Dollar bahalaşır - Dünyada nə baş verir?

Dollar bahalaşır - Dünyada nə baş verir?ABŞ-ın İrana istiqamətli ilk sanksiya paketi 6 avqustda dövriyyəyə buraxılacaq.

Bu tarixdən sonra İran hökuməti, ABŞ dolları ala, qızıl və digər qiymətli metallarla ticarət edə bilməyəcək. Bundan əlavə, İranın alüminium, polad, kömür ticarəti ilə avtomobil sektoru üzərinə də sanksiyalar tətbiq olunacaq, İran xaricində ölkənin pul vahidi olan riyal üzərindən reallaşan əhəmiyyətli əməliyyatlara də məhdudiyyətlər qoyulacaq.
Tədbiq olunacaq sanksiyaların iqtisadi nəticələri ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Cəfər İbrahimli bildirib ki, İran valyutasının dəyər itirmısi gözlənilən idi:

"Sanksiya tədbiq olunandan sonra neftin qiyməti bir az yüksəldi. 2-3 il əvvəl də İrana sanksiya tədbiq olunduğu zaman eyni proses yaşandı. İran OPEK-in üzvüdür. Nefti çıxarıb satır. Burada indi sadəcə məhdudiyyət məsələsi var. İranın kifayət qədər məhsullarını satmaq imkanı var. Bu prosesin neftin qiymətini ajiotaj yaradacaq şəkildə qaldıracağını düşünmürəm. Neftin qiymətinin qalxmasına səbəb dünya iqtisadiyyatının son dönəmlərdə iqtisadi böhrandan çıxmasıdır. Enerji resurslarına artan tələb neftin qiymətinin yüksəlməsinə səbəbdir. Bu, Amerika və Çində iqtisadi aktivlik azalana qədər davam edəcək. İran faktoru neftin qiymətində bir-neçə dollar yüksəldə bilər.

İran kimi ölkələrin valyutası mütəmadi olaraq dəyər itirir. Amerika dolları isə son günlər bütün valyutalar qarşısıda dəyər qazanır. Bu qərardan sonra İran valyutası daha çox dəyər itirməyə başladı. Bu da öz növbəsində normal qarşılanmalıdır. Siz, ölkə olaraq bütün dünyanı qarşınıza alırsınızsa, bu, sizin valyutaya mütləq mənfi təsir göstərəcək. Bu gözləntilər fonunda İran valyutasının dəyər itirməsi gözlənilən idi. Bunu, Rusiyaya qarşı tədbiq edilən sanksiyalarda da gördük. Rubl dəyər itirdi. Daha sonra Suriyada baş verən hadisələr fonunda Türkiyə və Suriyada da valyutalar ucuzlaşdı".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1975   Tarix: 15 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Qaynarinfo xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Aut

19 mart
.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

28 mart
.

Qızılın qiyməti rekordunu yenilədi

Qızılın qiyməti aprelin 1-də rekord səviyyəyə yüksəlib. Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa yaxınlaşdığını göstərən əlamətlər artıma təkan verib. Qızılın bir unsiyasının qiyməti artaraq 2 265,73 dollar olub. Bu 28 martdak

1 aprel
.

Azərbaycandan Rusiyaya yumurta tədarükü davam edir

Son bir həftədə Rusiyaya Azərbaycandan 2,1 milyon, Türkiyədən isə 316,8 min ədəd yumurta tədarük edilib. -ın məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Bildirilir ki, məhsullar Rusiyada satış üçün nəzərdə tutulub

19 fevral
.

Vətəndaşların banklara inamı artır: Yeni qaydalar nəticəsini verir - ARAŞDIRMA

Vətəndaşların banklarda milli valyutada olan əmanətlərinin məbləği bir il ərzində 16,3 faiz artıb. Ekspertlər bu rəqəmi kifayət qədər ciddi göstərici hesab edirlər və bunu banklara olan inamın artması kimi səciyyələndirirlər. Mərkəzi Bank xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği bi

11 fevral
.

Bu işçilərə kompensasiya veriləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilə

17 aprel
.

Prezident İlham Əliyev BƏƏ-nin Maliyyə Nazirliyi ilə imzalanmış memorandumu təsdiqlədi

Prezident İlham Əliyev 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Bu barədə xəbər verir. Fərmanl

20 fevral
.

Azərbaycan süd və qaymaq idxalını 16 % artırıb

Bu ilin yanvar ayında Azərbaycan 1 074 ton süd və qaymaq idxal edib. Bu həcmdə süd və qaymağın dəyəri 1 milyon 650 min manat olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 149 ton (16,1 %) çoxdur, dəyər baxımından isə 576 min ABŞ dolları (25,8 %) azdır. Ötən ay süd və qaymaq idxalın

17 fevral