Nə qədər azərbaycanlı ötən il Gürcüstana səfər edib?

Nə qədər azərbaycanlı ötən il Gürcüstana səfər edib?Gürcüstanın Milli Statistika İdarəsi 2017-ci ildə ölkəyə səfər etmiş əcnəbi ziyarətçilərin sayı ilə bağlı araşdırmanın nəticələrini təqdim edib.

Sonxeber.az-ın apa-ya istinadən verdiyi məlumata görə, ötən il Azərbaycandan qonşu ölkəyə 967,6 min nəfər səfər edib. Bu göstərici ilə Azərbaycan qonşu ölkəyə ötən il səfər edənlər arasında birinci yeri tutub. 2016-cı ilin eyni göstəricisi ilə müqayisədə Gürcüstana səfər etmiş Azərbaycan vətəndaşlarının sayında 22,5% artım qeydə alınıb.

Azərbaycan vətəndaşları Gürcüstana səfər etmiş ümumi əcnəbi ziyarətçilərin 18,9%-ni təşkil edib.

Ötən il Gürcüstana 7,9 mln. rezident olmayan beynəlxalq səyahətçi səfər edib. Onların 6,5 mln. nəfərini (+20,2%) beynəlxalq ziyarətçi təşkil edib.

2017-ci ildə qonşu ölkəyə səfər edənlərin 37,7%-i istirahət, 22,2%-i dost və ya qohumlara baş çəkmək, 18,1%-i digər ölkəyə tranzit, 9,5%-i alış-veriş, 8,2% biznes, 2,7%-i müalicə və 1,4%-i isə digər məqsədlərlə Gürcüstana gedib.

İqtisadiyyat   Baxılıb: 212   Tarix: 15 may 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR