Bakıda iki qız qaçırılıb, polis gənc oğruları axtarır

Bakıda iki qız qaçırılıb, polis gənc oğruları axtarırAzərbaycanda "qız qaçırmaq" adətinin tarixi uzaq keçmişə gedib dayanır. Adətən bir-birini sevən gənclər onların evliliyinə mane olan amilləri (ailələrin narazılığı, maddi imkansızlıq və s.) nəzərə alaraq, toysuz-mərasimsiz evlənmək qərarına gəlirlər. Bir müddət ailələrinin qarşısına çıxmasalar da, onların "qəzəbi" sönəndən sonra əksər hallarda barışığa nail olurlar. Bəzən bu izdivac ailələrin razılığı ilə toyla da müşayiət olunur. Bəzənsə, ailələr bu "özbaşına, xeyir-duasız evlilik"lə asanlıqla barışmırlar. Hətta yollarını hüquq-mühafizə orqanlarından salanlar da olur.

Bu hal elə bu günlərdə ölkəmizin paytaxtında müşahidə olunub. Bakının Nərimanov rayonunda iki gənc qız cavan oğlanlar tərəfindən "oğurlanıb".

Sonxeber.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Məlumdur ki, 19 yaşlı qızların hər ikisi mayın 13-də 17-ci polis bölməsinin ərazisində qaçırılıblar. Birinci halda 1999-cu il təvəllüdlü Nazlı Kərimova oğurlanıb. Qız günün günorta çağı yoxa çıxıb. Kərimovanın anası onun kim tərəfindən qaçırıldığını bilir. Onu 1996-cı il təvəllüdlü Füzuli rayon sakini Gündüz Həsənzadə qaçırıb. Cavan oğlan qızı evlənmək məqsədilə aparıb. Amma problem ondadır ki, Kərimovanın valideynləri bu halla barışmaq niyyətində deyillər.

İkinci analoji vəziyyət 1999-cu il təvəllüdlü Aysel Cəfərovanın başına gəlib. Bu barədə şikayət ərizəsi ilə qızın nənəsi polisə müraciət edib. O, bildirib ki, saat 14:30 radələrində onun nəvəsi Nərimanov küçəsindən qaçırılıb. Qadın nəvəsini qaçıran cavan oğlanın adını bilməsə də, onun evlənmək məqsədilə bu yola baş vurduğunu ehtimal edir.

Hazırda 17-ci polis bölməsinin əməkdaşları sözügedən gənclərin axtarışı ilə məşğuldur. Polisin ehtimalına görə, qaçırılma qızların öz razılığı ilə baş tutub. Digər tərəfdən isə, vətəndaşların narahatçılığına son qoymaq və asayişi qorumaq onların borcudur.

Bəs qızların razılığı ilə baş tutan bu izdivacla bağlı polisə müraciət özündə nəyi ehtiva edir? Yaxud da, doğrudanmı, bu zəmanədə xəlvəti evliliyə belə zərurət var?

"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva deyib ki, haqqında bəhs edilən gənclər nikah yaşına çatmış yetkin insanlardır. Onlar öz hərəkətlərinə görə, özləri cavabdehdir. "Əgər "qaçırılma" hadisəsi zorakılıq nəticəsində baş verməyibsə, tərəflərin razılığı ilə baş tutubsa, valideynlərin buna aqressiv yanaşması, məsələyə hüquq-mühafizə orqanlarını qarışdırması düzgün deyil.

"Bu saatdan sonra valideynlərin borcu gənclərin addımını yarğılamaq yox, dəstəkləməkdir. Gənclər bu cür evlilik yoluna baş vurublarsa, onları ayırmaq, onlara qarşı hansısa zorakı üsullara əl atmaq doğru deyil. Çünki bu əks effekt də verə bilər. Valideynlər zamanında uşaqları ailə həyatına hazırlamalı, onlara kiminlə və necə ailə qurmaq barədə öz tövsiyələrini verməli idilər. Əgər vaxtında bunu etməyiblərsə, gənclər də səhvən və ya doğru olaraq bu addımı atıblarsa, böyüklərə də onların ailə həyatını qolaylaşdırmaq düşər" - deyən Ü.Abdullayevaya görə, bir çox ailələrin uğursuzluğunun əsasında məhz ailə böyüklərinin yanlış tərbiyə metodları və davranışları dayanır.

"Gənclik hər zaman haqlıdır" - deyən ekspertin fikrincə, uşaqlar ailədə həyata düzgün hazırlananda, sonra onların problemləri az olur. Ya da onlar öz problemlərinin öhdəsindən rahat bir şəkildə gəlirlər.

"Ailələr övladlarından polisə şikayət etməklə, əslində özlərinin yanlış tərbiyə verdiklərini etiraf etmiş olurlar. Yetkin gənclərin qərarlarını hüquq-mühafizə orqanlarının təzyiqləri ilə geri çevirməyə cəhd göstərmək məncə yanlış metoddur" - deyə Abdullayeva bildirib. O, həmçinin gənclərin də valideynlərini öz addımlarından xəbərsiz və nigaran saxlamaq haqqlarının olmadığını düşünür.

21-ci əsrdə gənclərin "qaçmaq"la evlənmə metodunu seçmələrinə gəlincə, QHT sədri deyib ki, bunu şərtləndirən bir sıra səbəblər ola bilər: "Biz bəhs etdiyimiz gənclərin niyə bu yolu tutduqlarını bilmirik. Bəlkə ailələrin narazılığı vardı, bəlkə hansısa səhv addım onları bu yola vadar edib, bəlkə bu gənclər ekzotika həvəskarlarıdır, onlara evliliyin bu üsulu daha romantik, cazibəli gəlib. Hər halda evlilik həyatına ailələrdə hər hansı narahatlıq yaratmadan, onların xeyir-duasını alaraq başlamaq daha yaxşı olardı. Amma gənclər bu yolu seçiblərsə, ailələr də onların seçiminə hörmətlə yanaşsalar, proses daha ağrısız başa çatar. Mən anlayış göstərməkdən yanayam".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1062   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Lənkəranda faciə: Ata və oğul öldü - FOTOLAR

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. "VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"də olan sürüc

28 mart
.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər (TƏFƏRRÜAT)

Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib. Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektrikl

28 mart
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28 mart
.

Azərbaycanda Əməkdar artistə 200 minlik avtomobil hədiyyə edildi - FOTO

"2011-ci ildə mənə zəng gəldi. Dedilər ki, get filan yerdən "İnfiniti QX 56" markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə Yusif Mustafayev yazılıb. Dedilər ki, sənədə imza at. O vaxt qiyməti 110 min dollar idi, təxminən 200 min manat". "axşam.az"a istinadən xəbə

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart