ABŞ İrana görə Azərbaycana sanksiya tətbiq edə bilərmi? – EKSPERTDƏN RƏY

ABŞ İrana görə Azərbaycana sanksiya tətbiq edə bilərmi? – EKSPERTDƏN RƏY"Azərbaycan dövlət olaraq ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmur".

Bunu Sonxeber.az-a iqtisadçı ekspert Əkrəm Həsənov ABŞ-ın İranla ticari və iqtisadi əlaqələr saxlmasına görə Azərbaycana sanskiya tətbiq etmə ehtimalını şərh edərkən deyib.

Xatırladaq ki, ABŞ İranla nüvə sazişindən çıxdıqdan sonra bu ölkəyə qarşı sanksiyaları bərpa edib və bu sanksiyaları pozan ölkə və şirkətlərə xəbərdarlıq edib.

Onun sözlərinə görə, Azərbaycandan kimsə fərdi şəkildə həmin sanksiyaları poza bilər: "Lakin hesab edirəm ki, bu halda da ABŞ məsələni ciddiləşdirməz. Çünki Azərbaycan Amerika üçün çox ciddi əhəmiyyətli dövlətdir. Bizim əsas üstünlüyümüz ondan ibarətdir ki, rəsmi Bakı balanslaşdırılmış xarici siyasət aparır. Buna görə də ABŞ ölkəmizə çox təzyiq etmək istəmir ki, rəsmi Bakı Rusiyaya daha çox meyilli olmasın. Eyni sözləri də rəsmi Moskva barəsində də demək olar. Bu baxımdan düşünürəm ki, ABŞ İranla ticari-iqtisadi əlaqələrimizə görə Azərbaycana sanksiya tətbiq etsin".

ABŞ-ın İrana qarşı sanksiyalarının Bakı-Tehran arasında iqtisadi əlaqələrə təsirinə gəlincə, Ə. Həsənov deyib ki, ticarət əlaqələrimiz həmin sanksiyaların əhatə dairəsinə düşmür: "Digər tərəfdən ABŞ-ın İrana qarşı mövcud və gələcək sanksiyaları neftin dünya bazarında qiymətlərini artırır. Bu da Azərbaycanın xeyrinədir. Neftin dünya bazar qiyməti nə qədər yüksək olarsa, bu, Azərbaycanın xeyrinədir, çünki ölkəyə daxil olan valyutaların həcmi artır. Bu baxımdan sanksiyaların Azərbaycana bəlkə də xeyri olduğunu düşünmək lazımdır".

ABŞ-ın İrana qarşı sanksiyaların tətbqinin Azərbaycan-İran arasında birgə layihələrin reallaşdırılmasının ləngiməsinin mümkünlüyünə toxunan ekspert bu fikirlə də razılaşmayb: "Azərbaycan İran ərazisindəki Astara-Rəşt dəmir yolunun tikintisinin reallaşdırılmasına 500 milyon dollar ayıracaq. Bundan başqa İranın Astara şəhərində dəmiryolu tikiləcək. Bu stansiyanın tikintisi 60 milyon dollar təşkil edəcək və Azərbaycan bu həcmi də ödəyəcək. Bizim bu sahələrə vəsait qoymağımız sanksiyaların layihələrin həyata keçirilməsininin yubanmayacağı anlamına gəlir".

O diqqətə çatdırıb ki, ümumiyyətlə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların Azərbaycan-İran arasında ticari-iqtisadi əlaqələri ciddi təsiri olmayacaq: "Əsas odur ki, İranla ABŞ və ya İranla İsrail arasındakı gərginlik müharibə həddinə çatmasın. Bu olarsa, Azərbaycan üçün çox pis nəticələr verə bilər. Sərhədlərimizdə baş verdiyinə görə münaqişə ölkəmizin ərazisinə də sıçraya bilər, digər tərəfdən qaçqın axınını da unutmaz olmaz".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 937   Tarix: 15 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Qaynarinfo xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Aut

19 mart
.

Xaricdən gətirilən avtomobillərin gömrük dəyəri 23% artıb – Yeni qiymət

Bu ilin yanvar ayında Azərbaycana 113 milyon 420 min dolları dəyərində 6 min 191 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. -un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 320 dollar (31 min 144 manat) olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründ

17 fevral
.

Azərbaycan süd və qaymaq idxalını 16 % artırıb

Bu ilin yanvar ayında Azərbaycan 1 074 ton süd və qaymaq idxal edib. Bu həcmdə süd və qaymağın dəyəri 1 milyon 650 min manat olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 149 ton (16,1 %) çoxdur, dəyər baxımından isə 576 min ABŞ dolları (25,8 %) azdır. Ötən ay süd və qaymaq idxalın

17 fevral
.

Ölkədə bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2 faiz təşkil edib. Dövlət Statistika Komitəsində

13 fevral
.

Bu məhsullar bahalaşıb

2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,9 faiz, qeyri-qida məhsulları üzrə 101,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 faiz təşkil edib. Bu barədə -a Dövlət Statistik

9 aprel
.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart
.

Vətəndaşların banklara inamı artır: Yeni qaydalar nəticəsini verir - ARAŞDIRMA

Vətəndaşların banklarda milli valyutada olan əmanətlərinin məbləği bir il ərzində 16,3 faiz artıb. Ekspertlər bu rəqəmi kifayət qədər ciddi göstərici hesab edirlər və bunu banklara olan inamın artması kimi səciyyələndirirlər. Mərkəzi Bank xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği bi

11 fevral
.

Qızılın qiyməti rekordunu yenilədi

Qızılın qiyməti aprelin 1-də rekord səviyyəyə yüksəlib. Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa yaxınlaşdığını göstərən əlamətlər artıma təkan verib. Qızılın bir unsiyasının qiyməti artaraq 2 265,73 dollar olub. Bu 28 martdak

1 aprel
.

Ramazan ayında qızıl bazarında vəziyyət necədir?

Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq aşağı düşür. Bunu "Trend"ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib. Onun sözlərinə görə, aparılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50% aşağı düşüb. "Qızı

30 mart