Türkiyəli müğənniyə torpaq vəd etdiyi deyilən icra başçısının mülkləri - FOTOLAR

1450 manat maaş alan Elxan Usubovun 5 villasının olduğu bildirilir

Türkiyəli müğənni Petek Dinçöz Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun ona torpaq sahəsi verəcəyini deyib. Sənətçi "ATV maqazin onlarla" proqramına açıqlamasında bildirib ki, icra başçısı ona söz verib: "Bunun müjdəsini verim. İcra başçısı sayəsində, onun verdiyi söz sayəsində torpaq sahibi olacam. Həmin ərazidə ev tikdirəcəm. Yay aylarında bura gələcəm".

Müğənninin açıqlaması sosial şəbəkələrdə geniş müzakirə olunub. Elxan Usubov isə deyilənləri təkzib edib: "Petek xanımdı da, şou-biznes əhlidi, ağzına gələni deyib. Belə bir şey ola bilməz. Sizcə, bu nə dərəcədə düzgündür? İcra Hakimiyyəti torpaq vermir, torpağı bələdiyyə verir, onlar da verməyib, belə bir şey yoxdur. Olsaydı, bu rəsmi olmalı idi. Bundan başqa, xarici vətəndaşın burda torpaq alması mümkün deyil". Daha sonra Elxan Usubov bunları deyib: "Petek xanım Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə burda konsert verib. Konsertin təşkilatçıları Şəki şəhər İcra Hakimiyyəti və ARB kanalı olub. Bu xanım da bu əsasla burda konsert verib. Ona burda heç kim torpaq verməyəcək, belə bir şey ola bilməz".

Yaranmış söz-söhbət başqa bir mövzuya da diqqət çəkir. Bir rayonun icra başçısı nə qədər maaş alır ki, o, kiməsə torpaq, mülk və ya bahalı hədiyyə ala bilsin? "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında" prezident sərəncamına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbəri 1450 manat məvacib alır. Bu pulla mülk, torpaq almağın mümkünsüzlüyünü anlamaq üçün iqtisadçı olmaq lazım deyil. İcra hakimiyyəti başçısı Elxan Usubovun adını internetdə axtarışa verdikdə ilk məlumatlardan biri kimi məhz onun mülkləri ilə bağlı yazı çıxır. Məsələn, "qlobal.az" saytı iddia edir ki, icra başçısının Şəkidə 5-dən çox villası var.

Yazıda həmçinin E.Usubovun tənqidi səsləri boğmasından, rayondakı fəaliyyətindən də bəhs olunur. Adı ictimaiyyətə yaxşı tanış olmayan "realnewsinfo.com" saytında isə yazılır ki, Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzlərinin bir çoxu icra başçısına məxsusdur. "Bundan başqa, Elxan Usubovun Şəkidəki süd zavoduna da şərikdir. Həmçinin məlumatlarda o da qeyd olunur ki, M.F.Axundov prospektində yerləşən "Şəki" oteli, Kiş kəndindəki "Narınqala", "Şam bağı", "Cənnət bağı", Dağüstü park deyilən yerdəki "Panaroma" oteli də, Şəki Şəhər İcra Hakimiyyətinin başçısının nəzarətindədir.

Qanuna əsasən, hansısa bir məmurun sahibkarlqla məşğul olması, biznes qurması yolverilməzdir" – yazıda qeyd olunur. İnternet axtarış sistemində Elxan Usubovun məcburi köçkün ailəsinə münasibətindən tutmuş, müxalif düşüncəli insanlara göstərdiyi münasibətə qədər tənqidi yazılara rast gəlmək mümkündür. "Regionxeberleri.com" isə iddia edir ki, Elxan Usubov böyük pullar qazansa da, tarixi Şəki şəhəri yavaş-yavaş itib-batır.

criminal.az
Türkiyəli müğənniyə torpaq vəd etdiyi deyilən icra başçısının mülkləri - FOTOLARTürkiyəli müğənniyə torpaq vəd etdiyi deyilən icra başçısının mülkləri - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6730   Tarix: 15 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO

Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-10

24 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Sumqayıt Şəhər İcra Hakimiyyəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi "İmprotex Motors" Məhdud Məsuliyyətli Müəssisə (VÖEN – 140064731) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti "İmprotex Motors"

24 aprel
.

Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətini

24 aprel