abituriyentlərin intiharına REAKSİYA

Misir Mərdanovdan abituriyentlərin intiharına REAKSİYASon illər Azərbaycanda qəbul imtahanında az bal toplayan abituriyentlər arasında intihar halları qeydə alınır. Artıq demək olar ki, hər il qəbul imtahanları zamanı yaxşı nəticə göstərmə bilməyən abituriyentlər arasında intihar hallarına rast gəlinir. Sosial şəbəkələrdə bəzən buna "Abituriyentlərin intihar dövrü başladı" şüarı altında da fikirlər səsləndirirlər. Elə bu gün Sumqayıt şəhərində daha bir abituriyent özünü ataraq intihar edib. 17 yaşlı Rüstəmov Faiq Fuad oğlu özünü 14-cü mərtəbədən ataraq həyatına son qoyub. F.Rüstəmov dünən qəbul imtahanında iştirak edib və ilkin məlumata görə, az bal topladığı üçün özünü öldürüb.

Sonxeber.az xəbər verir ki, unikal.org-un əməkdaşı məsələ ilə bağlı Azərbaycanın sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun fikirlərini öyrənib. Sabiq nazirin hadisə ilə bağlı açıqlaması orjinallığı ilə fərqlənib.

- Misir müəllim, ötən gün qəbul imtahanlarında zəif nəticə göstərən daha bir abituriyent intihar edib. Sizin bir ziyalı kimi bu məsələyə münasibətinizi bilmək istərdik.

- Mən hadisənin təfərrüatını bilmdən məsələyə necə münasibət bildirim? Vallah nə deyim. Bu adamların psixioloji vəziyəti ilə tanış olmamış heç nə demək olmaz.

- Gənclərimizin bu konteksdə intiharlardan uzaq olmaları üçün nə edilməlidir?

-Qardaş, bu fikirləri məndən yox, onların oxuduqları təhsil ocaqlarından soruşun. Mənim nə işim var?

-Hər halda bir ziyalı kimi mövqeyinizi bilmək istərdik.

-(Əsəbi halda) Ziyalı kimi gənclərimizin bu cür ölüm yolunu seçmələrinə görə heyfislənirəm. Başqa nə deyə bilərəm? Azərbaycanda bir ziyalı mənəm? Gedin, bu mövzu ilə bağlı başqalarından soruşun. Gedin onlardan, bu adamları tanıyanlardan soruşun. Axı, mən onları tanımaya-tanımaya nə deyim? Mən kənardayam indi.

-Misir müəllim siz uzun illər Azərbaycanın təhsil naziri işləmisiniz. Ən azından orta təhsil sistemindəki vəziyyətə bələdsiniz...

-Nə olsun, təhsil naziri işləmişəm. Mən öz dövrümə cavabdeh idim. İndi isə bu sektordan kənarda çalışıram. 6 ildir mən təhsil naziri işləmirəm. Mən bir daha gənclərimizi belə ölümlərdən çəkinməyə çağırır və onların bu cür ölümünə görə heyfslənirəm. Amma kimsəni də bu məsələ ilə bağlı günahlandırmaq istəmirəm. Bu cür sualları da mənə ünvanlamayın. Özünüz yazın ki, bu cür hallar pis şeydir. Mən bir şey deyirəm, siz başqa şey yazırsınız.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4620   Tarix: 14 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23 aprel
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

23 aprel
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23 aprel
.

Hər bir ata qızına bu 3 şeyi öyrətməlidir

Balaca qızlar böyüyüb gözəl analar, müdrik qadınlar və mehriban nənələr olurlar. xarici KİV-ə istinadən xəəbr verir ki, qızın məhz bu yolla getməsi üçün onu təkcə anası deyil, həm də atası böyütməlidir. Ona məsuliyyəti öyrədin. Qızınıza məsuliyyət aşılamaqdan başlamaq lazımdır. Biz hamımız başa düşməliyi

23 aprel
.

"Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir" - DEPUTAT

"Cənab prezident lham Əliyevin Moskvaya səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açacaq". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkd

23 aprel
.

Məktəbli qıza qarşı əxlaqsızlıq edən kişiyə cəza verildi

Bakının Nərimanov rayonunda yerləşən binanın dəhlizində 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Oğuz rayon sakini olan 1993-cü il təvəllüdlü Riad Ağayev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmamı

23 aprel
.

Sabah Bakıda 29° isti olacaq

Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

23 aprel
.

Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi

"Enerji Construction" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Tovuz rayon prokurorluğunda araşdırma aparılıb. xəbər verir ki, bu barədə Tovuz Rayon Prokurorluğunun yaydığı məlumatda deyilir. Bildirilib ki, araşdırm

23 aprel