Türkiyədə benzinin qiymətinin kəskin bahalaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Türkiyədə benzinin qiymətinin yüksəlməsi qonşu ölkələrin iqtisadiyyatına müəyyən təsir göstərə bilər.
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Vahid Əhməd Türkiyədə benzinin qiymətinin kəskin bahalaşmasının Azərbaycana mümkün təsirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, benzinin qiymətinin bahalaşması digər malların da dəyərinin artmasına gətirib çıxarır. Bu baxımdan millət vəkili hesab edir ki, Türkiyədə benzinin qiymətinin kəskin bahalaşması ilk növbədə bu ölkədən mal idxal edən dövlətlərin bazarına təsir edə bilər.
V. Əhməd diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə münasibətləri yüksək səviyyədədir: "Və biz Türkiyədən kifayət qədər mal idxal edirik. Həmin idxal edilən malların qiymətində artım baş vermə ehtimalı mövcuddur".
Millət vəkili bunun təsirlərinin minimuma endirmək üçün Türkiyədən idxal edilən malların tərkibinin, strukturunun nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb: "Elə malları idxal etmək lazımdır ki, tələbata uyğun olsun. Yəni hökumət ölkədə ehtiyac duyulan malların siyahısını tərtib etməli və onları idxal etməlidir. Azərbaycanın özünün istehsal etdiyi, ölkədə qıtlığı olmayan malların idxalını nəzərdən keçirmək lazımdır ki, problem yaşanmasın. Çünki Türkiyə kifayət qədər ixracat həcmi böyük olan ölkədir və buna görə ordan idxal edilən malların qiymətində müəyyən qədər problemlər yaranır".
Xatırladaq ki, Türkiyədə benzinin qiymətii 18 kuruş bahalaşıb. İstanbulda benzinin litri 6,20, dizel isə 5,60 türk lirəsi təşkil edir.
Məftun Salmanov
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda taksi qiymətləri bahalaşdı
Bakıda taksi qiymətləri bahalaşıb. xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir. Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər. Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşki
19 martÖlkədə bahalaşan və ucuzlaşan məhsullar - Siyahı
Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2 faiz təşkil edib. Dövlət Statistika Komitəsində
13 fevralAzərbaycan-ABŞ ikitərəfli enerji əməkdaşlığının inkişafı müzakirə olunacaq
Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib. Bu barədə Energetika Nazirliyindən bildirilib. Məlumata görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyini təmin edilməsi istiqamətində həyat
18 fevralQızılın qiyməti rekord həddə çatdı
Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd
6 martAzərbaycan Rusiyaya yumurtanın daha bir partiyasını tədarük edib
Azərbaycan Rusiya Federasiyasına 612 min ədəd ərzaq yumurtasının növbəti partiyasını tədarük edib. Bu barədə bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. "Yanvarın 27-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycanda
28 yanvarAzərbaycan süd və qaymaq idxalını 16 % artırıb
Bu ilin yanvar ayında Azərbaycan 1 074 ton süd və qaymaq idxal edib. Bu həcmdə süd və qaymağın dəyəri 1 milyon 650 min manat olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 149 ton (16,1 %) çoxdur, dəyər baxımından isə 576 min ABŞ dolları (25,8 %) azdır. Ötən ay süd və qaymaq idxalın
17 fevralDSX-nin şəxsi heyəti prezident seçkisində fəal iştirak edir - VİDEO
7 fevral tarixində səhər saatlarından şəxsi heyətin Prezident seçkilərində fəal iştirakının təmin edilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında yaradılan seçki məntəqələrində səsvermə prosesi başlayıb. Bu barədə DSX-nın mətbuat xidmətindən bildirilib. Seçkilərin yüksək səviyyədə keçirilməs
7 fevral