"Lənkəranskini mən öldürümüşəm" - QƏTLİN SİRLƏRİ

"Lənkəranskini mən öldürümüşəm" - QƏTLİN SİRLƏRİArtıq iki ilə yaxındır ki, bu qətl işinə görə axan qanlar durmur, amma...

2016-cı ilin avqustunda Türkiyədə öldürülən məşhur "qanuni oğru" Rövşən Canıyevin ("Lənkəranski") qatilinin kim(lər) olması ilə bağlı indiyədək çoxsaylı versiyalar səslənib. Media, sadəcə, bunları əsasən Rusiya KİV-lərində yayılmış məlumatlar əsasında yazır. Amma artıq iki ilə yaxındır ki, bu qətl işinə görə axan qanlar da durmur.

Sonxeber.az xəbər verir ki, "Yeni Müsavat" ötən ilin mayında "Lənkəranski"nin qətlində iştirak edən killerin Sankt-Peterburqda öldürülməsi barədə məlumat yaymışdı.

Rusiya KİV-lərinin məlumatında deyilirdi ki, "Lənkəranski"nin qətlində iştirakı şübhə doğurmayan Cabir Həsənov aprelin 28-də Leninqrad prospekti 42-də öldürülüb. Qətlə yetirilən 42 yaşlı Cabir Həsənov bir neçə dəfə Azərbaycanda məhkum həyatı yaşayıb. Azadlığa isə üç il əvvəl çıxıbmış və Rusiyaya gedibmiş. Samarada azərbaycanlı biznesmenin oğurlanmasında iştirak etdiyi üçün barəsində axtarış elan olunubmuş. Onun saxta sənədlə Türkiyə və Ukraynada gizləndiyi də xəbər verilirdi. Öldürüləndə də üstündə Cümşüd Həsənov kimi qeyd edilən saxta sənəd tapılmışdı.

Rusiya mediası xəbər verirdi ki, qətlə yetirilənin pasport qeydlərinin araşdırılması zamanı üzə çıxıb ki, Lənkəranskiyə sui-qəsd olanda o, həqiqətən də Türkiyədə olub.

O da bildirilirdi ki, Cabir Həsənov cəzasını azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun("Lotu Quli") vaxtilə saxlandığı 8 saylı həbsxanada çəkib. Rusiya KİV-nin iddiasına görə, "Quli" ilə yaxın münasibəti olub.

Maraqlıdır ki, Rusiya mətbuatı Cabir Həsənovun qətlini daha çox qulağı kəsilərək şəkili və videosu yayılan Rafiq Eyvazovun ("Rafiq Masallinski") intiqamı kimi izah edir. Məlumata görə, "Rafiq Masallinski" bu qətldən sonra yaxın ətrafına "sırada daha 6 nəfər qaldı" deyib. Bu isə onun qulağının kəsilməsində iştirak edənlərin sonadək cəzalandırılacağı kimi yozulub.

İndi isə məlum olub ki, Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş istintaq İdarəsi bu qətldə iştirakçı olan 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətovun işi üzrə istintaqı tamamlayıb. Virtualaz.org "Peterbuqskiy dnevnik" nəşrinə istinadla xəbər verir ki, Nüsrətov ötən il aprelin 28-də şəhərin Lenin prospektində Cabir Həsənov adlı azərbaycanlının qətlinə yardım etməkdə təqsirləndirilir.

İstintaqın versiyasına görə, Nazim Nüsrətov özü nə "Lotu Quli"nin, nə "Rövşən Lənkəranski"nin qruplaşmasına bağlı deyil. O, 2017-ci ilin aprelində Bakıdan Sankt-Peterburqa gedən və hazırda axtarışda olan tanışı, 23 yaşlı Camal Həsənovun xahişi ilə Cabir Həsənovun qətlinə yardım edib. Öz adına nömrə götürərək Camal Həsənovu şəhərdəki mini-hotellərdən birinə yerləşdirib, sonra ona qətldə istifadə etmək üçün avtomobil alıb, sim-kartlarla təchiz edib. Habelə uzaq qohumu vasitəsilə Həsənovu qətldən sonra Belarusa keçirib. Bütün bunlara görə 150 min rubl alıb. Pullar bir neçə tranşla onun bank hesabına köçürülüb.

Cinayət işinin materiallarına görə Nüsrətov Bakıdan gedən killer üçün "VAZ 21103" markalı, "badımcan" rəngli avtombili tanışı vasitəsilə 95 min rubla alıb. Əvvəlcədən xəbərdarlıq edib ki, avtomobil yeni sahibinin adına qeydiyyatdan keçirilməyəcək. Avtomobili dərhal avtoservisə göndəriblər və şüşələrinə qara plyonka vurdurublar.

Aprelin 28-də axşamdan xeyli keçmiş həyətin əsas girişində atəş səsləri eşidilir, bundan sonra şahidlər qara gödəkcəli, "kapşonlu" şəxsin cəld həmin "VAZ"ın sükanı arxasına keçərək qaza basdığını görüblər.

Qətldə istifadə olunan avtomobil hadisə yerindən bir neçə kvartal aralıda atılmış vəziyyətdə tapılıb. Məlum olub ki, killer kameralara yaxalanmamaq üçün qurbanını gözləyəndə heç tualetə də getmirmiş, kiçik ehtiyacını boş butulkalara "ödəyirmiş".

Nazim Nüsrətov qətldən bir neçə gün sonra-mayın 31-də tutulub. Əvvəlcə o, killerə 150 min rubla tapança satdığını da bildirib. Guya həmin tapançanı tapıbmış. Lakin sonradan vəkilinin köməyi ilə ifadəsini dəyişdirib, bildirib ki, Həsənovun Bakıdan hansı məqsədlə gəldiyindən xəbəri yox idi. Və kömək etməyə bu səbəbdən razılaşıb ki, Əfqan adlı hansısa tanışı onu Azərbaycanda yaşayan valideyinlərinə divan tutmaqla hədələyib. Nüsrətov əvvəlcə həmin Əfqanı "köhnə dostu" kimi təqdim edib, daha sonra ifadəsini dəyişərək onu "təsadüfi tanışı" adlandırıb. Habelə ifadəsində killerin pistoleti özü aldığını, 150 min rublu isə əvvəlcədən bank kartı ilə köçürdüyü puldan geri qaytardığını bildirib.

"Lakin istintaqın heç bir şübhəsi yoxdur ki, təqsirləndirilən şəxs killerə şüurlu şəkildə kömək edib və hər şeyi anlayıb"-baş müstəntq Vyaçeslav Mazurenko bildirib.

Bəs Lenin prospektindəki bu qətlin motivi nə olub? "Rövşən Lənkəranski"nin əvvəllər gömrük orqanlarında işləyən qardaşı Bakıdan Cabir Həsənovu öldürmək üçün killeri hansı motilvlə göndərib?

Bu motiv barədə istintaqa ifadə verən gizli şahid danışıb. Şahidin ifadəsinə əsasən Cabir Həsənov bir neçə dəfə Sankt-Peterburqdakı "Apraksin dvor" bazarında alver edən azərbaycanlıların arasında sərxoş vəziyyətdə və narkotikin təsiri altında deyib ki, 2016-cı ilin avqustunda İstanbulda "Rövşən Lənkəranski"ni güllələyənlərdən biri şəxsən özüdür.

Yada salaq ki, Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı "qanuni oğru" Rəşad İsmayılovun ("Rəşad Gəncinski") qanqsterlər arasındakı söhbətlərdən birində Canıyevi onun əmri ilə "o biri dünyaya göndərdikləri" barədə də xəbər yaymışdı. Xəbərdə iddia olunurdu ki, "Rəşad Gəncinski" bildirib ki, "Lənkəranski"nin qətlinin motivi onun yaxın dostu, "göyərti kralı" kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2131   Tarix: 15 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

Prokuror "Qurtuluş 93"ün sahibinin kürəkəninin cəzasının ağırlaşdırılmasını istəyir

Bakıda dörd nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub. -ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses martın 7-nə təyin edilib. Şikayət hakim Həsən Əhmədovu

5 mart
.

Hüseyn Abdullayevin yeni cinayət işinin detalları

Xəbər verdiyimiz kimi, həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb edilib. Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir. "Qafqazinfo" Hüseyn Abdullayevin yeni cinayət işinin detalların

11 mart
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart
.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel
.

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak

17 aprel
.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart