Həkim olmaq istəyirdi, özünü öldürdü - Sumqayıtda abituriyentin intiharının DƏHŞƏTLİ TƏFSİLATLARI

Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhərində daha bir abituriyent intihar edib. 17 yaşlı Rüstəmov Faiq Fuad oğlu özünü 14-cü mərtəbədən atıb və hadisə yerindəcə vəfat edib.

İntihar edən yeniyetmə dünən qəbul imtahanında iştirak edib və ilkin məlumata görə, az bal topladığı üçün özünü öldürüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Bu, quru statistikanın arxasında nakam bir gənc, yarımçıq ömür, faciə, valideyn ağrısı, dost acısı dayanır...

"Özünü atanda çantası çiynində idi..."

Hadisənin təfərrüatını öyrənmək üçün ilk olaraq Sumqayıt şəhərində 45-ci məhəlləyə yollandıq. Bildirildi ki, elə intihar hadisəsi də 9 nömrəli binanın 14-cü mərtəbəsinin damında baş verib.

Yaxınlıqda satıcı işləyən və adının açıqlanmasını istəməyən bir xanım Lent.az-a açıqlamasında bildirdi ki, hadisə bu gün səhər 11 radələrində baş verib:

"Düz blokun qabağına düşdü. Əvvəlcə tappıltı eşitdim. Çölə çıxanda şoka düşdüm. Hələ də dizlərim əsir. Cavan və yaraşıqlı bir uşaq idi. 14-cü mərtəbədən atıb özünü. Çiynində də çantası vardı. Kitab-dəftərləri yerə dağılmışdı".

Satıcı xanım danışdıqca yaxınlıqdakı qonşular başına toplaşır, söylədiklərinə qulaq kəsilirlər:

- Əvvəlcə təcili yardım gəldi. Sonra polis... 3-cü bölmənin əməkdaşları gəlib araşdırma apardılar.

- Tanıyırdınızmı uşağı?

- Xeyr, tanımırdım, burada yaşayan deyil. Dedilər ki, Tağıyev qəsəbəsində yaşayır.

- Kim dedi, haradan bildiniz ki, orada yaşayır?

- Şəxsiyyət vəsiqəsi üstündə idi. Oradan biliblər. Biz də elə burada eşitdik.

Satıcı intihar anını elə anbaan danışır:

- Tappıltını eşidəndə dik atıldım. Bayıra çıxdım. Gördüm ki, üzü-üstə yerə düşdü. Səkinin kənarına düşmüşdü.

Başqa bir xanım dillənir:

- Əvvəlcə çırpındı, sonra keçindi. Qanı buralarla bir idi. Sonra yuyub təmizlədilər.

Bu binada ilk intihar deyil...

Bina sakinləri bildirir ki, burada baş verən ilk intihar hadisəsi deyil. Daha dəqiq desək, son beş ayda 3-4 intihar hadisəsi baş verib. Sakinlər deyir ki, bundan sonra 9 nömrəli binada intihar halları qaçılmazdır. Çünki binanın damına çıxış qıfıllanmır. Satıcı ilə söhbətləşirik, deyir ki, iki həftə əvvəl də burada intihar hadisəsi olub. Həmin şəxs də Faiqin intihar etdiyi yerdən özünü atıb:

"Bizim binanın liftləri işləmir. Ona görə də insanlar digər bloklara çıxmaq üçün gəlib buradan 14-cü mərtəbənin damına çıxırlar. Bəziləri isə şəhər yaxşı göründüyü üçün buraya çıxır. Şəkillər çəkdirirlər. Əsasən də yeniyetmələr... Dəfələrlə "JEK"-ə müraciət etmişik. Demişik ki, gəlin girişi bağlayın. Amma bir tədbir görməyiblər".

17 yaşlı Faiqin özünü atdığı yerə qalxırıq. Vahiməli, dar və qəzalı vəziyyətdə olan pilləkənlərlə yuxarı qalxdıqca ayağımızın altında şprislər xırçıldayır. Sakinlər deyir ki, gecələr narkomanlar burada "at oynadır".

"Ailənin tək uşağı idi..."

Biz Tağıyev qəsəbəsinin Şirvan məhəlləsinə çatanda artıq Faiq Rüstəmovun cənazəsi ekspertizadan yenicə gətirilmişdi. İçəridə və həyətdə xeyli adamlar toplaşmışdı.

Qohumlarla, qonşularla söhbətləşdik. Deyirlər ki, Faiq dərslərini çox yaxşı oxuyurmuş, sınaq imtahanlarındakı göstəriciləri də yaxşıymış:

- Ailənin aman-zaman, tək uşağı idi. Sınaq imtahanlarında 450-500 bal yığırdı.

- Bəs niyə özünə qəsd edib ki?

- İstədiyi balı toplaya bilməyib. Deyirlər ki, ona görə, özünü öldürüb.

- Çoxdan hazırlaşırmış?

- Hə, iki il idi ki, hazırlaşırdı. Onuncu və on birinci sinifləri Sumqayıtda müəllim yanına gedib.

- Axı imtahan dünən keçirilib, bəs bu gün niyə intihar edib?

- Cavabları bu gün öyrənib. Öyrənən vaxt da Sumqayıtda olub.

Niyə bəs Sumqayıtda?

Qonşuların və yaxınlarının sözlərinə görə, Faiq bu gün intihar etdiyi yerə - 14-cü mərtəbəyə ilk dəfə deyil çıxırmış. O, dəfələrlə hazırlıq yoldaşları və dostları ilə həmin yerə qalxıblar. Şəkillər çəkdiriblər, selfilər ediblər. Dəfələrlə şəhərin mənzərəsinə məhz buradan baxırlarmış. Nəticəni öyrəndikdən sonra hazırlaşdığı məkana yaxın yerdə olan bu binaya gedib və özünü atıb.

Həkim olmaq istəyirmiş...

Yas yerinə gələnlər öz aralarında söhbətləşir, biz də qulaq kəsilirdik. Öyrəndik ki, Faiqin anası onkoloji mərkəzdə çalışır. Həkimdir. Faiq də Tibb Universitetinə qəbul olmaq istəyirmiş, amma balı yetərli olmayıb.

Faiq atasız böyüyüb

Qonşu və qohumların sözlərinə görə, Faiq atasız böyüyüb. Hələ körpə yaşlarından atası ilə anası ayrılıb. Anası övladına təhsil vermək üçün övladına hər cür şərait yaradıb. Dərslərinə birbaşa nəzarət edib.

Müəllimlərin sevimlisi olub

Faiq Rüstəmov Tağıyev qəsəbəsindəki 32 saylı məktəbdə təhsil alıb. Məktəbin müəllimi Kərim Kərimovun sözlərinə görə, hələ də Faiqin intihar etməsi xəbərinə inana bilmir:

"Gözəl bir ailənin uşağı idi. Çox tərbiyəli, fərasətli uşaq olub. Güclü yaddaşı vardı. Sakit uşaq kimi xatırlayıram. Tərbiyəsinə söz ola bilməzdi. Niyə belə edib, bilmirəm. Dərslərini də çox yaxşı oxuyurdu".

"Anan ölsün, ay Faiq..."

Cənazə qapıdan çıxarılanda orta yaşlı bir xanımın "anan ölsün, ay Faiq!!!" – harayı ilə torpağın üstünə yıxılıb ağladığını, saçlarını yolduğunu gördük.

Kimliyini bilmədiyimiz bir xanım isə cənazənin tərpənməsinə icazə vermir "hara gedirsən?" deyə qışqırırdı. Sonradan öyrəndik ki, Faiqin anası imiş...

Qadınlar toy xonçaları ilə cənazənin önünə keçdilər. İzdiham tərpəndi...
Həkim olmaq istəyirdi, özünü öldürdü - Sumqayıtda abituriyentin intiharının DƏHŞƏTLİ TƏFSİLATLARIHəkim olmaq istəyirdi, özünü öldürdü - Sumqayıtda abituriyentin intiharının DƏHŞƏTLİ TƏFSİLATLARIHəkim olmaq istəyirdi, özünü öldürdü - Sumqayıtda abituriyentin intiharının DƏHŞƏTLİ TƏFSİLATLARI


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8030   Tarix: 14 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23 aprel
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23 aprel
.

Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi

Keçmiş baş prokuror Zakir Qaralovun əmisi qızı Mehriban Qaralova məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi icar

23 aprel
.

Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur

Bərdədə 23 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Ailəsi qızın zorla bir neçə nəfər tərəfindən qaçırıldığını iddia edir. APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb. Kənd sakini 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarında

23 aprel
.

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) "İmprotex İndustries" MMC (VÖEN – 1401813511) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə ANAMA minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərini

23 aprel
.

DYP avtobus sürücülərinə XƏBƏRDARLIQ ETDİ - FOTO/VİDEO

Ötən gün iki avtobus sürücüsünün qaydaları pozması ilə bağlı görüntülər yayılıb. -in məlumatına görə, sürücülər Abşeron rayonu ərazisində avtobusları idarə edərkən həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atıblar. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra sürücülər tənqid obyektinə çevrilib

23 aprel
.

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

"Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar ki, bu da çox önəmlidir". APA xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniya mətbuatına müsahibəsində söyləyib. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında SSRİ-nin süqutu dövründ

23 aprel
.

Bakıda bəylə gəlinin qeyri-ənənəvi addımı müzakirələrə yol açdı - VİDEO

Azərbaycanda bəylə gəlinin rəqsi müzakirələrə yol açıb. Ölkə.Az-ın məlumatına görə, Bakıda baş tutan toyda lentə alınan görüntülər diqqət çəkib. Məşhur restoranlardan birində bəylə gəlinin zala daxil olması ənənəvi vağzalı musiqisi ilə müşayiət olunmayıb. Belə ki, onlar qapılar açılar-açılmaz əcnəb

22 aprel
.

Sumqayıtda müəllim vəfat etdi

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, ötən gün sözügedən məktəbin ingilis dili müəllimi Xuraman Əliyeva qəfil dünyasını dəyişib

23 aprel