"Zaur, AYIB OLSUN, nəvəm haqqında ağzına gələni danışır" – İntihar edən abituriyentin babası

"Zaur, AYIB OLSUN, nəvəm haqqında ağzına gələni danışır" – İntihar edən abituriyentin babasıXəbər verdiyimiz kimi, mayın 13-ü qəbul imtahanından çıxandan sonra 17 yaşlı Pənah Quliyev gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edib. Hadisə ilə bağlı Kütləvi İnformasiya Vasitələrində kifayət qədər məqalələr dərc edilib. Amma dünən ATV kanalında Zaur Baxışəliyevin aparıcılığı ilə yayımlanan "Bizimləsən" verilişində 17 yaşlı Pənah Quliyevin ölümü ilə bağlı aparılan müzakirələr mərhmun ailəsinin ciddi narazılığına səbəb olub.

Sonxeber.az xəbər verir ki, Pənah Quliyevin babası Neymət Bayramov Unikal.org-a zəng edib. O deyib ki, ailəsi elektron KİV-lərdə nəvəsinin ölümü ilə bağlı yayımlanan xəbərlərdən narazı deyil. Amma N.Bayramov tele-aparıcı Zaur Baxışəliyevin nəvəsi ilə bağlı fikirlərinin ailədə ciddi narahatlıq doğurduğunu deyib:

"Mərhum nəvəmi körpəlikdən mən saxlamışam. Məni qoyub nəvəmlə bağlı kimdənsə "yarımçıq məlumat" almaq heç bir məntiqə sığmır. Hazırda anasının vəziyyəti məlum hadisə ilə bağlı çox pisdir".
Mərhumun babası söhbət əsnasında ağlayaraq bunları deyib: "Mən, Pənah Quliyevin babasıyam, onu özüm böyütmüşəm, bu itkini izah etmək mümkün deyil. Amma səbrimi birtəhər basıb dözürəm, hazırda vəziyyətim normaldır və özümü idarə etməyi bacarıram. Amma Zaur Baxışəliyev kimə istinad edir, kimə arxayın olub bilmirəm... Nəvəm haqqında verilişində ağzına gələni danışır. O kimdir ki, heç bir mənbəyə əsaslanmadan nəvəmin ölümündən verilişində şou yaradıb. Milli mənəvi əxlaqımıza yad olan sözlər danışıb. Zaur əsassız olaraq bildirib ki, nəvəm Pənah Quliyevin intiharı var-dövlət üstündə olub. A kişi, 17 yaşlı uşağın var-dövlətlə nə əlaqəsi ola bilər? Sənin bu açıqlamava mən nə deyim? Ayıb olsun, insanların heysiyyatı ilə oynamaq olmaz. Bunları efirə necə buraxıblar".

Neymət Bayramov heç bir əsası olmadan Zaur Baxışəliyevin nəvəsi ilə bağlı səsləndirdiyi fikirlərinə görə, Milli Televiziya Radio Şurasına müraciət edəcəyini və təkzib olunmazsa, məhkəməyə kimi gedib çıxacağını dilə gətirib: "Mən, sizin vasitənizlə MTRŞ-ya səslənirəm. Zaur Baxışəliyev intihar edən nəvəm barədə verilişində əsassız fikirlər səsləndirib. Xahiş edirəm, onun barəsində ölçü götürəsiniz. Buradan Zaur Baxışəliyevə də müraciət edirəm. Bəsdir, kiminsə ölümündən şou yaratdın. Bəsdir, özüvə süni tamaşaçı auditoriya yaratdın".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8939   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Yusi Ko" MMC BDU-nu məhkəməyə verdi

Bakı Dövlət Universitetinə (BDU) qarşı məhkəmə iddiası qaldırılıb. xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib. Məhkəmə iddiası ölkənin tanınmış tikinti şirkətlərindən biri olan "Yusi Ko" MMC tərəfindən podrat müqaviləsi üzrə mübahisələrl

19 aprel
.

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

Xırdalan-Saray avtomobil yolunda yol nişanı qoyulmadığından avtomobili yarğana düşərək qəza keçirən sürücü "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyini məhkəmədə udub. Qaynarinfo-nun məlumatına görə, Zamin Şabanov (ad-soyad şərti) gecə saat 22:05 radələrində "Lada Vesta" markal

18 aprel
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18 aprel
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18 aprel
.

Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA

Son günlər əməlli-başlı "tiktoker ovu" gedir. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə, 10-20-30 sutka həbs cəzası ala

19 aprel
.

İsrail İrana zərbə endirdi - VİDEO

İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisində

19 aprel
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18 aprel
.

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan "MKT İstehsalat Kommersiya" MMC-nin keçmiş işçisi Şamo Ağayev şirkət barəsində iddia qaldırıb. Onu

18 aprel
.

İkimərtəbəli "üzən ev" gündəm oldu - VİDEO

Amerikanın San-Fransisko sakinləri qeyri-adi mənzərənin şahidi olublar. -a istinadən xəbər verir ki, gəmi kimi üzən bu ev buxtanın üzərindən keçərək "Redwood City" Marinadan çıxıb. Bu körpüdə əvvəllər suyun üzərindəki evlərdə yaşayan 100-dən çox insan yaşayırdı. Lakin 2015-ci ildə uzun illə

18 aprel