Bakıda 2 dostdan DƏHŞƏTLİ HƏRƏKƏT: içdilər, rus kişinin yanına gəldilər, sonra...

Bakıda 2 dostdan DƏHŞƏTLİ HƏRƏKƏT: içdilər, rus kişinin yanına gəldilər, sonra...Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Şahlar Novruzov və Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, ötən il iyunun 27-də, gecə saat 02.00-da Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetiriblər.

Mənzildən təmir-tikinti alətləri və bir ədəd "DVD player" götürərək hadisə yerindən qaçıblar. İqor Vasin xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.

Hər iki şəxs İqor Vasini döyən zaman evdəki elektrik sobası aşıb. Bu səbəbdən cinayəti törətməkdə şübhəli bilinən şəxslər hadisə yerindən qaçandan sonra mənzildə yanğın baş verib.

Rəsmi məlumata görə, İqor Vasin xəstəxanaya yerləşdirildikdən bir müddət sonra evə buraxılmasını tələb edib. Lakin həkimlər onun yaralarının ciddi olduğunu deyib və İqor Vasini evə buraxmayıb. İqor Vasin isə xəstəxananın pəncərəsindən özünü yerə atıb və ölüb.

Bu səbəbdən hər iki təqsirləndirilən şəxsə qəsdən adam öldürmə ittihamı verilməyib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilirlər.

Məhkəmədə elan olunmuş ittiham üzrə hər iki şəxs özlərini təqsirli biliblər.

Daha sonra təqsirləndirilən Şahlar Novruzov sərbəst ifadə verib. O deyib ki, hadisə günü axşam işdən qaydanda Rövşən Məmmədovla mağazanın yanında spirtli içki içiblər: "Bir nəfər yaxınlaşdı ki, bizlə içsin, onunla razı olmadıq. Bu zaman həmin şəxs bizi söydü, sonra getdi. Rövşənlə içməyə davam etdik, sonra həmin adamın evinə getdik. Qapını döydük və o, çölə çıxdı. Nəyə görə bizi söydüyünü soruşduq. O, yenə bizi söyməyə başladı. Onu yumruqla vurduq və qapının ağzında olan çantanı götürüb oradan uzaqlaşdıq. Evin yanması barədə heç nə deyə bilmərəm. Biz evə girməmişik, onunla həyətdə dava etmişik. Evdən aralanan kimi polis gəlib məni tutdu. Bu zaman Rövşəni yanımda görmədim".

Daha sonra digər təqsirləndirilən Rövşən Məmmədov və zərərçəkmişin hüquqi varisi ifadə veriblər.

Növbəti proses mayın 22-də davam edəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1445   Tarix: 15 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Balakəndə narkotacirlər ələ keçdi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkd

2 sentyabr 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021