"Allahın bir traktoru da yoxdu ki, yeri qazıb heyvan leşlərini basdıraq…" - FOTOLAR

"Allahın bir traktoru da yoxdu ki, yeri qazıb heyvan leşlərini basdıraq…" - FOTOLARAprelin əvvəlindən başlayaraq mayın birinci yarısınadək qədər davam edən leysan yağışlar, dolu, sel və daşqınlar dağlıq rayonlarında, xüsusilə Zaqatala, İsmayıllı, Balakənddə ciddi fəsadlara yol açıb. Son günlər güclü küləklə müşahidə edilən yağış nəticəsində Zaqatalanın 10 kəndini sel basıb, fərdi yaşayış evləri ziyan çəkib, əkin sahələri məhv olub. İsmayıllı rayonunda isə Basqal qəsəbəsi, Gürcuvan, Xankəndi, Sulut, Zərnava, Köhnə Daxar, Zeyvə kəndlərində yaşayış evlərinə su dolub, kəndlərarası yollar dağılıb. Basqal-Sulut yolunun üstündəki körpü uçub, bir neçə kəndlə əlaqə kəsilib.

Zaqatala rayonunun Danaçı kənd sakinləri virtualaz.org saytına bildiriblər ki, neçə günür həyətlərə dolmuş suyun çəkilməsi ilə məşğuldular. "Hərənin əlində bir bel, suyu təmizləyirik. Allahın bir traktoru da yoxdur. Çox adamın evini su basıb, toyuq-cücəni, qoyun-quzunu sel aparıb. Mən hələ evdə olan əşyaların dağılmasını demirəm. Yer qazıb heyvanları basdırırıq ki, iylənməsin. Kənddə hamının evində kisələrlə un ehtiyatı vardı, yağış məhv elədi", -kənd sakini Asaf Məmmədov deyir.

Sakinlər deyirlər ki, hər ilin bu vaxtı təbii fəlakətin əlində aciz qalırlar. İl ərzində çəkdikləri əziyyət bir neçə gündə məhv olub dağılır. Amma nə qapılarını döyüb maraqlanan, nə də maddi köməklik göstərənlər var.

"Mənim riyaziyyatım zəifdi, hesablaya bilmirəm. Soğan, kartof, qarğıdalı sahəmi su apardı. 1 hekrat ərazini 40 manata şumlatdırmışdım, 20 manatdan dırmıx çəkənlərə vermişdim, toxumun alınması, suvarma və digər xərclərim də məhv oldu", -sakinlərdən biri söyləyib.

"Allahın bir traktoru da yoxdu ki, yeri qazıb heyvan leşlərini basdıraq…" - FOTOLARKənd sakinləri evlərini, əkin sahələrini sığorta etdirməyiblər, əksəriyyət ümumiyyətlə, belə bir sığortadan məlumatlı deyil.

Rayonun Mazıx kəndində isə dəymiş zərər hesablanır, icra hakimiyyətinin nümayəndələri kəndə baş çəkiblər. Kənd sakinləri bildiriblər ki, Dəli çayı məcrasından çıxıb, nəticədə çayın sağ və sol sahilində evlər su altında qalıb.

"Qardaşımın evini su basdı, 100-dən çox toyuğu, hind quşu, qazı tələf oldu", - Fikrət adlı sakin söyləyib.

Sığorta şirkətlərinin təklif etdiyi şərtlər ağırdır, buna görə də sığorta etdirə bilmirlər. Hər ilin bu mövsümündə təbii fəlakət də bir yandan ziyan üstünə ziyan gətirir. "Məhsuldarlığın bol olması üçün dəridən qabıqdan çıxırıq, Allahın işidir, belə məsləhət görür"-Mazıx kəndinin sakinlərindən biri təəssüflə danışır.

Kəndin yaxınlığındakı fındıq bağları da sel suları altında qalıb, sakinlərdən birinin "VAZ 2106" markalı maşınını sel aparıb.

Virtualaz.org saytı xatırladır ki, hər dəfə təbii fəlakət xəbərlərindən sonra rayon icra hakimiyyətləri dəyən ziyanın müəyyənləşdirildiyini, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görüldüyünü söyləyirlər. Amma bu rəsmi məlumatların doludan, seldən, daşqından ziyan çəkən kəndlilərin dərdinə əlac olduğunu eşidən olmayıb.

"Allahın bir traktoru da yoxdu ki, yeri qazıb heyvan leşlərini basdıraq…" - FOTOLARZaqatala Rayon İcra Hakimiyyətindən zərərin hesablanması ilə bağlı sualımıza bir neçə gündən sonra açıqlama veriləcəyini deyiblər: "Bir neçə gün əvvəl yağış yağdı, kəndlərə ziyan dəydi. İndi hava yaxşıdı, gün çıxıb. Təbii fəlakətin zərəri aradan qaldırılır".

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev isə bildirib ki, körpü Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olduğundan bu qurum tərəfindən bərpa olunub. Həmçinin kəndlərarası yollar da təmir olunur.

"Yanvar ayında kəndlərdə sığorta ilə bağlı maarifləndirmə aparılıb, sakinlərə evlərinin, əkin sahələrinin sığorta etdirmələri tövsiyə olunub. Dəymiş zərər yalnız sığorta edildiyi halda hesablana bilər. "İcbari sığorta haqqında" qanun qüvvədədir və bu məsələ orada əksini tapıb. Sakinlər də etiraf ediblər ki, onlara təklif olunsa da, sığorta etdirməyiblər",-Ağayev deyib.

Beləliklə yalnız sığortası olanlar dəyən ziyanın qarşılığını ala bilərlər. Əks halda yağışın yaşmaması üçün dua etməkdən başqa çarələri qalmayacaq. Selin qarşısını almaq üçün bəndləmə işlərinin aparılmaması, təsərrüfatların zərər görməməsi üçün doludağıdan topların alınmaması isə bir başqa problemdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1389   Tarix: 15 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021