Azərbaycanda toyda kütləvi dava olub, xəsarət alanlar var - FOTO

Azərbaycanda toyda kütləvi dava olub, xəsarət alanlar var - FOTOTərtərdə toy mərasimində kütləvi dava olub.

Sonxeber.az report.az-a istinadən bildirir ki, rayonun Heydər Əliyev prospektində yerləşən şadlıq saraylarından birində keçirilən toyda qonaqlar arasında mübahisə yaranıb.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Kütləvi dava zamanı 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Tərtər Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Sarıcalı kənd sakinləri: - 37 yaşlı Elmir Səmədov, 43 yaşlı Vidadi Abışov və qardaşı Nizami Abışov, habelə 48 yaşlı Feyzi Abışov, 31 yaşlı Ramin Səmədov, 26 yaşlı Abil Əliyev, 30 yaşlı Rəşad Hüseynov, 49 yaşlı Valeh Səfərov və 18 yaşlı Səfərli Kamal Valeh oğlu İmanlı Nurlan Rafel oğlunun toy mərasimində bir-birlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq hərəkətləri ediblər.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerində olublar. Faktla bağlı cinayət işi başlanaraq araşdırmalar aparılır.

Sosial   Baxılıb: 2194   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR