Siyasi gərginliklər davam edir: Neft 100 dollar olacaq - Tanınmış iqtisadçıdan ŞƏRH

Siyasi gərginliklər davam edir: Neft 100 dollar olacaq - Tanınmış iqtisadçıdan ŞƏRH"Regionda baş verən hadisələrin neftin qiymətinə ciddi təsiri var. Dünya neft ehtiyatlarının az qala 40 faizinin toplandığı ərazilərdə - İsrail-Fələstin, İran-Amerika arasında, Suriya, Səudiyyə Ərəbistan, İraqda gərginliyin davam etməsi müşahidə edilir. Bu bölgədə hərbi gərginlik artdıqca neftin qiymətində də artım müşahidə olunur. Bu gün neftin qiymətinin artması iqtisadi amillərlə bağlı deyil".

Bu gün dünyada baş verən hadisələrin, son günlər isə İsrail və Fələstin gərginliyinin artmasının neft və dollara təsirindən danışan iqtisadçı-ekspert Natiq Cəfərli Sfera.az-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, bu gün dünyada neftin istehlakının artım tempi aşağı olsa da, istehsal yüksəlib:

"Siyasi gərginlik olmasaydı, neftin qiyməti 50 dollar civarında olmalı idi. Məhz siyasi gərginliyinin nəticəsidir ki, bu gün neft 77 dollaradək bahalaşıb. Siyasi gərginlik davam edəcəksə, bu zaman biz neftin qiymətinin daha da qalxacağını müşüahidə edəcəyik. Neft bu gedişlə 100 dollar da ola bilər. Lakin siyasi gərginlik azalsa, biz neftin qiymətində azalma müşahidə edəcəyik".

Dolların bahalaşması isə digər amillərlə bağlıdır:

"Dolların bahalaşması ilə bağlı proseslər isə sırf siyasi gərginliklərlə bağlı deyil. Son bir həftədə dünyada dollar indeksinin xeyli artdığını müşahidə etmişik. Dollar 91 punktdan 94 punktadək bahalaşıb. Bu bahalaşma isə Amerikanın apardığı siyasətlə bağlıdır. Bu il FED azı 3 dəfəyədək artıma gedəcək. İyunda, daha sonra sentyabr və dekabrda artımın olması gözlənilir. Bu zaman isə biz dünyada dolların çəkisinin daha da artdığını müşahidə edəcəyik".

İqtisadiyyat   Baxılıb: 474   Tarix: 15 may 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR